Bakı şəhəri E.Şəmiyev adına 149 №-li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Ləman Bayram qızının
07.11.2013 tarixdə V sinifdə keçdiyi “Frazeoloji birləşmələr” dərsinin
İCMALI
· Mövzu: Frazeoloji birləşmələr
Standart:
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma
üsullarını və qrammatik mənasını izah edir.
Təlim məqsədləri:
- Məruzə edərkən fikirlərini topladığı faktlarla əsaslandırır.
- Frazeoloji birləşmələri sərbəst söz birləşmələrindən fərqləndirir.
Təlim forması: Qruplarla və kollektiv iş
Təlim üsulları: Əqli hücüm, müzakirə
İnteqrasiya: Ədəbiyyat 2.1.1., 2.2.1.
Resurslar: Dərslik, slaydlar, iş vərəqləri
Təchizat: Kompüter, proyektor, Mimio Bələdçi qurğusu
Dərsin gedişi:
Motivasiya (5 dəq):

Müəllim dərs öncəsi problemli vəziyyət yaratmaq üçün yuxarıda göstərilmiş slaydı şagirdlərə göstərir və belə bir sualla müraciət edir: “Verilmiş beytlərdə işlənmiş feli birləşmələr haqqında nə deyə bilərsiniz?” Şagirdlər bu suala müxtəlif cavablar verə bilərlər, əgər şagirdlər “bu feli birləşmələrin hamısı məcazi məna bildirir” cavabını verə bilmsələr, müəllim onlara yönəldici suallar verir. Nəzərdə tutulmuş cavab alındıqdan sonra mövzunun adı elan edilir və tədqiqat sualı çıxarılır.
Tədqiqat
sualı:
Bundan sonra şagirdlərə tədqiqat sualı verilir:
1. Frazeoloji birləşmələrin sərbəst söz birləşmələrindən hansı fərqli
cəhətləri var?
2. Frazeoloji birləşmələrin dilimizdəki rolu və əhəmiyyəti nədən ibarətdir?
· Tədqiqatın aparılması (10 dəq):
Sonra şagirdlər 4 qrupa bölünür:
Qrup işindən əvvəl şagirdləri qrup fəaliyyətinin qaydaları ilə tanış edilir. Qiymətləndirmə meyarları da uşaqların nəzərinə çatdırılır. Müəllim hər bir qrupa işçi vərəqələri paylayır. Qruplara aşağıdakı tapşırıqlar verilir:
I Qrup

II Qrup


III Qrup
IV Qrup


Məlumat mübadiləsi və müzakirəsi (20 dəq):
Müəllim qrupların təqdimatlarını dinləyir və kollektivlə birgə müzakirə edir, daha sonra öz əlavələrini şagirdlərin nəzərinə çatdırır.
Bütün siniflə iş (kollektiv iş) (7 dəq): Müəllim şagirdlərə sual verir: “Bu dərsimizdə frazeoloji birləşmələr haqqında hansı yeni məlumatları əldə etdiniz?”
Şagirdlər sualı dərs prosesi zamanı öyrəndikləri və tətbiq etdikləri məlumatlara əsasən cavablandırırlar, bu işdə müəllim fasilitator kimi çıxış edir.
Ümumiləşdirmə və nəticə (2 dəq):
Beləliklə, ümumi nəticə elan edilir,
1. Frazeoloji birləşmələrin sərbəst söz birləşmələrindən hansı fərqli cəhətləri var?
·Frazeoloji birləşmələr sərbəst söz birləşmələrindən fərqli olaraq:
- bütövlükdə bir leksik mənanı ifadə edir;
- tərkibcə dəyişməzdir;
- məcazi məna ifadə edir;
- bütövlükdə cümlənin bir üzvü olur.
2. Frazeoloji birləşmələrin dilimizdəki rolu və əhəmiyyəti nədən ibarətdir?
·Frazeoloji birləşmələr nitqə xüsusi ifadəlilik, canlılıq gətirir. Belə birləşmələrdən, əsasən, danışıq üslubunda, bədii üslubda istifadə olunur.
· Qiymətləndirmə (2 dəq):
Şagirdlərin iştirakı ilə qiymətləndirmə aparılır.

əla - Frazeoloji birləşmələri
sərbəst söz birləşmələrindən fərqləndirir;
fikirlərini əsaslandırır.
orta – Frazeoloji birləşmələri sərbəst söz birləşmələrindən orta
səviyyədə fərqləndirir; fikirlərini əsaslandıra bilmir.
zəif – Frazeoloji birləşmələri sərbəst söz birləşmələrindən çətinliklə
fərqləndirir; fikirlərini əsaslandıra bilmir.
· Yaradıcı tətbiqetmə: ( Ev tapşırığı )
"Vədinə xilaf çıxmaq", "ağrımayan başına duz bağlamaq" və "yaman yerdə axşamlamaq" ifadələrinin mənalarını araşdırın, bu ifadələrə yaxın və əks mənalı sözlər tapın.
Профессия: Руководитель отделения (департамента, комплекса, управления, центра) библиотеки
Профессия: Методист
Профессия: Педагог-библиотекарь
Профессия: Начальник отдела (заведующий отделом) архива
В каталоге 6 866 курсов по разным направлениям
Учебник: «Основы учебно-исследовательской деятельности: учебное пособие для среднего профессионального образования», Байкова Л.А.