Инфоурок Начальные классы ПрезентацииAzərbaycan dili 3-cü sinif

Azərbaycan dili 3-cü sinif

Скачать материал

 

 

 

 

əllim:                               Həsənova Sevil Əhməd qızı

Fənn:                                           Azərbaycan dili

Sinif:                                            III-d

Tarix :                                         15.02.2013.

Mövzu:                                       Sifət

Standart:                            4.1.5

Leksik və qrammatik mənalarına    görə sözləri adlandırır və fərqləndirir

Məqsəd:                     1.Sifətləri məna növlərinə görə        (əlamət və     keyfiyyət) fərqləndirmək;

                                2.Əlaməti bildirən sözləri    tanımaq;

                                      3.Sifətin isimlə bağlılığını müəyyənləşdirmək.

Dərsin tipi:                    Öyrədici

İnteqrasiya:                   Ana dili,Həyat bilgisi,Riyaziyyat

İş forması:                     Kollektivlə və qruplarla iş.

İş üsulu:                Beyin həmləsi,müzakirə,problemli vəziyyət.

Resurslar:            Dərslik,iş dəftəri,iş vərəqləri,şəkillər və s.

 

 

           

 

                            

                                              Dərsin gedişi:

 

   Zəng vurulur.

Sinif dərsi salamlaşma ilə başlayır.

 

Gəlin,gəlin,uşaqlar,

Bu gün görüşümüz var.

Gəlin,əl-ələ tutaq,

Dostluq dövrəsi vuraq.

Əvvəlcə salamlaşaq,

Sonra dərsə başlayaq.

 

    Müəllim sinfə müraciət edir.

Biz həftənin beş günü məktəbə gəlir,yeni bilik öyrənməyə səy göstəririk.

M:- Bəs,siz istirahətinizi necə təşkil edirsiniz?

Ş:-Gəzintiyə gedirik;

Ş:-Əlavə kitablar oxuyuruq;

Ş:-Televizora baxırıq.

M:-Televizorda əsasən nələrə baxmağı sevirsiniz?

Ş:-Cizgi filmlərinə;

Ş:-Bədii filmlərə.

 

 

 

 

 

 

M:-Kim, hansı cizgi film və bədii filmlərə baxdığını deyər?

Ş:-“Tom və Cerri ”;

Ş:-“Şirinlər”;

Ş:-“Bir qalanın sirri”;

Ş:-”Sehrli xalat”;

Ş:-”Şərikli çörək”.

M:-Afərin!

    Bəs kim deyər adlarını çəkdiyiniz bu filmlərdən biri olan “Sehrli xalat”da əsas söhbət nədən gedir?

Bu filmdə hansı qəhrəman və obrazlar var?

Onların filmdəki rolları nədən ibarətdir?

Ş:-Rəşid,Zərifə,Xan,Sehrbaz və başqaları.

Ş:-Şagirdlərin sarayı bəzəmələri;

Ş:-Sehrbazın onlara xalat verməyi;

Ş:-Rəşidlə Zərifənin bu xalatla keçmişə və gələcəyə yollanması və s.

M:-Deməli,onlar bu xalatla keçmişə səyahət edirdilər.

   İndi isə gəlin,biz də onlar kimi keçmişimizə qayıdaq.Görək orada bizi nələr gözləyir?

 

   Bu zaman monitorda “Sevimli qəhrəmanlar” bölməsindən olan obraz və qəhrəmanların təsvirləri “Sehrli xalat” filmində ifa olunan musiqi ilə canlandırılır.

    (Karlson,Dədə Qorqud,Basat,Göyçək Fatma,Fitnə,Şahzadə və Tom,Qavroş,Qaraca Qız,Qaraca Çoban və başqaları).

 

                                      

 

 

                                                

                                               Motivasiya:

 

    İndi isə gəlin görək bu qəhrəmanlarımızın bizə tapşırığı nədən ibarətdir?    Gəlin diqqətlə onların verəcəkləri sual və tapşırıqlara baxaq,yadımızda saxlayaq.

             

     Monitorda “Sevimli qəhrəmanların” təsvirləri və özləri ilə bərabər gətirdikləri tapşırıqlar canlanır.

 

Karlson – Mən Balaca oğlanın qeyri-adi dostuyam.Kim mənim adımda olan ikinci hecanın birinci hərfini tapa bilər?

Ş:- ”S”

Molla Nəsrəddin – Mən həmişə zülmkar,nadan,haqsız insanlara qarşı gülmüş və bu gülüşümlə bir çox insanı düşündürmüşəm. Mənim adımda olan qoşa samitlərdən sonra gələn incə sait hansıdır?

Ş:-“İ”

Fitnə - Mən öz hərəkətimlə Bəhram şaha sübut etdim ki,yaxşı ov etmək heç də məharət deyil.Siz tapın,mənim adımın ilk hərfi nədir?

Ş:-“F”

Qaraca Qız – Bəlkə də mən kasıb olduğum üçün xanım məni gözəl qızı olan Ağca ilə oynamağa qoymurdu.Bu xanımın adı iki müxtəlif sözün birləşməsindən yaranan mürəkkəb sözdür.Əlifba sırasında gələn yeddinci hərf onun adının birinci hecasını yaradıb.Bu hərf hansıdır?

Ş:-“Ə

 

 

 

 

 

Təpəgöz – Məni nəhəng olduğuma və çox yediyimə görə evdən uzaq bir yerə apardılar.Tək gözüm vardı,onu da Basat çıxartdı.Adımın baş hərfini tapın.

Ş:- “T”

M:- Gəlin,indi qəhrəmanlarımızın bizə verdikləri sualların cavablarını toplayaq görək nəticədə nə alınacaq?

Ş:- SİFƏT.

      M:- Xatırlayırsınızsa, bu qəhrəmanlarımız  bir-birlərindən müəyyən xüsusiyyətlərinə görə fərqlənirlər.Hətta onların bizə çatdırdıqları suallarda da bu öz əksini müəyyən qaydada tapmışdı.

 

                                          

                                          

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                          Tədqiqat sualı:

 

 

      İnsanları,ətrafımızda gördüklərimizi bir-birindən hansı əlamət və keyfiyyətlərinə görə fərqləndiririk?

 

M:-Biz bu gün bütün dərs ərzində gördüyümüz sual ətrafında araşdırmalar aparıb nəticədə bu sualın cavabını tapacayıq.

İndi isə gəlin,bu sualın cavabını tapmaq üçün qruplarda iş görək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                Tədqiqatın aparılması:

 

 

Şagirdlərin sayı nəzərə alınaraq sinif altı nəfərdən ibarət beş qrupa bölünür.

Beləcə həm bütün sinif yeni mövzu ətrafında işləyir,həm də “Sifət”in əlamət və keyfiyyətləri ayrı-ayrılıqda araşdırıla bilir.

Tapşırıqlara başlamazdan əvvəl müəllim lövhədə qruplarla iş zamanı gözlənilməsi lazım olan əsas qaydaları izah edərək bir daha nəzərlərinə çatdırır və bu qaydalara əməl etmələrinin vacibliyini qeyd edir.

 Şagirdlərin nəzərinə çatdırılır ki,bu meyarların onların qiymətləndirilməsində də xüsusi rolu var.

Daha sonra onlara bu tapşırıqları 10 dəqiqə ərzində yekunlaşdırmaları deyilir.

                                               

 

                                       QIZIL QAYDALAR

 

1.Bir-birinizlə əməkdaşlıq etmək;

2.Bir-birinizin sözünü kəsməmək;

3.Bir-birinizi dinləməyi bacarmaq;

 4.Fikirlərinizə hörmət etmək;

 5.Qruplar arasında sağlam rəqabət aparmaq.

 

 

                                               

                                               

 

                                                    I QRUP: 

 

                                          “GÖY QURŞAĞI”

 

         Təbiətdə.

 

Payız  fəsli idi.Hər tərəf al-əlvan rəngə boyanmışdı.Ağaclar yaşıl donunu dəyişmiş,yarpaqlar qırmızı,sarı,qızılı rənglərlə əvəz olunub xəzələ çevrilmişdilər.Səma əvvəlki kimi mavi olsa da,qara buludlar parlaq günəşin qarşısını kəsmişdi.

 

 

Tapşırıq-1.

Mətndən əlamət və keyfiyyət bildirən sözləri seçib yazın və sifətin hansı formasına aid olduğunu qeyd  edin.

 

 

Tapşırıq-2.

Verilmiş varlıqların rəngini yaz.

Pomidor-                                Kələm-

Neft-                                      Şabalıd-

Portağal-                                Limon-

 

 

 

 

 

 

 

                                           II QRUP:

 

  “XARAKTER”

 

                                     Ailəmiz.

 

Sadəlik ən gözəl insani keyfiyyətlərdən biridir.Hansı ki,bu mehriban ailə təməlinin qurulmasına təsir göstərən müsbət amillərdən biridir.Qayğıkeş ata,sevimli və gülərüz ana ailəni qoruyub saxlamağa qadirdi.Lovğa insan ailəsini uçuruma apara bilər.Səbrli və təmkinli insan isə ailəsini hər çətinlikdən çıxara biləcək qədər  qüvvəyə malikdir.

 

 

 

Tapşırıq-1.

Mətndəki əlamət və keyfiyyət bildirən sözləri seçib yazın.

    Sifətin hansı formasına aid olduğunu deyin

 

Tapşırıq2.

Verilmiş sözləri cümlədə işlədin.

Mərd,ağıllı,göyçək,qoçaq.

 

 

 

 

 

 

III QRUP:

 

  “ŞİRİNLƏR”


         Mətbəxdə.

 

Aydın mətbəxdən gələn ləziz yeməklərin qoxusunu hiss edib ora getdi.O,anasından şorbaya  acı bibər vurmamasını xahiş etdi.

Dadlı şorbanı yedikdən sonra anasının bişirdiyi şirin kökələrdən yedi.Turş limon dilimi salınmış ətirli çayı bəh-bəhlə içdi.

 

 

Tapşırıq-1.

Mətndən əlamət və keyfiyyət bildirən sözləri seçib yazın.

Daha sonra qarşısında sifətin hansı formasına aid olduğunu qeyd edin.

 

Tapşırıq-2.

Təamları aid olduqları keyfiyyətləri ilə birləşdirin.

Pendir                                      Şirin

Limon                                      Acı

Tort                                          Turş                       

Bibər                                        Şor

    

                                             

                                         

                                             

                                               IV QRUP:

 

  “FORMA”

 

Oyuncaqlarım.

 

Zaur yoldaşlarını oyuncaqları ilə tanış etmək qərarına gəldi.O,yumru toplarını,qalın kartonlardan kəsib düzəltdiyi uzunsov avtobuslarını,yoğun ağac budağından hazırladığı raketi göstərdi.Zaur çox sevinirdi.Çünki ilk dəfə idi ki,əl işlərini nümayiş edirdi.

 

 

 

Tapşırıq-1.

Mətndən əlamət və keyfiyyət bildirən sözləri seçib yazın.

Bu sözlər sifətin hansı formasını bildirir.

 

 

Tapşırıq-2.

Gündəlik həyatımızda rast gəldiyimiz,ətrafımızda gördüyümüz varlıqların bir neçəsinin formaca əlamətini yazın.

 

 

                                          

 

 

 

 

                                           V QRUP:

 

                               “CANLILAR”

 

                                   Heyvanxanada.

 

Canlı varlıqların bir nümunəsi olan heyvanlar müxtəlif olur.Onlardan bir neçəsi ilə tanış olmaq üçün heyvanxanaya getmək olar.Orada böyük ayıları,nəhəng qartalı,uzun xortumu olan fili,qısa ayaqları olan dovşanları,hündür zürafələri görmək mümkündür.

 

 

 

Tapşırıq-1.

Mətndən əlamət və keyfiyyət bildirən sözləri seçib yazın.

Sifətin hansı formasına aiddir?

 

 

Tapşırıq-2.

Verilmiş sözlərin yaxınmənalılarını yazın.

Böyük-

Kiçik-

Qısa-

 

 

 

                                       

 

 

 

                           İnformasiyanın mübadiləsi:

 

 

 

Qruplar işlərini yekunlaşdırdıqdan sonra sıra ilə qrup liderləri tapşırıqlarını nümayiş edirlər.

Müəllim və digər şagirdlər diqqətlə dinləyib qeydlərini aparırlar.Əlavələrini münasibət bildirməklə çatdırırlar.

Şagirdlərin yorğunluğunu nəzərə alaraq  musiqili idman dəqiqəsi keçirilir.

                                   

 Çiyinlərim,çiyinlərim,

Qoy açılsın düyünlərim.

Əyilərik,qalxarıq,

Təndirə çörək yaparıq.

Sonra ruzi dilərik

Əlhəmdüllah deyərik.

 

 

 

     

 

 

 

 

                      İnformasiyanın müzakirəsi:

 

 

   Sistemləşdirilmiş şəkildə informasiyanın müzakirəsi təşkil edilir.Bu zaman dərsliyin126-cı səhifəsinə nəzər salınaraq,nəzəri bilik bir neçə şagird tərəfindən oxunur.

 

Birinci tapşırıq sxem şəklində izah olunur.

                                1.rəng ---------------------- yaşıl ot

əlamət----------------- 2.ölçü ---------------------- böyük bina

                                3.forma -------------------- dairəvi meydan

 

 

 

                                     1.dad                          -------------- acı bibər

keyfiyyət ------------------ 2.mənəvi cəhətlər      -------------- inadkar uşaq

 

 

 

 

Bu sxemin izahı ilə şagirdlərin nəzərinə bir daha  çatdırılır ki,əlamət zahiri xüsusiyyətləri,yəni,gözlə görülən ;keyfiyyət isə daxili xüsusiyyətlər ,yəni,gözlə görünməyənlər nəzərdə tutulur.

 

Digər tapşırıqlar  isə böyük qruplar şəklində yerinə yetirilir.

 

                      

                                Yaradıcı tətbiqetmə.

 

Bu mərhələdə müəllim şagirdlərə yaradıcılıq işləri verir.Onlara müraciət edərək izah edir.

 

M:-İndi isə mən istərdim ki,sizin yeni mövzumuzu daha geniş  mənimsəmə səviyyənizi yoxlayım.

Bunun üçün  sizə müəyyən sözlər veriləcək və siz bu sözləri yaradıcılığınızla tətbiq edəcəksiniz.

 

Yenə şagirdlər qruplara bölünür və tapşırıqları təqdim olunur.

 

                                              I  QRUP:

 

Əlamət və keyfiyyət bildirən sözlər verilir.

 

Bu sözlərin işləndiyi  atalar sözləri yazırlar.

Yaxın,dar,isti,acı,yaxşı,ağıllı.

 

                                             II QRUP:

 

Varlıqların şəkilləri verilir.

 

Bu varlıqlara aid əlamət bildirən sözlərdən istifadə etməklə tapmacalar tərtib edirlər.

Qarpız,zürafə,ayı,göy qurşağı,meymun,günəbaxan.

 

 

 

 

                                             III QRUP:

 

Kiçik mətn verilir.

Bu mətni genişləndirirlər.

Qış gəldi.Qar yağır.Uşaqlar həyətdə oynayır.Şaxta onların üzünü qızartmışdı. Onlar görünürdülər.

Təbiət rəngə boyanmışdı.Buzlar sallanır.Ağaclar don geyinib.

 

 

                                                IV QRUP:

 

Meyvə səbəti verilir.

Bu meyvələri əlamət və keyfiyyətlərinə görə qruplaşdırıb yazırlar.

Alma,armud,nar,üzüm,portağal.

 

 

 V QRUP:

 

Şəkil verilir.Bu şəklə əsasən kiçik mətn tərtib edirlər.

Mətnə ad qoyurlar.əlamət və keyfiyyət bildirən sözlərdən istifadə edirlər.

Qruplar yaradıcılıqlarını nümayiş etdikdən sonra dərslik və iş dəftərində olan tapşırıqlardan bəziləri ev tapşırığı olaraq verilir.

 

 

 

 

 

                 Nəticələrin çıxarılması və ümumiləşdirmə.

 

      Nəticə və ümumiləşdirmə tədqiqat sualına əsasən aparılmalıdır.

Tədqiqat sualı yenidən lövhədə göstərilir.Eyni zamanda qruplarla işə başlamazdan əvvəl söylədikləri fikirlər də yenidən təqdim olunur və müqayisə olunur.

  Ümumiləşdirici suallarla müraciət olunur.

M:-Biz bu gün bu sual ətrafında tədqiqat aparmaq üçün qruplarla işlədik və nəticədə hansı cavabı aldıq?

Ş:-Varlıqları əlamət və keyfiyyətlərinə görə fərqləndiririk.

Ş:-Rənginə;

Ş:-Dadına;

Ş:-Formasına;

Ş:-Zahiri və daxili görünüşlərinə ;

Ş:-Gözlə görülən və görülməyən xüsusiyyətlərinə;

Ş:-Ölçüsünə görə.

M:-Sadaladığınız bütün bu əlamət və keyfiyyətlər ümumilikdə nə adlanır?

Ş:-Sifət.

M:- Sifət nəyə deyilir?

Ş:-Varlığın əlamətini və keyfiyyətini bildirən nitq hissəsinə.

 

 

 

 

 

M:-Əlamət dedikdə nə başa düşürsünüz?Əlamət nəyi bildirir?

Ş:-Varlığın rəngini,formasını,ölçüsünü bildirir.

M:-Bəs,keyfiyyət dedikdə nə nəzərdə tutulur?

Ş:-Varlığın dadı və mənəvi cəhətləri.

M:-Sifətin sualları hansılardır?

Ş:-necə?nə cür?hansı?

M:-Bu günkü dərsimiz əsasında daha nəyi öyrəndik?

Ş:-Sifətin isimlə bağlı olub,ismə aid olduğunu və isimdən sonra gəldiyini .

M:-insan,ev,alma,pişik.

Bu sözlərin əlamət və keyfiyyətini  bildir.

Ş:-mehriban,güləüz,zəhmli,qayğıkeş,qəddar,ədalətli,istedadlı insan.

Ş:-böyük,təzə,köhnə,qədim,hündür,geniş ev.

Ş:-dadlı,sulu,şirin,turş,çürük,qurdlu alma.

Ş:-dəcəl,qara,ağ,cılız,acgöz,oğru pişik.

 

                                   

 

 

 

 

                                             

 

 

 

 

 

 

 

 

  Ev tapşırığı:

 

Dərslik və iş dəftərində verilən müəyyən çalışmaların yerinə yetirilməsi tapşırılır.

 

 

 

                                             Qiymətləndirmə:

 

Qiymətləndirmə meyarlar əsasında aparılır.

 

Meyarlar

           Qruplar

Göy qurşağı

Şirinlər

Xarakter

Forma

Canlılar

Varlıqları fərqləndirir və adlandırır

 

 

 

 

 

Başqa nitq hissələri ilə bağlılığını müəyyənləşdirir

 

 

 

 

 

Varlıqları adlandırır

 

 

 

 

 

Əməkdaşlıq

 

 

 

 

 

Yekun

 

 

 

 

 

 

 

 

 

Просмотрено: 0%
Просмотрено: 0%
Скачать материал
Скачать материал "Azərbaycan dili 3-cü sinif"

Методические разработки к Вашему уроку:

Получите новую специальность за 2 месяца

Ландшафтный архитектор

Получите профессию

Секретарь-администратор

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Краткое описание документа:

Azərbaycan dili 3-cü sinif

Скачать материал

Найдите материал к любому уроку, указав свой предмет (категорию), класс, учебник и тему:

6 663 839 материалов в базе

Скачать материал

Другие материалы

Оставьте свой комментарий

Авторизуйтесь, чтобы задавать вопросы.

  • Скачать материал
    • 07.04.2015 3694
    • DOCX 27.7 кбайт
    • Оцените материал:
  • Настоящий материал опубликован пользователем Abdinova Sevil Əhməd. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт

    Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.

    Удалить материал
  • Автор материала

    Abdinova Sevil Əhməd
    Abdinova Sevil Əhməd
    • На сайте: 9 лет
    • Подписчики: 0
    • Всего просмотров: 3842
    • Всего материалов: 1

Ваша скидка на курсы

40%
Скидка для нового слушателя. Войдите на сайт, чтобы применить скидку к любому курсу
Курсы со скидкой

Курс профессиональной переподготовки

Фитнес-тренер

Фитнес-тренер

500/1000 ч.

Подать заявку О курсе

Курс повышения квалификации

Одаренные дети. Особенности развития и система сопровождения в системе школьного образования в условиях реализации ФГОС НОО

72 ч. — 180 ч.

от 2200 руб. от 1100 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 130 человек из 37 регионов
  • Этот курс уже прошли 531 человек

Курс повышения квалификации

Организация краеведческой деятельности детей в учебно-воспитательном процессе начальной школы

36 ч. — 144 ч.

от 1700 руб. от 850 руб.
Подать заявку О курсе
  • Этот курс уже прошли 248 человек

Курс повышения квалификации

Организация рабочего времени учителя начальных классов с учетом требований ФГОС НОО

72 ч. — 180 ч.

от 2200 руб. от 1100 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 44 человека из 28 регионов
  • Этот курс уже прошли 335 человек

Мини-курс

Мастерство влияния и успешных переговоров

4 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 33 человека из 19 регионов

Мини-курс

Психология аддикции: понимание и распознование

4 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 26 человек из 19 регионов

Мини-курс

Soft-skills современного педагога

3 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 45 человек из 20 регионов
  • Этот курс уже прошли 26 человек