Qarabağ Tarixi
Mənbələrdə
Mirzə Camal Cavanşir Qarabağinin 1847-ci ildə
qələmə aldığı «Qarabağ tarixi» əsəri Pənah xanın Qarabağ xanlığını yaratmaq uğrunda apardığı mübarizənin, İbrahimxəlil xanın xanlığın möhkəmləndirilməsi sahəsində gördüyü tədbirlərin, xanlığın digər xanlıqlar və qonşu dövlətlərlə münasibətlərinin, xan xəzinəsinin gəlir mənbələrinin
və s. məsələlərin öyrənilməsi üçün çox qiymətli mənbələrdən biridir.
Qədim
Alban
Qəbirüstü
abidələri
Əhməd bəy Cavanşirin «Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair» adlı əsərində Pənahəli xan və İbrahimxəlil xanın dövründə xanlıqda baş vermiş hərbi – siyasi hadisələr, Ağa Məhəmməd Qacarın Qarabağa yürüşləri və onların nəticələri, Rusiya ilə
münasibətlər, 1805-ci il Kürəkçay müqaviləsi ilə
xanlığın Rusiyanın tərkibinə qatılması kimi
daha çox diqqət yetirilmişdir.
Şuşa qalasI
Mirzə Yusif Qarabağinin 1854-cü ildə yazdığı «Tarixi
Safi» əsəri Gəncə və Qarabağ xanlarının şəcərəsi,
İbrahimxəlil xanın qonşu xanlıqlarla qarşılıqlı münasibətləri, xanlıqlar uğrunda Rusiya ilə Qacarlar arasında baş vermiş müharibələr, Xəmsə məlikləri, Türkmənçay sülh müqaviləsi kimi bir sıra mü-hüm məsələlərin öyrənilməsi üçün qiymətli mənbələrdən biridir.
Əsgəran qalası
Mirmehdi Xəzani «Kitabi-tarixi
Qarabağ» əsərində bu xanlığın
sərhədləri, təsərrüfat həyatı,
şəhərləri, mahalları, müdafiə
tikililəri, xarici siyasəti və
sair məsələlər haqqında
digər salnaməçilərlə
müqayisədə daha dolğun
məlumatlar vermişdir
Rzaqulu bəy Mirzə Camal oğlunun «Pənah
xan və İbrahim xanın hakimiyyətləri
və o zamanın hadisələri» adlı əsəri
Qarabağın təbii – coğrafi şəraiti,
şəhərləri, qraf V.Zubovun başçılığı
ilə rusların 1796-cı ildə Şimali
Azərbaycana işğalçı yürüşü və
sair məsələlər əsərin əhatə etdiyi
problemlərin işıqlandırılmasında
mühüm rol oynamışdır.
Bayat qalası
Mirzə Rəhim Fənanın «Tarixi-cədidi Qarabağ»
əsərində yığcam şəkildə Qarabağ
ərazisinin hüdudları, xanlığın daxili həyatı,
Rusiya ilə Qarabağ xanlığı arasında
bağlanmış Kürəkçay müqaviləsi, Pənah
xanın və onun oğlu İbrahimxəlil
xanın xarici siyasəti və sair məsələlərə
daha çox diqqət yetirilmişdir
Şuşanın qala divarları
Abbasqulu Ağa Bakıxanovun 1841-ci ildə yazıb başa çatdırdığı «Gülüstani-İrəm» əsəri də Qarabağ xanlığının tarixinin öyrənilməsi üçün mühüm mənbələrdən biridir. 1823-cü ildə Qafqazın baş
komandanı A.P.Yermolov tərəfindən Qarabağ əyalətini tədqiq edən komissiyanın üzvü təyin olunan A.A.Bakıxanov Qarabağın tarixi, coğrafiyası haqqında topladığı materialları çox qiymətli əsərində diqqətlə təhlil etmişdir. «Gülüstani-İrəmin» sonuncu–V fəslində Qarabağ xanlığının 1747-ci ildən 1813-cü ilədək siyasi tarixinin bir sıra mühüm məsələləri, digər xanlıqlarla müqayisəli şəkildə tədqiq olunmuşdur
Şuşanın qala divarları
Həsən İxfa Əlizadə «Şuşa şəhərinin tarixi»
adlı əsərində bu şəhərin bina olunmasından,
qalaların tikilməsindən, Pənahəli xanın
və İbrahimxəlil xanın hakimiyyətləri
dövründə baş vermiş mühüm hərbi
– siyasi hadisələrdən, habelə Şuşa
şəhərinin tarixi abidələrindən və
mədəni həyatından bəhs
olunmuşdur
Şahbulaq qalası
M.Baharlının 1888-ci ildə yazdığı
“Əhvali Qarabağ “ Əsərində
Qarabağın siyasi tarixindən daha
çox onun tarixi məişətinə, o
cümlədən adət-ənənələrinə
etnoqrafiyasına, habelə tarixi
şəxsiyyətlərinə və memarlıq
abidələrinə diqqət
yetirilmişdir.
Azərbaycanın qədim yaşayış məskənlərindən biri də Qarabağ ərazisidir. Hələ eramızdan əvvəl paleolit dövründə bu ərazilərdə yaşayış məskənləri formalaşmış, aparılan arxeoloji qazıntılarda ibtidai insanların izləri aşkar edilmişdir. Daş dövründən başlayaraq burada yaşayan əhali məşğuliyyət və istifadə etdikləri əmək alətlərinə görə öz soy-köklərindən xəbər verirlər. Bundan əlavə müxtəlif dövrlərdə yaşayan səlnaməçilər də Qarabağ tarixinə aid ətraflı və qiymətli mənbələr yaratmışdılar. Təqdimatda bu mənbələrdən bir neçəsində verilən məlumatlar əks olunub. Təqdimatda Qarabağda yerləşən qalaların da fotorəsmləri yerləşdirilib.
В каталоге 6 688 курсов по разным направлениям
Учебник: «Английский язык», Ваулина Ю.Е., Дули Д., Подоляко О.Е. и др.
Тема: Writing
Учебник: «География. Экономическая и социальная география мира (базовый и углублённый уровни)», Бахчиева О.А.
Тема: §1. Экономическая и социальная география в системе географических наук