9-cu sinif
I fəsil üzrə kiçik summativ qiymətləndirmə
1. Polisaxaridlərin verildiyi sıranı göstərin:
A) Qlükoza ,fruktoza, sellüloza,
B ) Saxaroza, qlükoza,xitin,
C) Qlükogen ,laktoza, fruktoza,
D) Nişasta, sellüloza,xitin,
E) Nişasta, riboza, riboza.
2. 8q karbohidratın parçalanmasından nə qədər enerji ayrılar?
A) 110,4kc, B) 140,8 kc, C) 96,8kc, D) 108,2 kc, E) 120,6 kc
3. Uyğunluğu müəyyən edin:
A. Karbohidratlar. I. Suda həll olmurlar
II.1q parçalandıqda 38,9 kc enerji ayrılır
B. Lipidlər. III. Bitkilərdə hüceyrə divarını təşkil edir.
IV. 1q parçalandıqda 17,6 kc enerji ayrılır
V. 1q oksidləşdikdə 1,1 q su əmələ gəlir
4.Düzgün cavab variantlarının altından xətt çəkin:
* Həşəratların bədən örtüyü xitin/ sellülozadan ibarətdir.
* Bədən temperaturunun tənzimində yağlar / karbohidratlar xüsusi rol oynayır.
* Zülalların tərkibinə 20 / 18 amin turşusu daxildir.
* Amin turşuları bir-birindən karboksil qrupuna / radikallara görə fərqlənir.
* Zülalın birincili quruluşu uzun sap / spiral kimi burulmuş şəkildədir
* Zülalın monomeri amin turşusu / monosaxariddir.
5.Verilmiş sözlərin mənalarını qarşısında düzgün göstərin:
A. natura 1. nüvə
B. nucleus 2.tamamlama
C. fobos 3. təbii
D. complementar 4.qorxu
E. hidor 5. Su
6.Düzgün ifadələrin qarşısında “+” işarəsi qoyun:
* İnsulində 18 növ amin turşusu növü var.
* Zülallar nəqliyyat funksiyası daşımır.
* Zülalın ilkin quruluşu hidrogen rabitəsi hesabına yaranır.
* RNT ikiqat zəncirə malikdir.
* DNT-nin ikiqat zəncirində həmişə A –nin qarşısında T nukleotidi,S –nin qarşısında isə Q nukleotidi durur.
7.Qanın laxtalanmasında hansı elementin rolu böyükdür?
A) Maqnezium , B) Kalsium, C) Yod, D) Sink , E) Dəmir.
8.DNT molekulunda bir zəncirdə olan T-A-S-Q-A-S-Q-A-T-T-S-A-Q nukleotid ardı-
cıllığına uyğun ikinci zənciri qurun:
9. Aşağıdakılardan hansılar zülallara aid xüsusiyyətlərdir? 3 cavab seçin:
> Iki amin turşusu arasında iki peptid rabitə var.
> Zülallarda 4 quruluş səviyyəsinə rast gəlinir.
> Zülalların təbii quruluşunun pozulması denaturasiya adlanır.
> Zülallar polimer birləşmələrdir.
> Zülal yağa çevrilə bilməz .
10. Hüceyrənin üzvi birləşmələri hansı variantda düzgün verilib?
A) Su, karbohidratlar, zülallar
B) Karbohidratlar, yağlar, mineral duzlar
C) Karbohidratlar , zülallar, yağlar
D)Karbohidratlar ,mineral duzlar,zülallar
E) Mineral duzlar,su, zülallar