Добавить материал и получить бесплатное свидетельство о публикации в СМИ
Эл. №ФС77-60625 от 20.01.2015
Свидетельство о публикации

Автоматическая выдача свидетельства о публикации в официальном СМИ сразу после добавления материала на сайт - Бесплатно

Добавить свой материал

За каждый опубликованный материал Вы получите бесплатное свидетельство о публикации от проекта «Инфоурок»

(Свидетельство о регистрации СМИ: Эл №ФС77-60625 от 20.01.2015)

Инфоурок / ОБЖ / Рабочие программы / Цель и Значение Преподавания Предмета Начальной Военной Подготовки.
ВНИМАНИЮ ВСЕХ УЧИТЕЛЕЙ: согласно Федеральному закону № 313-ФЗ все педагоги должны пройти обучение навыкам оказания первой помощи.

Дистанционный курс "Оказание первой помощи детям и взрослым" от проекта "Инфоурок" даёт Вам возможность привести свои знания в соответствие с требованиями закона и получить удостоверение о повышении квалификации установленного образца (180 часов). Начало обучения новой группы: 28 июня.

Подать заявку на курс
  • ОБЖ

Цель и Значение Преподавания Предмета Начальной Военной Подготовки.

библиотека
материалов





Azərbaycan Respublikası Təhsil Nazirliyi












AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN

ÇAĞIRIŞAQƏDƏRKI HAZIRLIQ” FƏNNİ KURİKULUMU

(X-Xİ siniflər)





















Bakı – 2011




Çağırışaqədərki hazırlıq”fəninin kurikulumu Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Kommisiyasının sədri, Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanovun ümumi rəhbərliyi, Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə Milli Koordinatoru, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov və Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasovun iştirakı və redaktəsi ilə aşağıdakı tərkibdə yaradılmış işçi qrupu tərəfindən hazırlanmışdır:

Çağırışaqədərki hazırlıq” fənni üzrə sədr: Həbib Ocaqov Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar. Həyat fəaliyyətinin təhlükəsizlılıyi” kafedrasının müdiri, texinka elmmləri doktoru, professor, koordinator: Səyavuş Gözəlov Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, işçi qrupunun üzvləri, Yaşar İsgəndəov Akstafa rayonu Saloğlu adına orta məktəbin “Çağırışaqədərki hazırlıq” fənn müəllimi, Qəhrəman Qasımov Bakı şəhəri 238 saylı məktəbin “Çağırışaqədərki hazırlıq” fənn müəllimi, Kərimov Zabit BTİ hərbi metodisti, Yəhya Ağayev Bakı şəhəri 70 saylı məktəbin “Çağırışaqədərki hazırlıq” fənn müəllimi.




GİRİŞ


I. “Çağırışaqədərki hazırlıq”təliminin məzmunu


Çağırışaqədərki hazırlıq” fənn kurikulumu


Çağırışaqədərki hazırlıq” kurikulumu və onun xarakterik cəhətləri. “Çağırışaqədərki hazırlıq” fənninin əsas məqsədlərini təyin etməklə ümumı təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkarı, qabiliyyətləri və ehtiyaclarına yönəlmiş sənəddir. Sənəd müəllimlər, məktəb rəhbərləri, dərslik müəllifləri, valideynlər və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə tutulmuşdur;

- Dərslik və tədris vəsaitlərinin tərtib edilməsi, tədris materialının planlaşdırılması, təlim üsullarının müəyyənləşdirilməsi və müəllim hazırlığının həyata keçirilrnəs üçün müvafiq təlimatlar formasında hazırlanacaq qaydaların əsasını təşkil edir;

- Nəticə yönümlü məzmun standartları əsasında qurulmuşaur standartiarın

mənimsənilməsini təmin etmək üçün şagird nailiyyətlərindəki irəliləylşlərir müntəzəm qiymətləndirilməsini nəzərdə tutur;

-Təlim nəticələri müəyyən edilərkən şagirdlərə gündəlik həyatda lazım olan
bacarıqların aşılanmasını ön plana çəkir;

-Məzmun standartları müəyyənləşdirilərkən şagird nailiyyətləri üzrə irələyişlərin və inkişafın sürətinin getdikcə artırılmasını əsas məqsəd kimi qarşıya qoyur;
-Məzmun standartlarının müəyyənləşdirilməsi prosesində fənn üzrə əsas təlim

nəticələrini (bacarıqları, idraki dərketmə və problemlərin həlli) balansının
gözlənilməsini diqqət mərkəzində
saxlayır;

Şagirdlərin "nəyi bilməli" və "nəyi bacarmalı" olduğunu müəyyənləşdirmək üçün əsas təlim nəticələrini məzmun və fəaliyyət xətlərinin qarşılıqlı əlaqəsı vasıtəsilə təqdim edir;

-Fənn əsaslandırılması və əhəmiyyəti.


FƏNNİN ƏHƏMİYYƏTİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ,

Bəşəriyyət tarixi- rnuharibələr, qarşıdurmalar, qalibiyyət, yaşamaq uğrunda
rnübarizə məcmusudur. Təəssüf ki; bu mübarizə heç də həmişə ədalətə söykənmir.
Hər halda müharibə insanların təcavüzkar mahiyyətinin göstəricisi olmaqla,
cəmiyyətin məhvi və son həddə müharibə öz mənasızlığını bütün çılpaqlığı ilə ortaya
qoyur, Bəşəriyyət müharlbənin məhvedici mahiyyətini anlamaqla sülhsevər qonşuiuq
şəraitində yaşayıb yaratmaq prinsiplərini həyata keçirmək istəyini reallaşdıımaq
istəsə də, hamımızın yeganə yaşayış məskəni olan Yer kürəsində gərginiik arpı,
tamahkarlıq hissləri insanları təcavüzə və işğaia sürükləyir.

Bir sözlə nə qədər ki, insan cəmiyyəti öikələrə, millətlərə, tayfalara, dinlərə və s. bölünürsə, yer kürəsində müharibə təhlükəsi var və olacaqdır.

Belə şəraitdə hər bir ölkə, dövlət maraqlarını, ərazisini və xalqını qorumaq məcburiyyətindədir. Bu məqsədlə silahlı qüvvələr yaradılır, ölkə qanunvericiliyi onların fəaliyyətini və xidmətkeçmə qaydalarını tənzimləyir. Yuxarıda göstərilənləri nəzərə alaraq Silahlı Qüvvələr qarşısında duran vəzifələrin, hərbi xidmətin mürəkkəb və çətin olmasını təhlil edərkən, gənclərin hərbi xidmətə hazırlığının vacibliyi aydın şəkildə özünü büruzə verir. Bu isə "Çağırışaqədərki hazırlıq" fənninin məktəb proqramına daxil edilməsini zəruri edir.


"ÇAĞIRIŞAQƏDƏRKI HAZIRIIQ" FƏNNININ ƏHƏMIYYƏTI


Mənəvi: Gənc nəslin vətənpərvərlik, xalqına, tarixinə və adət-ənənələrinə məhəbbət hisslərinin aşılanmasından və hər an vətənin müdafiəsinə hazır olmaqdan ibarətdir. Bununla bərabər şagirdlər anlayırlar ki, yalnız millətlərin və xalqların bərabərliyinə və digər demokratik dəyərlərinə arxalanan sülh, bəşəriyyətin firavan yaşayışı və inkişafı mümkündür.

Psixoloji; Sülh şəraitində mürəkkəb və çətin hərbi xidmətin qüsursuz keçməsi, müharibə zamanı isə döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə inam verən bir sıra sosial-psixoloji və intellektual keyfiyyətlərin formalaşdırılmasından, ilk növbədə isə cəsurluq, düşmənlə mübarizədə davamlılıq, qələbə naminə iradə və təmkinlik, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdən ibarətdir. Bunların davamı, olaraq, fənn müharibənin yaratdığı fəlakətlərin mahiyyətini və millətindən, dinindən, ölkəsinin siyasi statusundan asılı olmayaraq, insanların mehriban sülh şəraitində yaşamasının üstünlüyünü bariz şəkildə şərh edilməsi mədsədini daşıyır.

Təcrübi: Şagirdləri Silahlı Qüvvələrin tarixi, dövlətin müdafiə hüquqlarının əsaslarını, vətəndaşın v^zifə və hüquqları, hərbi xidmətin spesifikası, texnika və silahların əsas nümunələri və müasir döyüşün ibtidai anlayışları ilə tanış edir, habelə şagirdlərin fiziki, sıra hazırlıqlarını, topoqrafiya, insan'ın sülh və müharibə şəraitində həyat və fəaliyyətinin mühafizəsi üsulları, fövqəladə hadisələr zamanı zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi bacarıqlarını öyrədir.

Çağırışaqədərki hazırlıq” fənninin tədrisi ümumtəhsil məktəblərində dövlət əhəmiyyətli bir fənn kimi tədris edilərkən aşağıdakı əsas məqsədi nəzərdə tutur,

Fənnin məqsədi:

Fənnin tədrisi gedişində gənclər Respublikanın müdafiə qüdrətini, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarından irəli gələn vəzifələri, Nazirlər Kabinetinin qərarlarını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, onların xüsusiyyətini və əhəmiyyətini, hərbi xidmətin vətəndaşlar üçün şərəfli vəzifə olduğunu, Silahlı Qüvvələrin nizamnamələrinin tələblərindən irəli gələn vəzifələri öyrənirlər. Əsgərlərin yerləşməsi və həyat tərzi ilə tanış olurlar, gənc əsgər səviyyəsində bilik və bacarıqlara yiyələnirlər. Müasir qırğın və silahlardan mühafizə qaydalarını öyrənməklə yanaşı mülki mühafizənin və tibbi biliklərin əsaslarını mənimsəyirlər.

Gənclər bu bilik və bacarıqları mənimsəməklə ətraf mühitə qısa zamanda adaptasiya olunurlar və qeyri adi ( böhranlı, fövqəladə) vəziyyətə düşərkən sağlamlıqlarını və həyatlarını mühafizə etmək imkanlarına nail olurlar.



  1. "Çağırışaqədərki hazırlıq" fənni təliminin məzmunu


l.l."Çağırışaqədərki hazırlıq" fənninin ümumi təlim nəticəiəri

Şagird:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, tərkibi, inkişafı haqqında məlumatları, hərbi xidmət barədə qanunun tələblərini şərh edir;

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istifadə olunan hərbi texnika və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamna-mələrində təsbit olunmuş əsas müddəaları mənimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;

Qeyri-müəyyən şərait və hallarla əlaqədar yaranmış vəziyyətlərdə problemləri həll etmək üçün üsul və vasitələrdən istifadə edir;

Mülki müdafiə, sıra təlimi və fiziki hazırlığa aid normativləri yerinə yetirir, onların icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.




1.2. Məzmun xətləri

Qarşıda qoyulan məqsəd və gözlənilən nəticələrə uyğun olaraq
"Çağırışaqədərki hazırlıq"' fənni üzrə məzmun xətləri aşağıdakı şəkildə
müəyyənləşdirilir:

  • dövlət müdafiəsinin tarixi və hüquqi əsaslari;

  • Müharibə və terrorizm (ibtidai hərbi bilik və bacarıqlar)

  • Fövqəladə hallar zamanı əhalinin mühafizəsi

  • Tibbi biliklər və ilk tibbi yardım qaydaları


Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları


Gənclər Azərbaycan Silahlı Qüvvələrin tarixini öyrənməklə vətənpərvərlik ruhunda tərbiyə alır, onlarda vətənə sədaqət, Azərbaycan Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəfli bir iş olmasına inam yaranır, şagirdlərdə əqidəlik, cəsurluq və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlər üzrə inamlarını əidə edir. Şagirdlər Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının ölkənin müdafiə sahəsinə aid tələbləri ilə tanış olurlar. Vətəndaşın ölkənin müdafiəsinə dair borcunu və məsuliyyətini dərk edirlər. Ehtiyatda xidmətin keçirilməsini və onun əhəmiyyətini anlayırlar. Orta təhsili bitirmiş və hərbi xidmətə çağırılan gənclər ordu həyatı ilə tanış olurlar, əsgərin vəzifələrini, hüquqlarını və məsuliyyətini dərk edirlər.

Yuxarıda göstərilənlər gəncləri psixoloji cəhətdən hərbi xidmətə hazırlayarkən, onların ordu həyatına uyğunlaşmasına kömək edir. Eyni zamanda öz hüquqlarını bilən insan, hərbi xidmətin böyük çətinliklərindən, nizamnamədən kənar münasibətlərdən mühafizə olunur. Bu məzmun xətti şagirdlərin idraki fəaliyyətin təşkili üçün geniş imkan yaradır. Azərbaycan Silahlı Qüvvələrin yaradılması və inkişafı tarixini öyrənərək, şagird öz ölkəsinin tarixini digər ölkələrin tarixi ilə müqayisə etmək imkanı əldə edir. Bu şagirdə tədqiqatlar aparma, mühakimə yürütmə, qərar qəbul etmə bacarıqlarını formalaşdırılmasına geniş şərait yaradır.


Müharibə və terrorizm (İbtidai Hərbi biliklər və bacarıqlar)


Azərbaycan dövlətinin müharibə təhlükəsi və terrorizmlə üzbəüz qaldığı zamanda şagirdlərin bu sahə də biliklərə yiyələnməsi məzmun xəttinin əsasını təşkil edir. Bu zaman şagirdlər taktika və müasir silahlar haqqında biliklərə, topoqrafiya üzrə isə bacarıqlara yiyələnirlər.

Yuxarıda göstərilənlər bir tərəfdən hərbi xidmətə gələn gənclərlə tez bir zamanda ümumi hazırlığayiyələnməyə və ixtisas üzrə hazırlıq üçün daha az vaxt ayrılmasına imkan verir. Digər tərəfdən isə hərbi xidmət keçməyən insanlar üçün bu biliklər müharibə (terrorizm) şəraitində özünü mühafizə etmək üçün böyük əhəmiyvət daşıyır, Bu məzmun xətti şagirdlərin təlim fəaliyyətlərinin təşkili üçün geniş bır sahədir. Burada şagirdlərə tədqiqatlar aparma, mühakimə yürütmə və qərar qəbul etmək bacarıqlarının formalaşdırılması iiə yanaşı ünsiyyət qurma, əlaqələndirmə və tətbiqetmə kimi fəaliyyətlər üçün geniş imkan yaradır. Bu o deməkdir ki, məzraun xətti hər tərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılmasına xidmət edir.


Fövqəladə hallar zamanı əhalinin mühafizəsi


Bu məzmun xəttinin kurikuluma daxil edilməsi onunla şərtlənir ki, müxtəlif xarakterli fövqəladə halların meydana çıxması insanların həyatına və sağlamlığına, genetik fonduna ciddi təhlükə törədir. Bununla bərabər baş verə biləcək təbii fəlakətlar və texnogen qəzalar insan həyatına, sağlamlığına və həyat tərzinə böyük bir təhlükədir. Bu şəraitdə insanın öz təhlükəsizliyini təmin etməyi bacarmaması yolverilməz olur. Məzmun xətti üzrə, təlimin düzgün təşkili şagirdlərin həm idraki həm də taksomotor fəaliyyətlərinin inkişafında mühüm rol oynayır.


Tibbi biliklər və ilk tibbi yardım qaydaları

Nəzərdə tutulan məzmun xətti istər müharibə, istərsə də sülh şəraitində baş verə biləcək fövqəladə hadisələr zamanı xəsarət alanlara və zərərçəkmişlərə göstəriləcək ilk tibbi yardım, habelə saglam həyat tərzinin təşkili haqqında şagirdlərin bilik və bacarıqlara yiyələnməsinə xidmət edir,

Məzmun xətti üzrə proses şagirdlərə idraki və toksomotor fəaliyyətlərinin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Bununla bərabər xəstələrə (yaralılara) humanistcəsinə yanaşmaq, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək təmənnasız tibbi yardım göstərmək həvəsi kimi keyfiyyətləri tərbiyə edir.

1.3. Fəaliyyət xətləri və standartları

Standartlar tərtib edilərkən onların hər birində çağırışaqədərki proseslərin elementləri kimi fəaliyyət yönümlü aşağıdakı xətlərin daxil edilməsi vacibdir:

  • Problemin həlli;

  • Mühakiməyürütmə və isbatetmə;

  • Ünsiyyətqurma;

  • Əlaqələndirmə;

  • Təqdimetmə.

Fəaliyyət xətləri məzmun xətlərindən fərqlənməklə yanaşı, onların hər biri ilə əlaqəlidir. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirmək, onları təsvir etmək məqsədi daşıyır və şagirdlər tərəfindən " Çağırışaqədərkı hazırlıq” fənnınin əmiyyətinin dərk edilməsinə, ona kompleks bacarıqların toplusu kimi baxılmasına xidmət edir.

Şagird çağırışaqədərki hazırqdan mənimsəyici məzmuna müxtəlif fəaliyyətlər vasitəsilə naii ola bilər, O, fəaliyyəti zamanı problemləri həll etmək üçün mühakimə yürüdür, çağırışaqədərki hazırlıq məsələlərinin müzakirəsində iştirak edir, əldə etdiyi məlumatları əlaqələndirir, biliklərini müxtəlif yoliarla təqdim edir.

Məzmunun mənimsənilməsi prosesində şagird fəaliyyətinin göstərilən mərhələlərində qazanılmış bilik və bacarıqların daha möhkəm və uzunmüddətli oimasını təmin edir.

Fəaliyyət standartları. Kurikulumun həyata keçirilməsi üçün məzmun standartlarının şagirdlərə mənimsənilməsini təmin edir və hər bir fəaliyyət standartı məzmun standartlarına nail olmaq üçün müəllimin rolunun nədən ibarət olduğunu ifadə edir. Qeyd etmək lazımdır ki, hər bir fəaliyyət standartı bütün siniflərdə istifadə olmaqla siniflər üzrə getdikcə dəyişilir. Ona görə də bu standartların ümumi şəkildə qəbul olunması və ayrı-ayrı siniflərdə yeri gəldikcə istifadə edilməsi daha əhəmiyyətlidir.

Problemin həlli

Şagird:

  • Çağırışaqədərki hazırlıqda problemləri görür və yeni biliklər əldə edir;

  • Problemlərin həlli üçün müvafiq yanaşmalardan və strategiyalardan istifadə edir;

  • Problemlərin həlli prosesinə nəzarət edir və bu barədə mülahizə yürüdür.



Mühakiməvürütmə və isbatetmə

Şagird:

  • Mühakiməyürütmə və isbatetməni əsas üsul kimi qəbul edir;

  • Fərziyələr irəli sürür, onları tədqiq edir;

  • Müxtəlif tip mühakimə və isbat üsullarını seçir, onlardan istifadə edir,

Unsiyyətqurma
Şagird:

  • Ünsiyyət vasitəsilə mülahizələrini bölüşür və ümumiləşdirir;

  • Mülahizələri barədə yoldaşlarına, müəllimə və başgalarına məlumat verir;

  • Başqalarının mülahizələrini və strategiyalarınıanaliz edir dəyərləndirir;

  • Hərbiyə aid məsələləri dəqiq ifadə etmək üçün hərbiterminlərdən istifidə rdir.



Əiaqələndirmə


Şagird:



  • rbi biliklər, hadisələr arasındakı əlaqələri görür və onlardan istifadə edir;

  • Hərbi sahədə bilikləri və təklifləri bir-biri ilə ardıcıl əlaqələndirir və oniara əsaslanır;

  • Hərbi bilikləri digər sahələrdə tətbiq edir.

qdimetmə


Şagird:

  • Təklifləri formaiaşdırmaq, yazmaq və əlaqələndirmək üçün təqdimatlardan istifadə edir;

  • Problemlərin həlli üçün hərbi təqdimat formaları seçir və tədiq edir;

  • Hərbi və həyati məsələləri modelləşdirmək və təsvir etmək üçün
    təqdimatlardan istifadə edir.




    1. Məzmun xətləri üzrə ümumi təlim nəticəiəri



"Çağırışaqədərki hazırlıq" fənni üzrə standartlar

Tam orta təhsil kursu çərçivəsində bütün şagirdlər üçün vacib olan məzmunu əhatə edir, şagirdlərin hərbi davranma qabiliyyətini, bilik və bacarıqlarını təsvir edir, ölkədə hər bir gənc vətəndaşın hərbi sahəsində öyrənə biləcəyi və öyrənməli olduğu məsələləri müəyyən edir, şagirdi Silahlı Qüvvələrin sıralarında xidmət etməsınə hazırlayır. Standartların məzmununun təyin edilməsinə yeni yanaşmada nəzərdə tutulur ki, hər bir standart müəyyənləşdirilmiş bir neçə məqsəddən (alt- standartlardan) ibarət olur.

"Çağırışaqədərki hazırlıq" fənninin məzmun standartları siniflər üzrə sistemləşdirilmişdir və yuxarıda göstərilən 4 məzmun xətti üzrə təmsil olunur: -hər bir standart məqsədi bir neçə gözlənilən təlim nəticəsini əhatə edir. Tam orta ümumtəhsil məktəblərində "Çağırışaqədərki hazırlıq" fənninin məzmun xətləri üzrə aşağıdakı nəticələrin əldə edilməsi nəzərdə tutur.








  1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
    Şagird:


Əsas standart


X-cu siniflər üçün alt standartlar


XI-cu sinif üçün alt

Standartlar

1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını və inkişafmı təsvir edir

  1. Döviət və hərbi atributları tanıdığını və mahiyyətini bildiyini nümayiş etdirir.

  2. Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələrini mənimsəndiyi barədə təqdimatlar edir.

1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının tarixi və onların inkişafı haqqında təqdimatlar edir

1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələri haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biiikfərini nümayiş etdirir.


1.2.1 Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktların hərbi xidmətə aid maddələrini bildiyini nümayiş etdirir.

1. 2 . 1. Hərbi nizamnamələrinyerinə yetirilməsinin məsuliyyətini dərk edir.


1.3. Silahlı Qüvvələrin
ümumqoşun
nizamnamələri
tələblərin tədbiqi və
icrası üzrə bilik və
bacarıqlarını nümayiş
etdirir.

  1. Intizam nizamnaməsi bəndlərini sadalayır.

1.3.2. Qarnizon və qaravul xidməti nizamnaməsi bəndlərini şərh edir

1.3.1.Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.


1.3. 2.Sıra təlimi nizamnamənin tələblərini yerinə yetirir.













2. Müharibə və terrorizm. ( İbtidai Hərbi biliklər və bacarıqlar).

Şagird:


Əsas standart


X-cu siniflər üçün alt standartlar


XI-ci sinif üçün aft

Standartlar

2.1.Müasirümumqoşun
döyüş
taktikası üzrə biliklərini nümayiş etdirir.

2.1.1.Müasir ümumqoşun döyüşün

növləri haqqında

2.1.2.Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini nümayiş edir

2.1.1. Hədəfləri təyin edərək mübarizə üsullarini izah edir.

2.1.2. Mühəndi maneələr h a q q ı n d a anlayışlara malik edir nümayiş edir

2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir.


  1. Atıcı silahları və onların taktiki-
    texniki xassələri barədə
    təqdimatlar edir.

  2. Əlqumbaralarının təyinatını və onlardan istifadə qaydalarını izah edir


2.2.1.Atıcı silahlardan istifadə qaydalarını və onlara texniki xidmət haqqında bılıkləri nümayiş etdirir

2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşu və istifadə qaydalarını nümayiş etdirir


2.3. Topoqrafiya üzrə bacarıqlarını nümayiş etdirir.



2.3.1 Xəritəsiz, cismlərin köməyilə səmtləməni təyin etmək haqqında biliklərin nümayiş etdirir

2.3.1.Topoqrafik

xəritələrdən istifadə etmək üzrə təqdimatlar edir












3.Fövqəladə hallar zamanı əhalinin mühafizəsi


Şagird:



Əsas standart


X-cu siniflər üçün alt standartlar


XI-ci sinif üçün aft

Standartlar

3.1. Fövqəladə hadisələr baş verdikdə əhaiinin mühafizəsi prinsipləri haqqında biliklərini nümayiş etdirir.


  1. Fövqəladə hadisələrin təsnifatını verir.

  2. Kütləvi qırğın silahları haqqında məlumatı olduğunu nümayiş etdirir.


3.1.1. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi qaydalarını izah edir.

3.1.2. Obyektlərdə mühafizə qaydalarını şərh edir.


3.2. Mühafizə vasitələrindən istifadə edir.


  1. Fərdi mühafizə vasitələriqin istifadəsi üzrə biliklərini nümayiş etdirir

  2. Kollektiv mühafizə vasitələrindən istifadə bacarıqlarını nümayiş etdirir.


3. . 3.2.1. Fərdi mühafizə vasitələrindən istifadə etmə bacarığını nümayiş etdirir.

3.2.2. Radiasiyaya nəzarət
və kimyəvi kəşfiyyat

cihazlarindan istifadə etmək bacarıqlarını nümayiş etdirir.























4. Tibbi biliklər və ilk tibbi yardım qaydaları

Şagird:

Əsas standart


X-cu siniflər üçün alt standartlar

XI-ci sinif üçün aft

Standartlar

4.1. Sağlam həyat tərzi üzrə biliklərini nümayiş etdirir.


4.1.1. Sağlam həyat tərzinin tərkib hissələrini sadalayır

4.1.1.Sağlamlığın mühafizəsi haqqında məlumat verir

4.2. Ilk tibbi yardımın göstərilməsi üzrə bacarıqlannı nümayiş etdirir.


4.2.1. Yaralanma və
bədbəxt hadisə zamanı
zərərçəkənlərə ilk tibbi
yardım göstərmək haqqında biliklərini şəhr edir


4.2.2. Radiasiyaya şüalanmaları
və kimyəvi zədələnmələr zamanı ilk tibbi biliklər biliklərə nümayiş etdirir


4.2.3. Bioloji vasitələr, yolxucu xəstəliklər haqqında biliklərə malik olduğunu nümayiş etdirir

4.2.1.Fövqəladə hadisələrdə zədələnmələrinin

profilaktikasını və ilk tibbiyardım qaydalarını tədbiqetmək haqqında biliklərini nümayiş etdirir

4.2.2. Radiasiyaya şüalanmaları
və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərmək bacarıqlarını nümayiş etdirir.

4.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında biliklərini nümayiş etdirir









1.6.Fəndaxili və fənlərarası inteqrasiya


Təhsilin məzmununa xüsusi konstruksiya verən fənlərarası və fəndaxili əlaqələr Təhsil Sektorunun inkişaf layihəsi çərçivəsində inteqrativ kurrikulumun mahiyyətini təşkil edir.

Təcrübəli müəllimlərin fikrincə inteqrativ təlim bacarığı olmadan hər-hansı bir fənnin tədrisində müvəffəqiyyət əldə etmək mümkün deyil. Şagirdlərə dayanaqlı və kompleks şəkildə biliklər vermək, onların dünyagörüşünü genişləndirmək, şagird təfəkkürünün inkişafında tədiqatçılığa meyl yaratmaq, qazanılan nəzəri bilikləri praktik olaraq həyata tətbiq etmək və s. bacarıqların formalaşdırılmasında interaktiv kurikulumun əhəmiyyəti əvəzedilməzdir.

Cəmiyyətdə və təbiətdə daima inteqrasiya mövcud olmuşdur. Məsələn: hər hansı peşə sahibi müəyyən işin həyata keçirilməsində müxtəlif bacarıqlardan istifadə edir və ya görəcəyi işin digər məsələlərə təsirini müəyyən edə bilir.

Təlim prosesində nəzərdə tutulan inteqrativ kurrikulum mövzularının öyrənməsinə qlobal yanaşma çərçivəsində həyata keçirilir və onların birgə öyrənilməsinə xidmət edir.

Təbiət, cəmiyyətin və ərazinin birgə dərk edilməsində aparıcı rola malik olan “Çağırışaqədərki hazırlıq” fənni şagirdlərdə təbiət hadisələrinin qarşılıqlı və cəmiyyətdə baş verən hadisələrin və mühafizənin tarixi reallığa malik olmasına dair dünyagörüşünü formalaşdırır. “Çağırışaqədərki hazırlıq” fənninin mahiyyət etibarı ilə vətən və məkan məvhumunda dərk edilməsi bu fənnin tədrisində inteqrasiyanın tətbiq edilməsinə olan zərurətin daha yüksək olmasına əsas verir. “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində yalnız təbiət fənləri deyil, eləcə də ictimai və texniki fənlərin tətbiq edilməsi inteqrativlik baxımından “Çağırışaqədərki hazırlıq” fənninin rolunu yüksəldir, onu mərkəz mövqeyə gətirir, fənnin didaktik əhəmiyyətini artırır, müxtəlif təlim metodlarının tətbiqinə imkan verir və eləcə də digər fənn sahələri ilə birgə kombinasiyalar yaratmağı tələb edir.

İnteqrativ tədrisdə “Çağırışaqədərki hazırlıq” fənni şagirdlərdə:

  • sərbəst düşünməyə

  • qruplarda işləməyə

  • müzakirələrdə öz mövqeyini bildirməyə

  • layihələr hazırlamağa

  • mövzunun aktuallığını əsaslandırmağa

  • mövzunun əhəmiyyətinə, digər sahələrə tətbiq edilməsini və.s kimi xüsusiyyətlərinə imkan yaradır.

İnteqrativ kurrikulumda “Çağırışaqədərki hazırlıq” müəlliminin də fəaliyyəti mahiyyət etibarı ilə dəyişir.


Müəllim tədris prosesində

  • məsələlərin həllinə kompleks yanaşmaq

  • mövzular arası əlaqələri yaratmaq

  • şagird bacarığının inkişafına diqqət yetirmək

  • şagirdlərə hər hansı mövzuya dair biliklərin sistemli şəkildə artan sırasını müşahidə etmək.

  • təlim prosesini qiymətləndirmək və s., xüsusiyətləri yüksək dərəcədə mənimsəməlidir.

Dünya ölkələrinin əksəriyyəti üçün qəbul edilmiş tədris fənlərinin məzmunu belə bir nəticəyə gəlməyə imkan verir ki, tədris olunan fənlər maksimum şəkildə əlaqələndirilməli, təlim prosesi təcrübə və inteqrativ əsasa malik olmalıdır.

Müasir dünya təcrübəsində inteqrasiyanın fəndaxili və fənlərarası modelləri mövcuddur. Xüsusilə qərb ölkələrində bu modellərdən fənlərin məzmununun şagirdlərə çatdırılması, öyrənmə prosesinə maraq yaradılması, şagird dünyagörüşünün inkişaf etdirilməsi və onların dərsdə daha fəal olması məqsədi ilə istifadə olunur.


Fəndaxili inteqrasiya - təlim prosesinə istiqamət verən aparıcı rola malikdir. Bu inteqrasiya modeli fənni tədris edən müəllimdə bilik və bacarığı əlaqəli və eləcə də ayrılıqda görə bilmək qabilliyətini tələb edir. Tədris olunan mövzuda fənnin məzmun xəttinə uyğun olaraq tələb olunan bilik və bacarıqlar diqqət mərkəzində olmalıdır, əsasən müəyyən etmək olar ki, bu model şagirdyönümlü təlim prosesinin tərkib hissəsi kimi, onları dərk etmə və sosial bacarıqlarını (çalışma həlli, müstəqil qərar çıxarma, tənqidi və yaradıcı düşünmə bacarıqları, eləcə də biliklərin həyata tətbiqi qabilliyətini inkişaf etdirmək imkanına malikdir.

Fəndaxili inteqrasiya fənnin məzmun xəttinə uyğun olaraq tərtib edilən təlim nəticələrinin siniflər üzrə dinamik ardıcıllıqla istiqamətlənir.Hər hansı məzmun xəttinin tərkibində sərbəst şəkildə fəaliyyət göstərən təlim nəticələri vahidlik yaradır. Siniflər üzrə bir- birini tamamlayan təlim nəticələri fəndaxilində inteqrasiyanın möhkəmlənməsinə səbəb olur. Hər hansı sinif üzrə məzmun xətlərinin təlim nəticələrinin eyni mənbədən istiqamətlənməsi fənndaxili inteqrasiya kimi qəbul edilir.

Fəndaxili (çox vaxt şaquli inteqrasiya adlandırılır) inteqrasiya təlimin əsas və orta təhsil pilləsi üçün nəzərdə tutulan məzmun xətlərini əhatə edir. Məzmun xətlərinin inteqrasiyası əsasında təqdim olunan ümumiləşdirilmiş bilik və bacarıqlar hər bir təhsil pilləsi üçün gözlənilən ümumi təlim nəticələrinin tərkib hissəsidir.

Fənlərarası inteqrasiya – hər hansı mövzunun tədris edilməsində iki və ya daha artıq fənn sahəsindən əldə edilən məzmunun öyrədilməsidir. İnteraktiv kurrikulumda fənlərarası əlaqənin tətbiqi biliyin sistemli şəkildə öyrədilməsinin açarıdır, çünki müxtəlif istiqamətlərdə inkişaf edən elmlər arasında əlaqə, başqa sözlə deyilərsə, assosiasiya yaratmaq idraki fəaliyyətin əsas proseslərindən biridir. Biliklərin inteqrasiyası şagirdlərin canlı və cansız təbiət hadisələri həmçinin təbiət və cəmiyyət hadisələrinin ümumi əlaqələrini dərk etməyə xidmət edir, eləcə də öyrəndikləri problemləri bir yerdə nəzərdən keçirərkən səmərəli konsepsiyaların formalaşmasına və onların təqimatına diqqət yetirir.

Fənlərarası interqasiya da öz növbəsində üfuqi və şaquli ola bilər. Fənlərarası üfuqi inteqrasiyanı düşünülmüş metodiki tətbiq nəticəsində əldə etmək mümkündür.

Müəllimin paralel (qonşu) fənlərin məzmunundan xəbərsiz olması, mövzunun tədrisində istifadə edəcəyi məlumata dair metodik hazırlığına malik olmaması fənlər arası inteqrasiya modelinin tətbiq edilməsində uğursuzluq yaradır.

Şagirdlərin fənlər arasında qarşılıqlı əlaqələri görməsinə stimul vermək, məfhumlar arasında bağlılıq yaratmaq, eyni vaxt ərzində bir sıra sahələrə diqqət yetirmək, nəzəri və həyati biliklərin kombinasiyasını qurmaq bacarığının yaradılması məhz inteqrativ kurrikulumun qarşısında olan tələblərdir.


Fənlərarası inteqrasiya

Fənlərarası inteqrasiya zamanı nəzərə alınır


  • parallel xətlərə uyğun olan bölmələrin kəsişməsinin təmin edilməsi;

  • hər mövzunun (təlim nəticəsinin) təqvim tematik planında yeri;

  • şagirdlərin bilik, bacarıq və dünya görüşünün inkişafının təmin edilməsi

















Fəndaxili əlaqələr şaquli(siniflər arası) və fənlər arası inteqrasiyanın cədvəldə ifadəsini aşağıdakı kimi vemək olar:


Xsinif

XI sinif

1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını və inkişafını təsvir edir

1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını və inkişafını təsvir edir


1.1.1.Döviət və hərbi atributları tanıdığını və mahiyyətini bildiyini nümayiş etdirir.

1.1.2.Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələrini mənimsəndiyi barədə təqdimatlar edir.


1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının tarixi və onların inkişafı haqqında təqdimatlar edir

1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələri haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biklərini nümayiş etdirir

1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biklərini nümayiş etdirir

1.2.1 Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktların hərbi xidmətə aid maddələrini bildiyini nümayiş etdirir.

1.2.1.Hərbi nizamnamələrin

yerinə yetirilməsinin məsuliyyətini dərk edir.


1.3. Silahlı Qüvvələrin ümumqoşun
nizamnamələri tələblərin tədbiqi və
icrası üzrə bilik və bacarıqlarını nümayiş etdirir.

1.3. Silahlı Qüvvələrin ümumqoşun
nizamnamələri tələblərin tədbiqi və icrası üzrə bilik və bacarıqlarını nümayiş etdirir.

  1. Intizam nizamnaməsi bəndlərini sadalayır.

1.3.2. Qarnizon və qaravul xidməti nizamnaməsi bəndlərini şərh edir

1. 3. 1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.

1.3.2.Sıra təlimi nizamnamənin tələblərini yerinə yetirir.

2.1. Müasir ümumqoşun
döyüş
taktikası üzrə biliklərini nümayiş etdirir

2.1. Müasir ümumqoşun
döyüş
taktikası üzrə biliklərini nümayiş etdirir

2.1.1.Müasir ümumqoşun

döyüşün növləri haqqında biliklərini nümayiş edir

2.1.2.Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini nümayiş edir

2.1.1. Hədəfləri təyin edərək mübarizə üsullarini izah edir.

2.1.2. Mühəndis maneələr h a q q ı n da anlayışlara malik oduğunu nümayiş edir

2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir

2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir

2.2.1. Atıcı silahları və onların

taktiki-texniki xassələri barədə
təqdimatlar edir.

2.2.2.Əlqumbaralarının təyinatını və onlardan istifadə qaydalarını izah edir


2.2.1.Atıcı silahlardan istifadə qaydalarını və onlara texniki xidmət haqqında bılıkləri nümayiş etdirir

2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşu və istifadə qaydalarını nümayiş etdirir


2.3. Topoqrafiya üzrə bacarıqlarını nümayiş etdirir.


2.3. Topoqrafiya üzrə bacarıqlarını nümayiş etdirir.


2.3.1 Xəritəsiz, cismlərin köməyilə səmtləməni təyin etmək haqqında biliklərin nümayiş etdirir

2.3.1.Topoqrafik

xəritələrdən istifadə etmək üzrə təqdimatlar edir

3.1. Fövqəladə hadisələr baş verdikdə əhaiinin mühafizəsi prinsipləri haqqında biliklərini nümayiş etdirir

3.1. Fövqəladə hadisələr baş verdikdə əhaiinin mühafizəsi prinsipləri haqqında biliklərini nümayiş etdirir

3.1.1.Fövqəladə hadisələrin təsnifatını verir.

3.1.2.Kütləvi qırğın silahları haqqında məlumatı olduğunu nümayiş etdirir.

3.1.1. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi qaydalarını izah edir.

3.1.2. Obyektlərdə mühafizə qaydalarını şərh edir.

3.2. Mühafizə vasitələrindən istifadə edir.


3.2. Mühafizə vasitələrindən istifadə edir.


3.2.1.Fərdi mühafizə vasitələrinin istifadəsi üzrə biliklərini nümayiş etdirir

3.2.2.Kollektiv mühafizə vasitələrindən istifadə bacarıqlarını nümayiş etdirir.


3. . 3.2.1. Fərdi mühafizə vasitələrindən istifadə etmə bacarığını nümayiş etdirir.

3.2.2. Radiasiyaya nəzarət
və kimyəvi kəşfiyyat

cihazlarindan istifadə etmək bacarıqlarını nümayiş etdirir.

4.1. Sağlam həyat tərzi

üzrə biliklərini nümayiş etdirir.

4.1. Sağlam həyat tərzi

üzrə biliklərini nümayiş etdirir.



4.1.1. Sağlam həyat tərzinin tərkib hissələrini sadalayır


4.1.1.Sağlamlığın mühafizəsi haqqında məlumat verir

4.2. Ilk tibbi yardımın göstərilməsi üzrə bacarıqlannı nümayiş etdirir.


4.2. Ilk tibbi yardımın göstərilməsi üzrə bacarıqlannı nümayiş etdirir.


4.2.1. Yaralanma və
bədbəxt hadisə zamanı
zərərçəkənlərə ilk tibbi
yardım göstərmək haqqında biliklərini şəhr edir

4.2.2. Radiasiyaya şüalanmaları
və kimyəvi zədələnmələr zamanı ilk tibbi biliklər biliklərə nümayiş etdirir


4.2.3. Bioloji vasitələr, yolxucu xəstəliklər haqqında biliklərə malik olduğunu nümayiş etdirir

4.2.1.Fövqəladə hadisələrdə zədələnmələrinin

profilaktikasını və onlarh
baş verdikdə ilk tibbi

yardım qaydalarını tədbiqetmək haqqında biliklərini nümayiş etdirir

4.2.2. Radiasiyaya şüalanmaları
və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərmək bacarıqlarını nümayiş etdirir.

4.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında biliklərini nümayiş etdirir







Kodlaşma


X sinif




XI sinif

Məzmun xəttinin

nömrəsi

Standartın nömrəsi

Alt standartın nömrəsi

1

1

1

1.1.1.Döviət və hərbi atributları tanıdığını və mahiyyətini bildiyini nümayiş etdirir

Bio.:3.1.2.

İnf.: 2.1.2; 2.2.1;

4.1.1.

Kim.: 1.2.1; 2.1.1; 4.2.1.

Üm.tarix: 1.1.4; 3.1.1, 5.1.1.

Az.tarix.: 3.3.2; 5.2.1.

Coğ.: 2.1.7

Əd.: 1.1.1.


1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının tarixi və onların inkişafı haqqında təqdimatlar edir

Fiz.tərb.: 1.2.2; 1.2.3. Az.tarix.: 1.2.1; 1.3.4; Əd.: 1.2.2.


1

1

2

Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktların hərbi xidmətə aid maddələrini bildiyini nümayiş etdirir.

Fiz.tərb.: 1.2.2; Az.tarix.: 1.2.1; 1.3.4; 3.3.2; 5.2.1

Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələrini mənimsədiyi barədə təqdimatlar edir.

Fiz.tərb.: 1.2.2; 1.2.3.

Bio.: 3.2.1.Kim.: 2.1.1; 4.2.1.

Üm.tarix: 1.1.1.İnf.: 1.2.2; 2.1.1;

Coğ.: 1.3.1: 2.1.5. Fizika.: 2.2.1


1

2

1

1.2.1 Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktların hərbi xidmətə aid maddələrini bildiyini nümayiş etdirir. Az.tarix.: 1.3.3; 4.1.21; 5.2.1. A.d:. 1.2.3.



1.2.1.Hərbi nizamnamələrin

yerinə yetirilməsinin məsuliyyətini dərk edir.

Fiz.tərb.: 1.2.2; Bio.: 3.2.1. Coğ.: 1.3.1: 2.1.5. A.d:. 1.2.4.




1

3

1

Intizam nizamnaməsi bəndlərini sadalayır. Əd.: 2.1.4. Üm.tarix: 1.1.3.

A.d.: 1.2.2. İnf.: 2.1.3.

Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.

. İnf.: 2.1.3. A.d:. 1.2.4.

Əd.: 3.1.2.


1

3

2

Qarnizon və qaravul xidməti nizamnaməsi bəndlərini şərh edir Üm.tarix.: 3.1.2.

Kim.: 1.1.1. Fiz.tərb.: 1.2.2; 1.2.3.Əd.: 2.1.4.

Sıra təlimi nizamnamənin tələblərini yerinə yetirir.

Bio.: 2.1.2; 4.2.2. İnf.: 1.1.3; 2.1.3.

Fizika: 1.1.1; Əd.: 2.1.4. Fiz.tərb.: 1.2.2; 1.2.3.

2

1

1

Müasir ümumqoşun

döyüşün növləri haqqında İnf.: 2.2.2; 2.2.3; 3.3.1. Fiz.tərb.: 1.2.2; 1.2.3. Kim.: 1.1.1. B.4.1.1. 2.1.3.

A.d:. 1.2.4. Coğ2.1.6.

Hədəfləri təyin edərək mübarizə üsullarini izah edir.

Kim.: 1.1.1. B.4.1.1. 2.1.3.

İnf.: 1.2.2; 2.1.1; Fiz.tərb.: 1.2.2; 1.2.3. A.d:. 1.2.4. Coğ2.1.6.

2

1

2

Motoatıcı manqanın təşkili və döyüş

imkanları haqqında biliyini nümayiş edir Fizika.: 2.2.1 Fiz.tərb.: 1.2.2; 1.2.3. Kim.: 1.1.1. B.4.1.1. 2.1.3. A.d:. 1.2.4. Coğ2.1.6.

Mühəndis maneələr h a q q ı n d a anlayışlara malik edir nümayiş edir İnf.: 1.2.2; 2.1.1; Fiz.tərb.: 1.2.2; 1.2.3. Kim.: 1.1.1. B.4.1.1. 2.1.3. A.d:. 1.2.4. Coğ2.1.6.


2

2

1

Atıcı silahları və onların taktiki-texniki xassələri barədə
təqdimatlar edir.

Fizika.: 2.2.1., Kim2.1.4. Fiz.tərb.: 1.2.2; 1.2.3. A.d:. 1.2.4.

Atıcı silahlardan istifadə qaydalarını və onlara texniki xidmət haqqında bılıkləri nümayiş etdirir

Fizika.: 2.2.1, Coğ2.1.6.

Kim2.1.5. Fiz.tərb.: 1.2.2; 1.2.3.

2

2

2

Əl qumbaralarının təyinatını və onlardan istifadə qaydalarını izah edir Fizika.: 2.2.1

B.2.1.4,Kim2.1.4. Fiz.tərb.: 1.2.2; 1.2.3. A.d:. 1.2.4.

Mina-partlayış qurğularının ümumi quruluşu və istifadə qaydalarını nümayiş etdirir

Fizika.: 2.2.1 A.d:. 1.2.4. B.2.1.4 Kim1.1.3. Fiz.tərb.: 1.2.2; 1.2.3. Coğ2.1.6.

2

3

1

Xəritəsiz, cismlərin köməyilə səmtləməni təyin etmək haqqında biliklərin nümayiş etdirir Fiz.1.1.2.;3.2.1.

B.2.1.4,Coğ2.1.4. Fiz.tərb.: 1.2.2; 1.2.3. A.d:. 1.2.4.

Topoqrafik xəritələrdə

istifadə etmək üzrə təqdimatlar edirFiz.1.1.2.;3.2.1.Fiz.tərb.: 1.2.2; 1.2.3.B.2.1.4, Coğ2.1.4. A.d:. 1.2.4.


3

3

1

1

Fövqəladə hadisələrin təsnifatını verir. B.4.2.1.;4.2.2 Fiz.1.1.4.; 2.1.3.;2.2.1. Fiz.tərb.: 1.2.2; 1.2.3B.4.1.1. Coğ2.2.3..

A.d:. 1.2.4.



3 Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi qaydalarını izah edir.B.4.2.1.;4.2.2, Coğ 2.2.1.

Fiz.1.1.4.; 2.1.3.;2.2.1.B.4.1.1. Fiz.tərb.: 1.2.2; 1.2.3. A.d:. 1.2.4.


1

2

Kütləvi qırğın silahları haqqında məlumatı olduğunu nümayiş etdirir. Fiz.tərb.: 1.2.2; 1.2.3. Kim.: 1.1.1. B.4.1.1. 2.1.3. Fiz.1.1.4.; 2.1.3

Obyektlərdə mühafizə qaydalarını şərh edir.

B.4.2.1.;4.2.2, Coğ 2.2.1.

Fiz.1.1.4.; 2.1.3.;2.2.1. Fiz.tərb.: 1.2.2; 1.2.3.


3

2

1

Fərdi mühafizə vasitələrinin istifadəsi üzrə biliklərini nümayiş etdirir

İnf.: 1.1.3; 2.1.3.

Fiz: 1.2.4; 2.3.3; Fiz.tərb.: 1.2.2; 1.2.3.

3. . Fərdi mühafizə vasitələrindən istifadə etmə bacarığını nümayiş etdirir.

Fiz.tərb.: 1.2.2; 1.2.3. Kim.: 1.1.1. B.4.1.1. 2.1.3. Coğ2.1.6.


3

2

2

Kollektiv mühafizə vasitələrindən istifadə bacarıqlarını nümayiş etdirir.Kim.: 1.1.1. B.4.1.1. 2.1.3.Fiz.1.1.4.; 2.1.3Fiz.tərb.: 1.2.2; 1.2.3. Əd.: 2.1.4. A.d.: 1.2.2.

Radiasiyaya nəzarət
və kimyəvi kəşfiyyat

cihazlarindan istifadə etmək bacarıqlarını nümayiş etdirir.

A.d.: 1.2.2.Kim.: 2.2.1.Üm.tarix.: 3.1.2. İnf.: 1.1.3; 2.1.3. Fiz: 1.1.1; 1.1.3; Əd.: 2.1.4. Fiz.tərb.: 1.2.2; 1.2.3.

4

1

1

Sağlam həyat tərzinin tərkib hissələrini sadalayır Fiz.tərb.: 1.2.2; 1.2.3. Bio.: 2.1.2; 4.2.2.


Sağlamlığın mühafizəsi haqqında məlumat verir Fiz.tərb.: 1.2.2; 1.2.3. Bio.: 2.1.2; 4.2.2.


4

2

1

Yaralanma və
bədbə
xt hadisə zamanı
zərərçəkənlərə ilk tibbi
yardım göstərmək haqqında biliklərini şəhr edir

Bio.: 2.1.2; 4.2.2.

Fiz.tərb.: 1.2.2; 1.2.3.

Fiz.1.1.4.; 2.1.3

Fövqəladə hadisələrdə zədələnmələrinin

profilaktikasını və onlar
baş verdikdə ilk tibbi

yardım qaydalarını tədbiqetmək haqqında biliklərini nümayiş etdirir

Fiz.tərb.: 1.2.2; 1.2.3. Bio.: 2.1.2; 4.2.2.

4

2

2

Radiasiyayaşüalanmaları
və kimyəvizədələnmələr zamanı ilk tibbi biliklər biliklərə nümayiş etdirir
Bio.: 2.1.2; 4.2.2. Fiz.1.1.4.; 2.1.3 Coğ2.2.6.

Radiasiyaya şüalanmaları
və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərmək bacarıqlarını nümayiş etdirir.

Bio.: 2.1.2; 4.2.2. Fiz.1.1.4.; 2.1.3 Coğ2.3.6.

4

2

3

Bioloji vasitələr, yolxucu xəstəliklər haqqında biliklərə malik olduğunu nümayiş etdirir Fiz.tərb.: 1.2.2; 1.2.3. Bio.: 2.1.2; 4.2.2. Coğ2.1.3.


Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında biliklərini nümayiş etdirir Fiz.tərb.: 1.2.2; 1.2.3. Bio.: 2.1.2; 4.2.2. Coğ2.1.5.



İXTİSARLAR

Fiz-t. – Fiziki tərbiy

Bio. – Biologiyal

Coğ. - Coğrafiya

A-d. – Ana dili

Əd. - ədəbiyyat

İnf. – İnformatika

Fiz.- Fizika



II. Təlim strategiyaları


Respublikamızda demokratik, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, cəmiyyətin bütün sahələrinə və məktəb təhsilinə də bir başa təsir göstərir.Milli təhsil sistemində tədrisin məzmunu,proqramı və dərsliklərin yenidən işlənməsi ilə bağlı həyata keçirilən əsaslı dəyişikliklər əvvəlki illərdə diqqət mərkəzindən qismən kanarda qalmış təlim strategiyalarını nəzərdən keçirməyi tələb edir. Çox əhəmiyyətli istiqamətlərdən biri olan təlim strategiyaları əslində «öyrətmək» «təlimatlandırmaq» «anlamaq», «başa salmaq» mənasındadır. Fənnin tədris edilməsi məqsədyönümlü bir proses olub öyrədən (müəllim) və öyrənən (şagird) arasında qarşılıqlı ünsiyyətə əsaslanır. Əksər hallarda «öyrədənlər» özləri öyrəndikləri kimi «öyrətməyə» üstünlük verdiyindən, şagird ehtiyaclarını nəzərə almır, onların bacarıq və arzusundan asılı olmayaraq təlim prosesini təşkil etməyə çalışırlar. Bu isə təlimin keyfiyyətinə mənfi mənada ciddi təsir edir, şagirdlərin sağlam mühakimə yürütmək, öz fikirləşdikləri təsəvvür etdiklərini sərbəst söyləmək, sonradan real həyata tətbiq etmək üçün təfəkkür prosesini inkişaf etdirmək və s., qabiliyyətlərini aşağı salır.

“Çağırışaqədərki hazırlıq” fənn kurikulumunda təlim strategiyaları 3 məsələni özündə əhatə edir. Təlimin təşkilinə verilən tələblər, forma və üsullar və təlimin planlaşdırılması.


2.1. “Çağırışaqədərki hazırlıq” təliminin təşkilinə verilən tələblər:

1.Varislik

2.Elmilik

3.Yaşa uyğunluq

4.Müasirlik

5.Əyanilik

6.Tədqiqatyönümlü

7.Şagirdyönümlü

8.İnkişafyönümlü

9.Müşahidəyönümlü

10.Proqnozvericilik

11.Xəritə üzərində iş

12.Yaradıcı tətbiqetmə


Müasir dövrdə ən demokratik metod hesab edilən fəal təlim nədir, nə üçün onun həyata keçirilməsinə tələb vardır, fəal təlimi həyata keçirmək üçün hansı mexanizmilər mövcuddur, fəal təlimin hansı üstünlükləri vardır, və nəhayət fəal təlimə əsaslanan dərsin quruluşu, nəticələri nə ola bilər.

Fəal təlimin mahiyyətinin izah edilməsindən öncə məktəbdə və eləcə də sinifdə bu təlimi metodlarının həyata keçirilməsi üçün tələb olunan demokratik mühüti qiymətləndirmək lazımdır. Demokratik mühüt müəllim və şagirdlər üçün eyni səviyyədə tələb qoyur


Fəal təlim üçün demokratik mühüt tələblə

Çağırışaqədərki hazırlıq” müəllimi

Şagirdlər


Fikirlərin şifahi, yazılı ifadə etmək, disskussiya aparmaq və öz rəyini müdafiyə etmək.

Nəzərdə tutulduğu ideya, təklif və yeniliyi həyata keçirmək, bunların şagirdlərin əqli, psixoloji durumuna müsbət təsirinin olacağını əsaslandırmaq

Hər hansı qərarın qəbul edilməsində məktəb rəhbərliyilə əlaqə yaratmaq

Digər fənn müəllimlərin fəaliyyətinə hörmətlə yanaşmaq


Özlərini şəxsiyyət saymaq, onların fikirlərinin diqqətlə dinlənilməsini tələb etmək.

Qrup halında birləşərək hər hansı məsələnin həllində birgə qərar çıxarmaq, onu müdafiə etmək, məktəb rəhbərliyi qarşısında təqdim etmək

İnsan (uşaq) hüquqları haqqında təlimatları əldə etmək və öz hüquqlarını qorumaq

Müstəqil və yaradıcı fəaliyyətlərinə görə həvəsləndirilmək.

Fəal təlimin prinsipləri

Fəal təlimin tətbiq edilməsi təhsilin məzmununda əsaslı dəyişiklik yaratmağa malikdir. Bu ilk növbədə aşağıdakılarla ifadə olunur.

a) Fəal təlim – şagirdyönümlüdür - belə ki, əqli qabiliyyətindən asılı olaraq şagirdin imkanları nəzərə alınır, dərs şagirdlərin maraq və tələbatlarına uyğunlaşdırılır, dərsin məzmununda şagirdi həvəsləndirən ştrixlər maraqlı hərbi məlumatlar verməklə mərkəz mövqeyə gətirilir.

b) Fəal təlim – tədqiqatyönümlüdür - şagirdlər özlərinə lazım olan məlumatları müxtəlif mənbələrdən, sxem, diaqram, cədvəl xəritələrdən əldə edir, onları ümumiləşdirir, müqayisə edir, eləcə də, yaşadığı əraziyə dair məlumatlar əlavə edir

c) Fəal təlim - inkişafyönümlüdür - şagirdin özünün müstəqil olaraq məlumatı əldə etməsinə, təcürbə qoymasına, texnika, silah, havanın, torpağın və s. komponentlərin inkişafını müşahidə etməsinə, alınan materialı sərbəst şəkildə təqdim edə bilməsinə əsaslanır.

ç) Fəal təlimin proqnoz vermək prinsipi - şagirdlərin dərsin məzmununa dair əldə etdiyi məlumatlar əsasında gələcək üçün fəaliyyət proqramı verə bilməsinə, müharibələr, ölkənin müdafiəsi, hərbi məlumatlar əsasında ekoloji, iqtisadi və torpaqların azad edilməsi haqqında proqnozlar verməsinə əsaslanır.

d) Fəal təlim üçün çeviklik – cəldlik prinsipi səciyyəvidir. Şagirdlər əldə etdiyi hərbi bilikləri daha tez tətbiq etmək, (məsələn xəritə üzərində torpaqların azad edilməsi haqqında obyektlərin yerini göstərmək və yaşadığı yer ilə müqayisə etmək), şərti işarələrə əsasən kartoqrafik təsvirlər üzərində marşurut seçmək qabiliyyətinə yiyələnirlər.

e) Fəal təlim –« müəllim- şagird» «şagird-şagird» ünsiyyətinə əsaslanır, onlar dərsin məzmununu zənginləşdirmək üçün «komanda» vermək, müşahidəçi olaraq hazırlığı yoxlamaq, sıra monitorinqi keçirmək qabiliyyətlərini inkişaf etdirməlidirlər.

ə) Fəal təlim - «birgə təlim» prinsipinə əsaslanır. Məsələlərin birgə həll edilməsi, böyük və kiçik qruplarda aparılan iş bölgüsü, çöl çıxışları və yürüşlərdə,

(planlama zamanı, ərazinin vəziyyəti, relyefi və meyilliyini təyin edərkən, səngər qazarkən, nisbi hündürlüyü təyin edərkən və s) eləcə də sinifdə müxtəlif məzmunlu xəritələridən istifadə edilməsini tələb edən dərslərdə şagirdlərin birgə iştirakı tələb olunur.

Fəal təlimə əsaslanan dərsi təşkil etmək üçün hansı vasitələr tələb olunur? Müəllim dərs prosesində hansı fəaliyyət sahələrinə diqqət yetirməlidir? 1. Sinifdə tədris olunan mövzunun öyrədilməsindən əvvəl ilk növbədə mövzunun məqsədini, yəni aktuallığını üzə çıxarmaq, öyrənilməsi zərurətini mərkəz mövqeyə gətirmək üçün problemli vəziyyətin yaradılmasıdır. Problemli vəziyyətin gərginli dərəcəsi müəllimin fantaziyasından, şagirdlərlə ünsiyyət qurmaq bacarığından, vəziyyətdən çıxmaq üçün manevr etmə cəhdlərinin çevikliyindən, sərbəstliyindən, işgüzarlığından və s. şəxsi amillərdən asılıdır. Problemli vəziyyəti yaratmaqda müəllimin məqsədi şagirdlərin idrakı fəallığını artırmaq, tədris olunan fənnə və öyrəniləcək dərsin məzmununa maraq yaratmaq, şagirdin müstəqil tədqiqat və axtarış aparmaq üçün açılan imkanı qiymətləndirmək həvəsini oyatmaqdır. Problemli vəziyyətin düzgün həyata keçilməsinin əhəmiyyəti şagirdin:

a) təyinetmə – (yəni öyrəniləcək mövzunun həyati əhəmiyyətinin müəyyən edilməsi),

b) öyrənmə - (yeni mövzunu izah edilməsi üçün aparılacaq tədqiqatların təhlil edilməsi),

c) düşünmə - (öyrənilən mövzunun tətbiq etməsi, ümumiləşdirilməsi və müqayisə edilməsi) qabiliyyətini müşahidə etməyə və qiymətləndirməyə imkan verir.

2. Əməkdaşlıq və qarşılıqlı dialoqun həyata keçirilməsi əsasən « problemin qoyulması -– müzakirəsi – nəticənin cıxarılması- tətbiq edilməsi mərhələlərini əhatə edir. Bu anlayış «öyrənən və öyrədən» arasında qarşılıqlı dialoqun mövcudluğu zəruriliyini tələb edir. İndiyədək mövcud olmuş «monoloji» təlimdə şagirdlərin mövqeyi nəzərə alınmadığından, müzakirə edilən məsələyə dair onların fərziyyə və baxışları diqqətdən kənarda qalmışdır. «Dialoji təlim» isə problemin həlli üçün optimal üsulların tapılmasını, dərs prosesində müəllim və şagirdin eyni səviyyədə fəallığını tələb edir.

3. Fəal təlimin əsas şərtlərindən biri şagirdin – tədqiqatçı ( axtarış aparan ), müəllimin isə – istiqamətləndirici, fasilitator mövqeyinə malik olmasıdır. Qarşılıqlı dialoqa əsaslanan dərs prosesi müəllimə şagirdi bərabər hüquqlu öyrənən subyekt kimi qəbul etməyə əsas verir. Bu prosesdə şagirdin abştrakt – məntiqi düşünmə qabiliyyəti (nəzəri bilikləri), konkret məntiqi fəaliyyətə münasibəti , yeni ideyaları qəbul etməsi (yaradıcı), başqa insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, biliklərin mənimsənilməsidə əvvəlki nümunələrdən istifadə etmək bacarığı (reproduktiv), müstəqil qərar çıxarmaq bacarığı və s fasiltator- müəllimin diqqətindən kənarda qalmamalıdır.

Bu prosesdə şagirdin mövqeyi «axtarış aparan» «tədqiqatçı» mövqeyidir. Belə ki, şagird qarşılaşdığı problemləri sərbəst və müstəqil şəkildə tədqiqat yolu ilə həll edir, verilən sual əsasında rəqəmləri müqayisə edir, nəticə çıxarır, təsvir olunmuş kəsmə yüksəkliklər və horizontollar əsasında səthin relyefinin təsvirini çəkir, ərazidə yollari, çayları, təpəlikləri və s., xarakterini təhlil edir, fəaliyyət üsullarını və əlverişli şəraitləri xarakterizə edir.

Müəllimin mövqeyi isə istiqamət verən – bələdçi ( fasilitator ) rolundadır. Şagirdin tədqiqatı, müstəqil öyrənməsi üçün optimal şərait yaradan əslində yeni ən müasir tipli lider rolunda çıxış edir. Əslində şagirdi müşahidə edərək onunla birgə fəaliyyət göstərir, avtoritar rejimdən uzaqlaşaraq özünü şagirddən yüksəkdə tutmur, diqtə etmir, əksinə şagirdlə məqsədyönlü şəkildə əməkdaşlıq edir, biliklərin mənimsənilməsi üçün istiqamət verir, şagirdin axtarıcılıq fəaliyyətini düzgün istiqamətə yönəldir, biliklərin tətbiq edilməsi üçün şagirdə praktik olaraq kömək edir, bir sözlə şagirdə öyrənməyi öyrədir. Müəllimin dərsin məzmununa dair biliklərin qazanılması yolunda bələdçi, şagirdin isə bilikləri əldə etmək üçün tədqiqatçı rolunda çıxış etməsi mexanizmi fəal təlim prosesində müəllim işinin mahiyyətinə yeni istiqamət verir:

Fasilitator kimi müəllim:

1. Problem şəkilində suallar qoymaqla şagirdləri fəallaşdırır, diskusiya yaradır.

2. Biliklərin müəllim tərəfindən hazır şəkildə ötürülməsi nə deyil, şagirdlər tərəfindən aşkar edilməsinə şərait yaradır.

3. Şagirdin problemə dair düşüncəsini lazımı məcraya yönəldir və inkişaf etdirir.

4. Şagird ehtiyaclarını öyrənir, və onun potensial imkanını üzə çıxarmağa nail olur.

5. Fəal təlim üçün tələb olunan şərtlərdən biri psixoloji mühitin lazımı səviyyədə saxlanılmasıdır. Dərs prosesində müəllim və şagird arasında qarşılıqlı hörmət, bir-birinə göstərdikləri etibar, inamın zəruriliyi vacib şərtlərdən biridir. Bunun üçün müəllimdən hər bir şagirdi özünə yaxın dost, hörmətli şəxsiyyət kimi qəbul etmək, sinifdə mövcud olan mühiti həssaslıqla duymaq qabiliyyəti tələb olunur. Şagirdlər dərs prosesində müzakirə zamanı irəli sürdükləri fikirlərin hörmətlə qarşılanacağına, ciddi qəbul ediləcəyinə inanmalı, uğursuzluğun qorxusundan xilas olmalıdır. Müəllim sinifdə psixoloji mühiti elə yaratmalıdır ki, şagirdlər müstəqil şəkildə öz fikirlərini irəli sürsünlər, ideyalarını əsaslandırsınlar, onların əhəmiyyətini, tətbiq edilməsi yollarını təyin etməkdə və eləcə də müxtəlif xəritə-sxem, dioqram və kartoqrafik təsvirlər üzərində işləməkdə sərbəst olsunlar.



2.2. Təlimin təşkilinin forma və üsulları barədə tövsiyələr

Çağırışaqədərki hazırlıq” fənnin təlimində 4 iş forması nəzərdə tutulmuşdur: kollektiv, qruplarla iş, cütlərlə iş və fərdi iş. Hər bir təlim forması dərsin məqsədindən asılı olaraq seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur.

Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.

Qruplarla iş - Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və birgəfəaliyyət bacarıqları inkişaf edir.

Cütlərlə iş - Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır.

Fərdi iş - Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır.

Tədris prosesini aktiv şəkildə həyata keçirmək, şagirdlərin fəallığına nail olmaq, onların düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək, coğrafiya fənninin öyrənilməsi əhəmiyyətini dərk etdirmək, biliklərin mənimsənilməsinə və onların praktik olaraq tətbiq edilməsinə maraq yaratmaq hər bir coğrafiya müəlliminin əsas məqsədidir. Sadalanan məqsədləri həyata keçirməyi qarşıya qoyan hər hansı bir müəllim şagirdləri fəal təlimə cəlb edə bilən metod, texnika və üsullarla yaxından tanış olmalı, iş prosesində qarşıya çıxan çətinlik və çatışmazlılıqları aradan qaldırmaq yollarını bilməli , habelə tətbiq olunan metodların əhəmiyyətini başa düşməlidir.

Fəal təlim metodları ilə işləmək üçün müəllimin şəxsi keyfiyyətləri təşkilatçılıq qabiliyyətləri, hərbi hazirli bilik ( bu zaman həm də digər fənnlərə dair biliklər də nəzərdə tutulur) səviyyəsi və s. əsas şərtlərdir. Çünki fəal dərs qarşılıqlı əlaqədə olan müxtəlif amillər sisteminin birliyidir. Fəal təlim metodlarnın uğurlu alınmasının başlıca amillərindən biri –metodun dərsin məzmununa, və dərsin mərhələsinə uyğun seçilməsidir.

Fəal təlim metodlarının aşağıda təqdim olunan nümunələrini dərs prosesinə tətbiq etmək üçün müəllimdən ustalıq, vəziyyətdən asılı olaraq yeni çalarlar əlavə etmək və ya ixtisar etmək, mövzuya uyğynlaşdırmaq və s tələb olunur.

1. Müzakirələr (disskussiyalar) şagirdlərdə məlumat və ideyaların təşkil olunması, fərqli və oxşar cəhətlərin müqayisə edilməsi, anlayış və ideyaların aydınlaşdırılması, yoxlanılması, problemlərin həlli yollarına dair alternativ fikirlərin əsaslandırılması, proqnozların verilməsi, informasiyanın həyati əhəmiyyətinin üzə çıxarılması, təklif və tətbiq edilməsi imkanlarının araşdırılması və s məqsədi ilə həyata keçirilən – mübadilə – müzakirə metodunun tərkib hissəsidir.

Müzakirələr və ya disskussiyalar şagirdlərin dərs prosesində;

a) bir- biri və müəllim ilə qarşılıqlı ünsiyyətinə yardım göstərir.

b) informasiyanın təhlili üçün açıq mühüt yaradır.

c) məsələnin öyrənilməsində alternativ fikirlər söyləməyə təkan verir.

d) informasiyaların görünməyən tərəfləri barədə düşünməyə məcbur edir.

e) şagirdlərin hüquq bərabərliyini təmin edərək, demoktarik mühüt yaradır.

p) şagirdləri passiv dinləyicilərdən aktiv iştirakçıya çevirir.

Müzakirəni tətbiq etməyə hazırlaşan müəllim ilk növbədə müzakirə

qaydalarını şagirdlərə xatırlatmalıdır.

Şagirdlər disskusiya mədəniyyətinin vacib və geniş bir məsələ olduğunu dərk etməli, başqalarının fikirlərinə dözümlü yanaşmanın demokratik ənənələrin əsas sütunu olmasını başa düşməlidirlər. Müzakirənin təşkil edilməsində aşağıdakıları nəzərdən qaçırmaq olmaz.

1.İlk növbədə müzakirə ( disskusiya ) qaydaları tərtib edilməlidir. Bu qaydalar dərs ilinin əvvəlində sinif şagirdlərinin ümumi razılığı ilə qəbul edilməlidir.

eyni vaxda yalnız bir nəfər danışmalıdır.

danışanı diqqətlə dinləmək , ona cavabı yalnız nitqi tamamladıqdan sonra vermək olar.

tənqid yalnız danışanın fikirinə yönəlməlidir.

  • vaxt nəzərə alınmalıdır.

  • söz üçün icazə istənilməlidir.

Qaydalar iri vərəqdə yazılmalı və divarda görünən yerdə asılmaldır.

2. Sinifdə şagirdlərin müzakirə üçün münasib formada oturmasına ( dairəvi, yarımdairəvi, üz-üzə və s ) nail olunmalıdır.

3. Müzakirə üçün mövzunun adı ilk baxışdan sadə, şagirdin başa düşəcəyi şəkildə təqdim edilməlidir.

4.Müzakirə «nə baş verdi ?» «nə üçün baş verdi?» «Bu haqda siz nə düşünürsünüz?», «başqa cür ola bilərmi?» və s kimi inkşafetdirici suallar verməklə başlayır. Disskusiyanı davam etdirmək üçün şagirdlərin verdiyi cavablar diqqətlə dinlənilməlidir. Aşağıdakı nümunədə X və ya XI siniflərdə tədris olunan «Müasir ümumqoşun döyüşü» mövzusunun tədrisində verilən suallar ənənəvi və fəal təlimə uyğyn qruplaşdırılmışdır:



hello_html_7c46fa74.gifhello_html_339519fb.gif






Passiv metod Aktiv metod




hello_html_2a22b602.gif






İnteraktiv metod



Diskussiyanın gedişinin düzgün qiymətləndirilməsi də onun müvəffəqiyyətlə həyata keçirilməsinə təsir edən amillərdən biridir.

Müəllim şagirdlərin :

düzgün, əsaslandırılmış fikirlərinə, sanballı dəlillərinə diqqət yetirməlidir.

fikirləri ümumiləşdirərkən, yekun vurarkən müzakirələrdə iştirak edən şagirdlərin fikirindən nümunələr gətirməli, onlara qarşı diqqətli olmaldır.

_ söylənilən fikirlərə səbirlə qulaq asmalı, fikirlər səhv olduqda belə şagirdin sözünü kəsməməli, digər şagirdlərdən həmin fikrə qarşı hansı münasibətdə olduqlarını soruşmalı və sonda özünün düzgün mülahizələrini söyləməlidir.

« Əqli hücum»

Şagirdlərin fəallığını artırmaq üçün tətbiq olunan ən optimal metodlardan biridir. Şagirdlərin hər hansı konkret problemin həlli və ya suala cavab tapmaq üçün yaradıcı təfəkkürünü üzə çıxarmağa təkan verir, onların müxtəlif vəziyyətlərdən çıxış yolu tapmaq, qərar qəbul etmək səviyyəsini və eləcə də fikirlərini konkret ifadələrlə söyləmək bacarığını üzə çxarır.

«Əqli hücum»un şagirdlər arasındakı ünsiyyətin yaranmasında da rolu böyükdür.

Lakin bu metodun tətbiq edilməsində əsas məqsəd verilən problemin həlli yollarını müəyyən etməkdir.

Əqli hücumu həyata keçirmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır:

- Şagirdlər nisbətən böyük qruplarda ( 8-10 nəfərlik ) birləşdirilməlidir.

- Qrupun lideri qoyulmuş problemə dair qrup üzvülərinin söylədikləri ən bəsit ifadələri qeyd etməlidir.

- İrəli sürülmüş şərhləri ümumiləşdirmək və yeni nəticə çıxarmaq üçün, müəllim quruplara vaxt ayırır ( 10-15 dəq ) .Verilmiş ideyaları müzakirə etmək, onları inkişaf etdirmək, və təqdim etmədə sistem yaratmaq üçün qrupların içərisində yarımqruplar ayrılır. Hər bir yarımqrup öz ideyalarını ( bu təsvir,səhnəcik, mahnı, rollu oyunlar və s., şəkilində ola bilər) tam qrupun tərkib hissəsi kimi nümayiş etdirir.

Əqli hücumun aşağı siniflərdə təşkil edilməsi daha sadə ola bilər. Belə ki, müəllim sualı lövhədə yazır və sinif şagirdlərinə həmən sualın cavabına dair ideyalarını söyləməyi təklif edir. Şagirdlərin verdiyi ( düşünülmüş, təsadüfü, və s., ) cavablar heç bir şərh verilmədən lövhəyə yazılır. Yalnız bundan sonra yazıya alınmış ideyalar təhlil edilir, qruplaşdırılır, mübahisə doğuran, yaxud, orjinal fikirlər ayrılır və sualın cavabını əks etdirən ideyaların şərhi və müzakirəsi aparılır.

BİBÖ ( Biz nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrənməliyik).

Hər hansı mövzunun tədris edilməsində bu keyfiyyətlərlə yanaşı şagirdlərin həmin mövzuya aid sərbəst biliklərinin səviyyəsini müəyyən etmək çox əhəmiyyətlidir. Bu müəllimə şagirdlərdə keçmiş və yeni biliklər arasında əlaqə yaratmağa imkan verir. BİBÖ metodu şagirdlərin dərs boyu fəallığını təmin edir, birgə öyrənmənin yüksək mərhələsini yaradır. Metodun birinci « Biz nəyi bilirik?» mərhələsində şagirdlərin dünyagörüşü, onların müstəqil öyrənmə qabiliyyəti, mövzuları əlaqələndirmə imkanları və hafizəsi təyin olunur. İkinci «Nəyi bilmək istəyirik?» mərhələsində isə artıq şagirdlərin təfəkkür tərzi, onların coğrafi düşüncə səviyyəsi, elmi fantaziyaları, əqli qabiliyyəti və arzu , istəklərinin əhatə dairəsi üzə çıxır. Müəllim şagird ehtiyaclarını nəzərə almaqla onları passiv dinləyicidən aktiv iştirakçıya, sadəcə öyrənən obyektdən öyrənmək istəyən subyektə çevirir. Şagirdlərin öyrənmək istədikləri müəllim və şagirdlərin iştrakı ilə tədqiqat nəticəsində birgə öyrənilir. Bu metodun sonuncu, daha vacib «Biz nəyi öyrəndik» mərhələsinin həyata keçirilməsinə imkan yaradır. Biliklərin möhkəmləndirilməsi, qoyulmuş sualların cavablandırılması, yeni biliklərin üzə çıxması mövzunun öyrənilməsində nəzərdə tutulmuş məqsədə xidmət edir.

BİBÖ- nun tətbiq edilməsi aşağıdakı mərhələləri həyata keçirməyi tələb edir:

-Şagirdlər kiçik qruplar və ya cütlər formasında bölünür və onlar tədris olunan mövzuya dair biliklərinqeydini aparırlar.

- Müəllim lövhədə və ya vatman kağızında üç sütundan ibarət cədvəl çəkir.


Biz nəyi bilirik

İstəyirik bilək.

Biz öyrəndik və daha nə öyrənməliyik.






- qruplar və ya cütlərin yazdığı məlumatlar sadalanır və müəllim onları cədvəlin sol qrafasında yazır.( təkrar olanları çıxmaq şərti ilə)

- cütlər və ya qruplar mövzuya dair nələri bilmək istədiklərini müzakirə edir və siyahiləşdirir.

Eyni qayda ilə müəllim yenə qeyd edir.

- mövzuya aid mətn (dərslikdə və ya əvvəlcədən hazırlanmış) hissə-hissə oxunur, birgə müzakirə edilir, qoyulmuş sualların cavablarına xüsusi diqqət yetirilir.

- şagirdlərin mövzu ilə bağlı suallara cavabları və eləcə də digər yeni biliklər cədvəlin üçüncü qrafasında əvvəlki qayda ilə siyahiləşdirir və müəllim tərəfindən lövhədə qeyd olunur.

- şagirdlər mövzuya dair əvvəlki bilikləri ilə yeni öyrəndiklərini müqayisə edir, ümumiləşdirirlər.

- şagirdlərin ikinci qrafada verdikləri sualların bəziləri cavabsız qala bilər, yəni onların cavabları mətndə olmaya bilər, bu şagirdlərdə «hələ nələri öyrənmək» lazımdır sualını yaradır,onların şəxsi tədqiqat aparması üçün stimul verir.

"Çağırışaqədərkı hazırlıq” fənni üzrə «Fövqəlada hallar və onların təsnifatı» mövzusunun tədrisində (X sinif) BİBÖ metodu aşağıdakı nümunədə göstərilə bilər. («Fövqəlada hallar və onların təsnifatı»nın şəkil -sxemi əsasında)


Bildiklərimiz

İstəyirik bilək

Öyrəndiklərimiz

Fövqəlada hal:

-adət edilməmiş hal


-müxtəlif vəziyyətlər


Fövqəlada hallar:

- adət edilməmiş halda necə hərəkət edək

- müxtəlif vəziyyətlərdə necə fəaliyyək göstərək


Fövqəlada hallar:

- adət edilməmiş halda qaydalarla hərəkət edək

- müxtəlif vəziyyətlərə uyğun fəaliyyək göstərək

BİBÖ metodu fəal təlim metodu kimi müasir dövrün tələblərinə cavab verir, «şagird-şagird» «müəllim- şagird» ünsiyyətinin möhkəmlənməsinə xidmət edir

Kublaşdırma

Şagirdlərin hər hansı problemə inteqrativ və mürəkkəb yanaşma bacarıqlarını inkişaf etdirmək məqsədinə xidmət edən kub metodu, əslində B.Blüm taksanomomiyasına əsaslanır.Bu metoddan tədqiqiqat xarakterli mövzuların tədris edilməsində istifadə etmək məqsədəuyğundur. Kub metodu aşağıdakı mərhələləri özündə birləşdirir:

1.Kartondan kubun həndəsi formasına uyğun maketi yaradılır.

2. Kubun tərəfləri üzərində şagirdlərin fəaliyyətini istiqamətləndirmək üçün- təsvir et, müqayisə et, təhlil et, assosiyiya yarat, tətbiq et, mubahisə et sözləri yazılır.

3. Dərs prosesində müzakirə olunacaq mövzunun adı bu və ya digər şəkildə elan edilir(konkret şəkildə və ya hər hansı metod vasitəsi ilə) .

4. Sinif altı qrupa ayrılır. Qrupların liderləri (püşk atmaq yolu ilə) arasında kubun hansı tərəfini seçməklə (rəqəmlər və ya müxtəlif rənglərə əsasən deməklə )qeyd olunan tapşırığı alır.

5. Mövzunun və ya situasiyanın qruplarda təhlili onlara düşən tapşrıq əsasında aparılmalıdır.

a) təsvir et – mövzunun ölçüləri, forması yerləşməsinə dair məlumat verir

b) müqayisə et – problemin oxşar və fərqli cəhətlərinin üzə çıxarılması, onların təhlili

c) assosasiya yarat- hansı mövzular ilə əlaqəlidir, və ya bu sizi nə haqda düşündürməyə sövq edir.

d) təhlil et - onun tərkibini, mahiyyətini izah etmək tələb olunur.

e) tətbiq et- mövzunun həyati əhəmiyyəti nədir,ondan harada və nə məqsədlə istifadə etməyin mümkünlüyünü müəyyən edirlər.

k) mübahisə et- mövzuya dair alternativ (əks) fikirlərə dair dəlillər gətir, öz mövqeyinizi ( lehinə və əlehinə) əsaslandırın.

6. Şagirdlərin işinin yekunu plakat şəkilində və ya hazırlanmış iri «kubun» üzərində yazıla və sinifdə (eləcə də məktəbdə) nümayiş etdirilə bilər.

Şagirdlərin yuxarı yaş həddində kublaşdırma metodu daha yüksək (B.Blüm taksanomiyasına uyğun) səviyyədə təşkil olunur. Burada əsas məqsəd şagirdlərin bilik səviyyəsinin aşağı səviyyədən yuxarıya doğru yüksəldilməsini təmin etməkdir. Bu məqsədlə çox cəhətli sorğu tətbiq edilir ki, onlar aşağıdakılardan ibarətdir.

1. Formal səviyyəli suallar şagirdlərin faktik biliklərinin yada salınmasına xidmət edən, hafizəyə əsaslanan suallardır. Belə sualların cavabına adətən mətində rast gəlinir. Əzbərçiliyə meyilli, zəif xarakterli və yalnız yüksək qiymət almaq həvəsində olan şagirdlər formal sualları xoşlayır. Nəzərə almaq lazımdır ki, adətən yaradıcı təfəkkürə malik olan istedadlı şagirdlər belə suallara qarşı etinasız olur.

Məsələn « Vətənpərvərlik anlayışı. Oreden və medallar» mövzusunda « Oreden və medallar» nədir sualının cavabı (yaxaya taxilan hədiyyədir) qiymətləndirilməsi çox acınacaqlıdır.

2. Çevirmə suallarının köməyi ilə şagird mövzunun təsvirini verir, məlumat çatdırmağın fərqli olmasına çalışır, mütaliə zamanı rast gəldiyi informasiyaları canlandırır. Məsələn eyni mövzu daxilində («Vətənpərvərlik anlayışı. Oreden və medallar ») « Vətənpərvərlik - gənclərin Silahlı Qüvvələr sırasına hazırlanmasında hansı keyfiyyətlərə yiyələnməsinə səy göstərilməlidir?» Göründüyü kimi bu sualın cavabını tapmaq üçün şagirdin idraki fəaliyyəti aktivləşməli, bir neçə variantda cavabları araşdırmalıdır.

İnterpretasiya sualları əslində çevirmə suallarının daha mürəkkəb forması olub, yeni ideyalar arasında qarşılıqlı əlaqə yaratmağa istiqamətlənmişdir.

Məntiqi düşüncənin ən yüksək səviyyəsinə əsaslanan interpretasiya suallarında şagirdlər ideyaların mənalarını dərk edərək, onların uzlaşdırılmasına nail olmalıdırlar.

Məsələn nümunə üçün seçilmiş mövzuda «Sizcə nə üçün Vətənpər insan özünü çox tərifləmir?» və ya «Nə üçün Vətənpər insan təvəzökar olur və həmişə öz işilə məşğul olur» və s.

3. Tətbiq sualları şagirdlərə problemlərin həllində müstəqil tədqiq etmək imkanı yaradır. İnformasiyaları ümumiləşdirmək, onun həyatı əhəmiyyətini dərk edərək nəticələr çıxarmağı tələb edir. Məsələn « Vətənpər insan döyüşdə qəhrəmanliq göstərərkən düşmən özünü necə aparmalidır?» və ya « Vətənpər insanın müxtəlif əməliyyatlara hazırlaşması ilə, onun fəaliyyətinin nəticələri arasında asılılıq necə ola bilər?»- sualına cavab vermək üçün şagird müxtəlif mənbələrdən istifadə etməli, alternativ fikirlərə öz münasibətini bildirməlidir.

4. Təhlil sualları məlumatın nə dərəcədə doğru olduğunu müəyyən etmək, səbəb- nəticə əlaqələrinə əsasən tədqiqə yönəlir. Mövzunun ümumi başa düşünülməsinə əsasən onun daha kiçik hissələrə ayrılmasını təmin edir.

5. Sintez sualları özünəməxsus formaların yaradılması, bilik və bacarıqlardan istifadə etməklə problemə yaradıcı yanaşma üçün imkan yaradır. Sintez sualları vasitəsi ilə şagirdlərdə alternativ fikirlər yaratmaq, məsələnin həllinə tamamilə əks tərəfdən yanaşmaq mümkündür. Məsələn, təqdim etdiyimiz dərs nümunəsində «Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə səy göstərən hər bir vətəndaş vətənpərvər deyilmi?» Göründüyü kimi, sual şagirdə tamamilə gözlənilməz ,əks variantda verilir.

6.Qiymətləndirici suallar Şagirdlərin qərara gəldiyi fikirlərin düzgün və ya səhv olmasını müəyyən etmək, nəticə çıxarmasına yönəlmiş suallardır. Qiymətləndirici suallar şagirdləri öyrəndikləri informasiyanın keyfiyyətinə görə fərqləndirməyə məcbur edir. Onlar problemə aid irəli sürdükləri fikirləri əsaslandırır, təcrübə və statistik rəqəmlərə əsasən onun doğru olub- olmadığını üzə çıxarır. Qiymətləndirici suallara nümunə olaraq «Rəislər və tabe olanlar, böyüklər və kiçiklər?» probleminə şagird münasibətini götürmək olar. Şagirdlər rəislər və tabe olanlar, böyüklər və kiçiklər haqqında düşünərək fikr mübadiləsi aparırlar və fikrlərini əsaslandırmaq üçün təcrübələrə müraciət edirlər.

Şaxələndirmə

Hər hansı mövzuya dair şagirdləri açıq, və müstəqil düşüncəyə istiqamətləndirən metoddur. Beyin həmləsinin qeyri -səlis xətt üzrə işləmə vəziyyətidir. Şaxələndirmə əsasən fərdi, cütlər və kiçik qruplar formasında aparılmalıdır. Mövzunun öyrənilməsindən əvvəl şagird təfəkkürünə təkan vermək onu düşünməyə cəlb etmək, onlarda mövzuya dair maraq yaratmaq, digər fənnlər və ya şagirdin dünyagörüşünün hüdudlarını üzə çıxarmaq, biliklər arasında əlaqə yaratmaq və s fəaliyyətlərə xidmət edir. Şaxələndirmə metodunun köməyi ilə şagird təfəkkürünü də inkişaf etdirmək mümkündür.

Şaxələndirmə tətbiq etmək üçün ilk növbədə aşağıdakılar tələb olunur:

- şaxələndirmə üçün uyğun gələn münasib mövzu seçilməldir.

- şagirdlərə şaxələndirmə prosesi aydın şəkildə təsvir edilməldir.

- mövzunu açmaq üçün onun daxilində ikinci dərəcəli mövzuları qrup daxilində fərdlərə paylanması təmin edilməlidir

- iştirakçıların qrup daxilində hazırladığı şaxələndirmələri qrupda birləşdirilməsinə nəzarət edilməlidir.

Şaxələndirmə prosesinin mərhələləri sadə və asan yadda qalır.

1. Mövzunun adı mərkəzdə (yazı müstəvisinin ortasında ) yazılır.

2. Mövzu ilə əlaqəli fikirinizə düşən, ağıla gələn bütün sözlər mərkəz sözün ətrafında yazılır.

3. Bir-biri ilə əlaqəli olan fikirlər arasında xətt çəkilərək birləşdirilir.

4. Bütün fikirlərin yazıya köçürülməsi və ideyalar axını üçün vaxt qoyulur. (5-10 dəqiqə)

5. Şagirdlər mümkün qədər daha və çox fikirlər və əlaqəli ifadələr yazmağa həvəsləndirilir ( bu onların dünyagörüşünü, mövzuya dair biliklərinin səviyyəsini göstərən meyardır).

Şaxələndirmə üçün coğrafiya fənninin son dərəcə geniş imkanları vardır. Çünki coğrafi mövzuların əksəriyyəti şagirdlərin real həyatda gördüyü hadisə və proseslərlə əlaqədardır.

«Sıra hazırlığı» mövzusu nümuunəsində şaxələndirmə aşağıdakı kimi ola bilər (nəzərə alın ki, söz və ifadələrə heç bir məhdudiyyət qoyulmur).







hello_html_5e8137d5.gif





















Şaxələndirmə fərdi olaraq tətbiq edilə bilər. Şagirdlərin özlərinin sevdikləri mövzu olduqda onlar bu problemin yerinə yetirilməsinə daha çox cəlb olunurlar.

Şaxaləndirmə dərs prosesi üçün mühüm mərhələlərdən biri kimi son dərəcə cevikdir, şagird aktivliyə yönəldilmişdirdir. Qrup şaxələndirməsindən sonra aparılan fərdi şaxələndirmələr əslində şagirdlər üçün istirahətdir.

İNSERT

Fəal təlim metodlarından biri kimi, "Çağırışaqədərkı hazırlıq” təlimində fənninin tədrisində «Səmərəli Mütaliə və yazı üçün interaktiv Qeydetmə Sistemi» - dən ( İNSERT) geniş istifadə olunma imkanları vardır.

Bu metod dərslikdəki mətnin aktiv fəaliyyətlə, yəni şagirdin öz münasibətini bildirərək oxunmasıdır. Şagird mövzudakı fikirlərə olan münasibətlərini qəbul olunmuş işarələrlə («V» - bu məlumat mənə tanış idi, «- «-bu informasiya mənim əvvəllər bildiyimi rədd edir, «+» -bu informasiya mənim üçün yenidir, «?» -bu məsələyə dair əlavə məlumat almaq istərdim) bildirir. Dərslik mətni oxunduqdan sonra ümumiləşmələr aparılır və qeyd olunur.


«V»

«- «

«+»

«?»







İlk növbədə məlum biliklər təsdiq edilir, yeni bilik və informasiyaları öyrənmək üçün gələcək fəaliyyət planlaşdırılır.

Venn diaqramı

Hər hansı iki mövzunun (informasiyanın, hərbi məlumatın, anlayışın, obyektin və s.) müqayisəli səciyyəsini əks etdirən «Venn diaqramı»-nın tətbiq edilməsi tədris baxımından çox maraqlıdır. İki mövzunun oxşar və fərqli cəhətlərinin üzə çıxarılmasına həsr olunan bu metod şagirdləri alternativ düşüncəyə cəlb edir, -onlarda qoyulmuş məsələnin daha çox cəhətli müzakirəsini tələb edir.

"Çağırışaqədərki hazırlıq” fənni üzrə təlimin təşkili formaları tədris prosesi üçün seçilmiş metodların sayını artırmaq olar. Nəzərə almaq lazımdır ki, müəllimlər hər hansı fəal təlim metodunu dərs prosesinə tətbiq edərkən yaradıcı şəkildə onu zənginləşdirmək və ya sinfin səviyyəsindən asılı olaraq sadələşdirmək və eləcə də, mövzu seçimində tam sərbəst olmaq hüququna malikdirlər.

İnteqrativ dərslərin tədrisi metodikasına verilən tələblər.

1.İnteqrativ dərsin mövzusu tədris kurslarının ümumiləşdiricisi roluna nail olmalıdır.

2.İnteqrasiyanın əsas prinsipi dərsin tədris tərbiyəvi tapşırıgına əsasən formalaşdırılmalıdır.

3. İnteqrativ dərsin quruluşu fənnlər arasında əlaqələndirici tapşırığa malik olmalıdır və aşağıdakı mərhələləri əks etdirməlidir

a) dərs mövzusunda fənlərarası əlaqənin mövcudlugunu dərk etməlidir

b) bilik və bacarıqların ümumi fənlərə aid olduğunu bilməlidir

s) müəyyən bilik və bacarıqdan digərinə keçidini qeyri-ənənəvi yollarla təmin etməlidir

d) inteqrasiya nəticəsində bilik və bacarıqları sintez etməyi, ümumiləşdirilməyi bacarmalıdır

e) yeni inteqrativ bilikləri möhkəmləndirməlidir (yeni tapşırıqların həllinə əsasən)

4. İnteqrativ dərslərdə yeni fəal təlim metodlarını tətbiq etmək, bilikləri sistemləşdirmək və ümumiləşdirmək məqsədi ilə şagirdlərdə yaradıcılıq fəaliyyətini inkişaf etdirmək tələb olunur

5. İnteqrativ dərslər bir neçə tədris fənni üzrə didaktik vəsaitlərdən kompleks istifadə etməyin metodikasını təmin etməlidir.

6. İnteqrativ dərsləri qeyri ənənəvi metodlarla tədris etmək məqsədəuyğundur. Məsələn kompleks ekskursiya dərsi, konfrans, seminar, çıxış dərsi və s.

7.İnteqrativ dərslərin aparılması üçün fənn müəllimləri əməkdaşlıq etməlidir

8. İnteqrativ dərslərin nəticələrini yoxlamaq üçün xüsusi diaqnostik vasitələrin ( mətn, yoxlama yazı, çalışma və s) köməyindən istifadə olunmalıdır.



2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr

Perespektiv planlaşdırma

 Hara getdiyini, nə istədiyini, məqəsədinin nədən ibarət olduğunu təlimin sonunda nəyə nail olacağını və bunu hansı yollarla həyata keçirəcəyini, nail olub-olmadığını necə qiymətləndirəcəyini əvvəlcədən müəyyənləşdirmə bacarığı olan bir müəllim uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər.Uğurlu və nəticəyönümlü təlim əvvəlcədən mükəmməl hazırlanmış planlaşdırmadan asılıdır.

Hər bir sinfin "Çağırışaqədərkı hazırlıq” kursu məzmunu və keçirilmə ardıcıllığı tədris proqramı ilə müəyyən edilən bir sıra mövzulardan ibarətdir. Mövzular dərslərə bölünür; proqramda hər mövzu üzrə dərslərin təxmini miqdarı göstərilir ki bu da kursun planlaşdırılması zamanı müəllim üçün müəyyən yol göstərir. Müəllim bu və ya digər sinfin "Çağırışaqədərkı hazırlıq” kursu üzrə illik planlaşdırmanın tərtibinə başlayarkən, hər şeydən əvvəl bu kursun məqsəd və vəzifələrini özü üçün aydın etməlidir.

Müəllim mövzular üzrə saatların bölgüsünü mexaniki surətdə proqramda verildiyi kimi planlaşdıra bilməz. Yaşadığı ərazinin və vətənin fiziki və sosial-iqtisadi vəziyyətini, təbiətini, maddi və mənəvi dəyərlərini, dinini, döyüşlərdə iştirak edən ata-babalarımızın tarixi adət-ənənlərini şagirdlərin hərtərəfli öyrənməsi, tədqiqat aparması, təqdimatlar etməsi, referatlar, statistik diaqramlar hazırlaması üçün müəllim düzgün perespektiv və gündəlik dərs planları hazırlamağı bacarmalıdır.

Perespektiv planlaşdırma hazırlamaq üçün müəllimdə bir neçə bacarığın olması vacibdir. Tədris vahidi və mövzuların ardıcıllığının düzgün müəyyənləşdirilməsi mühüm bacarıqlardan biridir. Müəllim bu ardıcıllığı müəyyənləşdirərkən bir neçə prinsiri nəzərə almalıdır. Təbii ki, birinci prinsip məzmun ardıcıllığı baxımından sadədən mürəkkəbə, asandan çətinə doğru getmək olmalıdır. Məsələn, X sinifdə əvvəlcə Azərbaycan Silahlı Qüvvələrin yaradilma tarixi, sonra nizamnamələr, sira hazırlığı və sairə bu ardıcıllıqla planlaşdırma aprılmalıdır. Əvvəlcə elə anlayışlar öyrədilməlidir ki sonrakı öyrəniləcək məsələlərdə onlardan istifadə edilə bilsin.

Thello_html_6b11c135.gifəlim nəticələrinin təqdim olunan ardıcıllığı tədris prosesi üçün mütləq deyil. Müəllim hər hansı təlim nəticəsinin əldə edilməsində ayrılan vaxt ərzində, proqram materiallarının tədris edilməsindəki ardıcıllığa əməl edilməsində sərbəstdir.

Müəllim tədris vahidlərini (dərslər bloku) və mövzuların ardıcıllığını planlaşdırarkən aşağıdakıları nəzərə almalıdır:

  • fəndaxili inteqrasiyanı

  • fənlərarası inteqrasiyanı (bəzi tədris vahidləri digər fənlər üçün ilkin şərt ola bilər; bəzi nəticələr iki fənnin tədris vahidləri ilə əlaqəli inteqrasiya etdirilə bilər)

  • ardıcıllığın qurulması prinsiplərini

1. məntiqi ardıcıllıq;

2.psixoloji ardıcıllıq (sadədən mürəkkəbə doğru, istiqamət, tətbiq etmə, layihələrin tərtibi, yaxından uzağa prinsipi).

3.xronoloji ardıcıllıq (tarixi-hərbi ardıcıllıq),

4.tematik ardıcıllıq-səbəb-nəticə əlaqələri)

  • hər sinif üzrə tədris vahidlərinin (dərslər blokunun) ümumi təlim nəticələrinin əsasında tərtib edilməsini

  • Tədris və təlim prinsiplərini

1.şagirdyönümlülük

2. aktiv, müstəqil və birgə təlim üçün imkanların yaradılması

3.məqsədyönümlülük

4. məktəbdən sonrakı və ictimaiyyətlə bağlı fəaliyyətlərlə əlaqəlilik

  • il ərzində keçiriləcək kiçik summativ qiymətləndirmələrin vaxtıni

Planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan ikincisi mövzuların tədrisi zamanı inteqrasiya imkanlarını müəyyən etməkdir. "Çağırışaqədərkı hazırlıq” fənninin bir çox fənlərlə inteqrasiyası mümkündür. Fizika təbiətdə baş verən təbii proseslərin fiziki qanunauyğunluqlarını, riyaziyyat ölçü və hesablama işlərinin aparılması, kimya texnogen qəzaların qanunauyğunluqlarını, biologiya canlı aləmini, sağlam həyat tərzinin, ədəbiyyat şair və yazıçıların əsərlərindəki təbiət təsvirlərini, tarix yer kürəsində baş verən hadisə və proseslərin tarixini, toponimika coğrafi adların mənşəyini öyrəndiyindən coğrafiya müəllimi planlaşdırma hazırlayarkən inteqrasiyanı nəzərə almağa yol göstərəcəkdir. "Çağırışaqədərkı hazırlıq” fənn müəllimi planlaşdırma apararkən tədris etdiyi mövzunun digər fənlərdəki bu və ya digər mövzu ilə inteqrasiya imkanlarını müəyyən etməlidir. Məsələn, “Sıralar və onların idarə edilməsi” mövzusu fiziki hazırlıqla və biologiya ilə, “Fövqəlada hallar və onların təsnifatı” bəhsi kimya, biologiya, fizika, “Müasir ümumqoşun döyüşü” mövzusu riyaziyyat, fizika, kimya, biologiya, , “KQS işlədilərkən və atəş hazırlığına başlayarkən müdafiə olunma qaydaları” bəhsi kimya, biologiya, fizika, ilə əlaqə yaradaraq tədris edilməsi daha müsbət nəticələr verir.

Perespektiv planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan biri də mövzuya uyğun resursların seçilməsidir. "Çağırışaqədərkı hazırlıq” fənni şagirdləri müxtəlif heç bir zaman heç bir fənnin yarada və formalaşdıra bilmədiyi vətən müdafiəçisi üçün zəruri olan əməksevərlik, qəhrəmanlıq və qoçaqlıq kimi keyfiyyətləri tərbiyə edir. Şagirdlərə görmədikləri hadisələri yalnız quru sözlərlə aydın və düzgün təsəvvür etdirmək olduqca çətindir. Müxtəlif silah və texnika sxemləri, şəkilləri, nümunələri, planşet, kompas, termometr, radiasiya nəzarət, kimyəvi kəşfiyyat cihazları və digər əyani vəsaitlər "Çağırışaqədərkı hazırlıq” fənninin tədrisində mühümdür. "Çağırışaqədərkı hazırlıq” fənnin tədrisində ən mühüm əyani vəsait isə müxtəlif məzmunlu sira hazırlığı sxemləri sılah və texnika nümunələridir.

Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaqdır. Müəllim, kursun ümumi məqsədlərinə məzmun etibarı ilə daha müvafiq olan mövzu və məsələlərə çox, quru faktların və ya coğrafi adların öyrənilməsindən ibarət olan mövzulara isə təbii ki, az vaxt ayırmalıdır. Təhsil nazirliyi tərəfindən təsdiq olunmuş vaxtı artırıb, azaltmamaq şərti ilə müəllim mövzuların çətinlik dərəcəsinə görə onlara verilən vaxtı özü müəyyənləşdirmə bacarığına malik olmalıdır.



X sinifdən perespektiv planlaşdırma nümunəsəi:

Tədris vahidi

Məzmun

Standartlar

İnteqrasiya

Resurslar

Saat



Azərbaycan Respublikası Silahlı Qüvvələri nizamnamələri


1. Azərbaycan Respublikası Silahlı Qüvvələri nizamnamələri


1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərin tədbiqi və icrası üzrə bilik və bacarıqlarını nümayiş etdirir.

Az.tar.1.1.1.;2.1.1. H-b.1.1.1.

dərslik, iş vərəqləri, müxtəlif şəkillər

1 saat

2. Hərbı hissənin döyüş bayrağı. Hərbi and

Tektonik xəritə, dərslik, iş vərəqləri

1 saat

3. Hərbi xidmətə çağırış

Kompyuter, proyektor. Dərslik, iş vərəqləri

1 saat

4. Sıravi əsgərin vəzifələri

Dərslik, iş vərəqləri,

1 saat

5. Hərbi qulluqçuların rütbələri

Dərslik, iş vərəqləri

1 saat

6. Rəislər və tabe olanlar, böyüklər və kiçiklər

Dərslik, iş vərəqləri

1 saat

7. Əmr və sərəncamların verilmə qaydası, onların icrası

nizamnaməsi Dərslik, iş vərəqləri

1 saat

8.Hərbi intizam, rəğbətləndirmə və intizam cəzaları

Intizam nizamnaməsi,

Dərslik, iş vərəqləri

1 saat







II.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr


hello_html_mb47a06a.gif








Dərs planlarının hazırlanması iki mərhələdə tərtib edilir: illik, və gündəlik dərs planları və bu mərhələlər üzrə hazırlanan dərs planları bir-birini izləyərək uşaqların yaş və bilik səviyyəsinə görə sadədən mürəkkəbə doğru gedir.

Məzmun standartları təyin edildikdən sonra dərsin məqsədləri tam aydın olur və müəllim şagirdyönümlü təlim mühiti yarada bilir, təlim prosesində şagirdlər aktiv qarşılıqlı əməkdaşlıq şəraitində bir-birilərinə təsir edərək uğurlu təlim nəticələri əldə edirlər.

Dərs planlarının hazırlanması iki mərhələdə tərtib edilir: illik və gündəlik dərs planları və bu mərhələlər üzrə hazırlanan dərs planları bir-birini izləyərək uşaqların yaş və bilik səviyyəsinə görə sadədən mürəkkəbə doğru gedir.

Sinfin səviyyəsinə görə müəyyən olunan dərslik əvvəlcə illik dərs planı əsasında tərtib olunur. İllik dərs planında müəllim bölmə üzrə məzmun xətti, ümumi standartlar, dinləyib-anlama, danışıq fəaliyyətini gücləndirən təlim strategiyaları, qiymətləndirmə sxemi əsasında şagirdlərin gözlədikləri nəticələrə uyğun qiymətləndirmə meyarları təyin edilir.


"Çağırışaqədərkı hazırlıq” fənn müəlliminin dərs planlarının xüsusiyyyətləri

Dərsin səmərəli keçirilməsi və uğurlu təlim nəticələri əldə olunması üçün dərs planını sistemli və ardıcıl elementlər əsasında tərtib etməsini məsləhət görmüşdür.

Dərsi planlaşdırmaq bizə nə üçün lazımdır?

  • Məzmun xəttini müəyyənləşdirmək

  • Standartları təyin etmək

  • Məqsədimizə nail olmaq

  • İş üsulunu tətbiq etmək

  • İş formasını qoymaq

  • İnteqrasiya yaratmaq

  • Materialla təmin etmək

  • Mərhələləri təşkil etmək

  • Vaxtı düzgün bölmək


Nümunəvi illik planlaşdırma nümunəsi:

Tədris vahidi

Mövzu

Standart

Resurs

Saat

Tarix
























Gündəlik planlaşdırma


Müəllim gündəlik dərs planı hazırlayarkən dərsin mərhələlərinə fikir verməlidir. Dərs aşağıda göstərilən mərhələlərlə planlaşdırılmalıdır:

  • Mövzu:

  • Məqsəd:

  • İş forması:

  • İş üsulu

  • Resurslar:

  • Dərsin mərhələləri:

        • Motivasiya, problemin qoyuluşu

        • Tədqiqatın aparılması

        • Məlumat mübadiləsi

        • Məlumatların müzakirəsi

        • Nəticələrin çıxarılması

        • Ev tapşırığı

  • Qiymətləndirmə

Artıq öyrənilən mövzuya uyğun məqsəd yazılarkən, məqsəd müəllimə deyil şagirdə yönəlməlidir. Əgər müəllim dərsin məqsədini şagirdin maraqları üzərində qurarsa uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər.

Şagirdi təlimə cəlb etməyin bir yolu mövzuya və məqsədə uyğun fəal təlim forma və üsullarından yerində istifadə edilməsidir.

Müəllim dərsin birinci və ən mühüm mərhələsi olan motivasiyanı elə qurmalıdır ki, şagirdi təlimə cəlb edə bilsin. Bu mərhələdə müəllim məsələdəki ziddiyyətləri qabartmaqla müxtəlif baxışların və variantların toqquşmasından yaranan vəziyyət əsasında sual qoyaraq şagirdləri düşünməyə hazırlayır. Motivasiya ilk növbədə tədqiqat üçün həm mümkün, həm də şagirdin öz bacarığını və qabiliyyətini həyata keçirilməsinə imkan verən, onun inkişaf xüsusiyyətlərinə müvafiq olmalıdır.

İkinci mərhələdə motivasiyadan çıxan fərziyyələr dəqiqləşdirildikdən sonra artıq tədqiqat işinə başlamaq olar. Tədqiqat müxtəlif formalarda – bütün siniflə birlikdə, kiçik qruplarda, cütlüklər şəklində və ya fərdi şəkildə aparıla bilər. İrəli sürülmüş problemin həlli üçün müxtəlif variantlardan, həm də özündə yeni suallar və yeni informasiyalar daşıyan iş vərəqlərindən istifadə olunur. İş vərəqlərində verilən tapşırıqlar birbaşa problemin həlli üçün “açar” rolunu oynayır.

Məlumat mübadiləsi üçüncü mərhələdə aparılır. Qoyulmuş tədqiqat sualının cavabını tapmaq istiqamətində görülən işlər tədqiqat iştirakçılarını bir-birinin dəlillərini dinləmək zərurəti qarşısında qoyur.

Dərsin dördüncü mərhələsində məlumatın müzakirəsi prosesi başlayır. Bu ən mürəkkəb mərhələdir. Belə ki, bu mərhələdə təfəkkürün müxtəlif növlərinin səfərbərliyə alınması baş verir. Müəllim bu mərhələdə fasilitasiya funksiyasını yerinə yetirir. Əldə olunmuş faktlar sistemləşdirilir və əlaqələr aşkara çıxarılır.

Beşinci mərhələ nəticələrin çıxarılması mərhələsidir. Müəllim qazanılmış biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədilə suallar qoyur və bu suallar əsasında biliklər və informasiyalar sistemləşdirilir. Şagird əldə etdiyi bilikləri, gəldiyi nəticəni, irəli sürülmüş fərziyyələrlə tutuşdurur.

Dərsin altıncı mərhələsində qiymətləndirmə və ya refleksiya prosesi başlayır.

Bir neçə dərs nümunəsinə baxaq:


X sinif.

Mövzu: Müasir ümumqoşun döyüşü

Standart: 2.1.2. Müasir ümumqoşun döyüş taktikası üzrə biliklərini nümayiş etdirir

Məqsəd: Müasir ümumqoşun döyüş haqqında bildiklərini sadalayır

Müasir ümumqoşun döyüş növlərini aydınlaşdırır

Müasir ümumqoşun döyüş yollarını izah edir

İş üsulu: Anlayışların çıxarılması, BİBÖ

İş forması: Kollektiv

Resurslar: Dərslik, nizamnamələr

Dərsin gedişi: Müəllim sinifə daxil olub salamlaşır, lövhədən bir sxem asıb, anlayışların çıxarılması üsulundan istifadə edərək sualın cavabını tapmağı tapşırır.





hello_html_m68f11510.gifhello_html_6fb1955b.gif



hello_html_32c671f3.gif


















Müzakirələrdən sonra məlum olur ki sxemdə gizlənən söz ümumqoşun döyüş dür.

Tədqiqat sualı: ümumqoşun döyüşü nədir?

Müəllim lövhəyə BİBÖ cədvəlini çəkib şagirdlərə külək haqqında bildiklərini soruşur. Küləyi necə hiss edirik? Uşaqların cavabları Bildiklərimiz sütununa yazılır. Sonra müəllim “Külək haqqında daha nəyi bilmək istərdiniz?” Cavablar İstəyirik bilək sütununa yazılır. Sonra müəllim şagirdlərə dərslikləri açıb “Külək” mövzusunu oxumağı tapşırır. Əlavə olaraq müəllim onlara “Ayna uşaq ensiklopediyası” toplusundan “Okean bəşərin beşiyidir” kitabına da verir külək barədə məlumatlar tapmağı tapşırır və müəllim şagirdlərə oxuduqca öyrəndiklərimiz sualına cavab axtarmağı olduqlarını nəzərlərinə çatdırır. Nəticədə aşagıdakı BİBÖ cədvəli doldurulur.

Cavabı tapılmayan sualları evdə araşırmaq tapşırılır



X sinif.

Mövzu: Fövqəlada hadisələr zamanı əhalinin davranış qaydaları-(təbii hadisələr)

Standart: 3.1.1. Fövqəlada hadisələr zamanı əhalinin mühafizəsi qaydaları

Məqsəd: 1. Təbii baş verən hadisələri sadalayır

2. Təhlükəli təbii hadisələri haqqında məlumat toplayır və onları fərqləndirir

İş üsulu: Klaster

İş forması: Kollektiv, qruplarla

Resurs: Dərslik, iş vərəqləri


Dərsin gedişi:

Motivasiya:

Müəllim: Fövqəlada hadisələr demək olar ki, hər gün müxtəlif hallarla baş verir. Bunların çoxu dağıntı və insan tələfatı ilə müşayiət olunur. Biz artıq küləyin, atmosfer yağıntılarının, buludların yaranmasına dair biliklərəcoğrafiya fənnindən malikik. Bu hava hadisələrinin əhəmiyyətini də öyrənmişik. Lakin külək,yağıntı və s. normadan artıq olduqda onlar qorxulu təbiət- atmosfer hadisəsinə çevrilirlər. İndi gəlin araşdıraq: Hansı təbii xarakterli hallar ola bilər?

Müəllim klaster üsulundan istifadə edir.Şagirdlər təbii xarakterli hadisələrini sadalayırlar:



hello_html_m56ba5c47.gifhello_html_m3a54c3f7.gif























Tədqiqat sualı: Bu hadisələr necə yaranır?

Tədqiqatın aparılması.

Müəllim hər hansi bir üsulldan istifadə edərək şagirdləri qruplara bölür və adlandırır. Onlara iş vərəqləri paylayır.

I Qrup - İldırım- Şimşək və qar uçqunları

II Qrup – Quraqlıq və tornado

III Qrup – Qasırğa və havanın çirklənməsi

IV Qrup - Leysan və turşu yağışları və Torpaq sürüşmələri


Məlumat mübadiləsi:

Tədqiqat işi başa çatdıqdan sonra görülən işin nəticələrini şərh etmək və alınmış qərarı əsaslandırmaq üçün qrup öz nümayəndəsini seçir. Qruplar iş vərəqələrini lövhədən asır və təqdimatlarını keçirirlər. Qrup nümayəndələri çıxış edir və sinifi öz qrup işinin nəticələri ilə tanış edir.

I qrup: İldırım- topa yağış buludları ilə əlaqədar baş verir.İki bulud topası və ya bulud topası ilə Yer səthi arasındakı elektrik boşalmalarıdır. Şimşək xəttinin uzunluğu 2-3km-ə çatır,güclü səslə müşayiət olunur və hava xətti 25000-30000ºC qıza bilir.bu isə “ildırım vurması” hadisəsi ilə müşayiət olunur. Ozon deşiyi- atmosferdə 20-25km yüksəklikdə yerləşən ozon qatında yaranır. Bu qat Günəşdən Yerə düşən, bitki və canlılar üçün məhvedici sayılan ultrabənövşəyi şüaları udur. Hazırda atmosferin çirklənməsi üzündən ozon təbəqəsi nazikləşmiş, bəzi yerlərdə isə hətta deşiklər əmələ gəlmişdir. Ilk baxışdan qorxulu görünməyən bu atmosfer hadisəsi əslində Yerdə həyatın məhv olmasına səbəb ola bilər.

II Qrup: Quraqlıq- atmosferdə qorxulu hadisədir. Bəzən ilin isti dövründə 1-2 ay müddətində yağıntı düşmür, havada rütubətin miqdarı xeyli aşağı olur, bitkilər quruyur, canlılar məhv olur, hər tərəf səhraya çevrilir, torpaq öz münbitliyini itirir, əhali aclığa məruz qalır. Tornado- Şimali Amerika üçün səciyyəvi olan dağıdıcı külək növüdür. Hündürlüyə doğru burulğan kimi uzanan sürəti saatda 400 km-ə çatan tornado hərəkət edərək, qarşısına çıxan nə varsa dağıdır, güclü fəlakət törədir.

III qrup: Tayfun- isti dənizlər üzərində yaranan, 500km diametrə malik rütubətli hava burulğanıdır. Tayfun burulğanının kənarlarında küləyin sürəti saatda 120km-ə çatır. Havanın çirklənməsi- atmosferdə qorxulu hadisələr yarada bilən prosesdir. Insanların təsərrüfat fəaliyyəti artdıqca, zavod və fabriklərin eləcə də avtomobillərin sayı çoxaldıqca, atmosferə daxil olan zəhərli qazların miqdarı da artır. Xüsusilə, şəhərlərdə havanın təbii qaz tərkibi dəyişir.

IV Qrup: Turşulu yağışlar-xüsusilə zavod və fabriklərin daha çox olduğu ərazilərdə baş verir. Zavod borularından havaya qalxan kimyəvi toz hissəciklərinə yapışan su buxarı səthə qayıdarkən zəhərli su damcısına çevrilir və son illərdə ətraf mühitə güclü təsir edən qorxulu atmosfer hadisəsi kimi diqqəti cəlb edir. Leysan yağışlar- aramsız yağdıqda dağıdıcı təsirə malik olur. Yer səthinə tökülən sular hər tərəfi basır, daşqın əmələ gətirir.

Nəticə və ümumiləşdirmə:

Atmosferdə baş verən qorxulu təbiət hadisələrinin bəzilərini yüngünləşdirmək mümkündür.

Insan təsiri ilə baş verən bu hadisələrin əksəriyyətinin qarşısını almaq mümkün və vacibdir:

  • zavod və fabrik borularında toz tutucu qurğular yerləşdirmək;

  • avtomobil mühərriklərini təkmilləşdirmək;

  • tullantısız yanacaq növü tapmaq;

  • hər yerdə yaşıllığı artırmaq və s.


Qiymətləndirmə:

  1. Hadisələri sadalama

  2. Məlumat toplama

  3. Fərqləndirmə

  4. Təqdim etmə

  5. Əməkdaşlıq



X sinif.

Mövzu: Təbii fələkətlər və onların qısa xarakteristikası

St: 2.1.3. Təbii fələkətlərin, hadisələrin və proseslərin ətraf mühitə təsirini izah edir

Məqsəd: Zəlzələ zamanı davranış qaydalarını izah edir

Zəlzələnin təbii fəlakət olduğunu anlayır

Zəlzələnin gücünün müxtəlif olduğunu aydınlaşdırır

İş forması: Kollektivlə

İş üsulu: Klaster, müzakirə

Resurslar: Domino daşları

Dərsin gedişi: Müəllim mərüzəni qəbul edir: Yoldaş Müəllim sinifdə 25 şagirddən 23 iştirak edir, 2 nəfər üzürlü səbəbdən iştirak etmir. Məruzə etdi taqım komandiri – Vüqar Gözəlov. Müəllim salam! Azad - əyləşin.

Müəllim şagirdlərə müraciət edir: Siz, təssəvür edin ki, indi zəlzələ baş verir. Siz bu vaxt nə edərsiniz? Harada gizlənərdiniz? Şagirdlər hamısı bu oyunda iştirak edirlər. Sonra oyunu daha dəqiq, düzgün yerinə yetirən şagirdlər müəyyənləşdirilir və qalib hesab olunurlar. Sonra müəllimə lövhədə klaster üsulundan istifadə edərək şagirdlərlə birgə zəlzələ zamanı nə etməli sualına cavab axtarırlar.

hello_html_25e92181.gif



























Sonra müəllim partanın üstündə domino daşlarından “ev” düzəldir və partanı azacıq tərpədir. “Ev” tərpənir, amma dağılmır. Müəllim sual verir: “Ev” niyə dağılmadı? Şagirdlər partanın zəif tərpəndiyini bildirirlər. Sonra müəllim partanı bayaqkından bir az güclü tərpədir. Domino daşlarından 1-2-si düşür. Müəllim bunun səbəbini soruşur. Şagirdlər tərpənişin bayaqkına nisbətən güclü olduğunu bildirirlər. Müəllim bu dəfə partanı daha güclü tərpədir və “evin” iki mərtəbəsi dağılır. Beləliklə, müəllim təpənişi getdikcə gücləndirir və “ev” təmamilə dağılır. Müəllim sinfə sual verir: “Bu təcrübədən nə başa düşdünüz?” şagirdlər tərpənişin gücünün əvvəlcə zəif, sonra getdikcə gücləndiyini gördüklərini deyirlər. Müəllimə zəlzələnində belə baş verdiyini və 12 ballıq cədvəllə qiymətləndirildiyi barədə məlumat verir.

Nəticə.

  1. Zəlzələ təbii fəlakətdir, təhlükəli hadisədir.

  2. Zəlzələ zamanı davranış qaydalarına əməl etməlidir.

Müəllim refleksiya vərəqələri paylayır:

    1. Özünüzü necə hiss edirsiniz?

    2. Dərs sizdə hansı hissləri yaratdı?

    3. Bu gün nə öyrəndiniz?

    4. Öyrəndiyinizin sizin üçün əhəmiyyəti nədir





XIsinif.

Mövzu: Fərdi mühafizə qaydaları və onlardan istifadə edilməsi

St: 3.1.2. Obyektlərdə mühafizə qaydaları təşkilini şəhr edir

Məqsəd:

  • Azərbaycanla həmsərhəd dövlətləri sadalayır sərhədlərinin dəyişməsinin səbəblərini araşdırır

  • Meydana çıxması ehtimal oluna bilən zədələnmə ocaqlarının növlərini və təsnifatıni araşdırır.

  • Fərdi və kollektiv mühafizə qaydalarıni faktlarla əsaslandırır


İş forması: Kollektiv, qrupla

İş üsulu: Anlayışın çıxarılması, müzakirə

Resurslar: Azərbaycan Respublikasının xəritəsi, iş vərəqləri, internet materialları, kompyuter, proyektor, əlehqazlar,respiratorlar.

Dərsin gedişi:

Motivasiya:

Müəllim lövhədən bir sxem asır. Sualın cavabını tapmağı tapşırır.












hello_html_m32d6a4db.gifhello_html_4789d90e.gif



hello_html_21f26f82.gifhello_html_424023ae.gif


hello_html_m18162243.gifhello_html_4f56c850.gif

hello_html_1ae6a0d3.gifhello_html_6f5b090a.gif

hello_html_m5befd02b.gif


hello_html_m5e7899eb.gifhello_html_4e5b7051.gif

hello_html_m686e315.gif


hello_html_m45ac64c8.gif

hello_html_14f5b1f2.gif


hello_html_48800b8b.gif










Şagirdlər öz fərziyyələrini söyləyirlər və bu sualın açmasının Azərbaycanın sərhədləri olduğu açıqlanır.

Tədqiqat sualı: Azərbaycan sərhədlərində yerləşən ölkələrdə kütləvi qirğın halları yarada biləcək vasitələr hansılardır?

Tədqiqatın aparılması.

Müəllim hər hansi bir üsulldan istifadə edərək şagirdləri qruplara bölür və adlandırır. Onlara iş vərəqləri paylayır.

I iş vərəqi: Qərbdə Ermənistan, Şimalda Rusiyada Atom elektik stansiyaları movcuddur?

II iş vərəqi: Azərbaycanda və Gürcüstanda böyük kimya zavadları mövcuddur?

III iş vərəqi: Xəritəyə baxmaqla müəyyənləşdirin daha hansı ərazidə fövqəladə hadisə yarada bıləcək mənbələr ola bilər?

IV iş vərəqi : Göstərilən rayonlar arasında hansıları bədnam qoşularımız tərəfindən işğal olunub: Xocavənd, Ağdam, Beyləqan, Zərdab, Biləsuvar, Kəlbəcər, Laçın, Ağstafa, Tovuz, Gədəbəy, Qubadlı, Bərdə, Zəngilan, Tərtər, Xocalı, Füzuli, Ağcabədi, Cəbrayıl, Xankəndi, Şuşa, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Hacıqabul.

V iş vərəqi: Fərdi mühafizə vasitələrindən istifadə edilməsi işğal olunmuş rayonların azad edilməsində rolunu və əhəmiyyətini əsaslandırın?




hello_html_4a791144.jpg

Məlumat mübadiləsi:

Tədqiqat işi başa çatdıqdan sonra görülən işin nəticələrini şərh etmək və alınmış qərarı əsaslandırmaq üçün qrup öz nümayəndəsini seçir. Qruplar iş vərəqələrini lövhədən asır və təqdimatlarını keçirirlər. Qrup nümayəndələri çıxış edir və sinifi öz qrup işinin nəticələri ilə tanış edir.

Təqdimatların sonunda müəllim kompyuter və proyektorun köməyi ilə aşağıdakı şəkili şagirdlərə göstərib Azərbaycan ərazilərindən kənarda və ərazisində olan zədələmə ocaqlarını qeyd edir və fərdi mühafizə vasitələrindən istifadə edilməsi texnologiyasına yiyələnmə hər insanınvə əsgərin mənəvi-döyüş keyfiyyətlərinin və psixoloji hazırlığını yüksəldir işğal olunmuş torpaqların azad olunmasının əsasıdır.



III. Məzmun standartlarının şərhi



X sinif

Standart

Məzmun

Açar sözlər

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını və inkişafını təsvir edir

1.1.1.Dövlət və hərbi atributları tanıdığını və mahiyyətini bildiyini nümayiş etdirir.

.

Döviət və hərbi atributları tanıdığını və mahiyyətini bildiyini,fərqləndirməsi

Döviət, hərbi, atribut, mahiyyət

1.1.2.Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələrini mənimsəndiyi barədə təqdimatlar edir.


Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələrini mənimsəndiyi, fərqləndirilməsi

Silahlı Qüvvələr, struktur, vəzifələr

Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biklərini nümayiş etdirir

1.2.1 Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktların hərbi xidmətə aid maddələrini bildiyini nümayiş etdirir.

Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktların hərbi xidmətə aid maddələrini mənimsəndiyi, fərqləndirilməsi

Konstitusiya, qanunvericilik, akt, xidmət, maddə

Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərin tədbiqi və icrası üzrə bilik və bacarıqlarını nümayiş etdirir.

  1. Intizam nizamnaməsi bəndlərini sadalayır.

Intizam nizamnaməsi bəndlərinin düzgün izah edilməsi.

Intizam, nizamnamə, bəndlər,

1.3.2. Qarnizon və qaravul xidməti nizamnaməsi bəndlərini şərh edir

Qarnizon və qaravul xidməti nizamnaməsi bəndlərini aydınlaşdırır

Qarnizon, qaravul

Müasir ümumqoşun döyüş taktikası üzrə biliklərini nümayiş etdirir

2.1.1.Müasir ümumqoşun

döyüşün növləri haqqında biliklərini nümayiş edir

Müasir ümumqoşun

döyüşün növləri haqqında biliklərin düzgün izah edilməsi

Müasir, ümumqoşun,

döyüş, növlər

2.1.2.Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini nümayiş edir

Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini aydınlaşdırır,fərqləndirir

Motoatıcı, manqa, təşkil,

Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir

2.2.1. Atıcı silahları və onların taktiki-texniki xassələri barədə
təqdimatlar edir.

Atıcı silahları və onların taktiki-texniki xassələri izah edir,fərqləndirir

Atıcı silah, taktiki-texniki xassə,

2.2.2.Əl qumbaralarının təyinatını və onlardan istifadə qaydalarını izah edir


Əl qumbaralarının təyinatını bilir, tətbiq və mühafizə qaydalarını izah edir

Əl qumbaraları, təyinatı

Topoqrafiya üzrə bacarıqlarını nümayiş etdirir.

2.3.1 Xəritəsiz, cismlərin köməyilə səmtləməni təyin etmək haqqında biliklərin nümayiş etdirir

Xəritəsiz, cismlərin köməyilə səmtləməni təyin edir,aydınlaşdırır

Xəritə, cism səmtləmə

Fövqəladə hadisələr baş verdikdə əhaiinin mühafizəsi prinsipləri haqqında biliklərini nümayiş etdirir

3.1.1.Fövqəladə hadisələrin təsnifatını verir.

Fövqəladə hadisələrin təsnifatını bilir, fərqləndirir

Fövqəladə hadisə

3.1.2.Kütləvi qırğın silahları haqqında məlumatı olduğunu nümayiş etdirir.

Kütləvi qırğın silahları haqqında məlumatı

Kütləvi, qırğın silahlar,

Mühafizə vasitələrindən istifadə edir

3.2.1.Fərdi mühafizə vasitələrinin istifadəsi üzrə biliklərini nümayiş etdirir

Fərdi mühafizə vasitələrinin istifadəsiqaydalarını aydınlaşdırır,fərqləndirir

Fərdi, mühafizə, vasitə,

3.2.2.Kollektiv mühafizə vasitələrindən istifadə bacarıqlarını nümayiş etdirir.

Kollektiv mühafizə vasitələrini bilir və istifadəetməyi bacarır

Kollektiv, mühafizə, vasitələri

Sağlam həyat tərzi üzrə biliklərini nümayiş etdirir


4.1.1. Sağlam həyat tərzinin tərkib hissələrini sadalayır

Sağlam həyat tərzinin tərkib hissələrini aydınlaşdırır, fərqləndirir

Sağlam, həyat tərzi, tərkib hissələri

4.1.2. Ilk tibbi yardımın göstərilməsi üzrə bacarıqlannı nümayiş etdirir.


Ilk tibbi yardımın göstərilməsi üzrə qaydaları aydınlaşdırır, fərqləndirir

Ilk tibbi yardım

4.2.1. Yaralanma və
bədbəxt hadisə zamanı
zərərçəkənlərə ilk tibbi
yardım göstərmək haqqında biliklərini şəhr edir

Yaralanma və
bədbəxt hadisə zamanı
zərərçəkənlərə ilk tibbi
yardım göstərmək
qaydalarını fərqləndirir

Yaralanma,
bədbəxt hadisə,
zərərçəkənlər

4.2.2. Radiasiyaya şüalanmaları
və kimyəvi zədələnmələr zamanı ilk tibbi biliklər biliklərə nümayiş etdirir

Radiasiyaya şüalanmaları
və kimyəvi zədələnmələr zamanı ilk tibbi
yardım göstərir, fərqləndirir

Radiasiya, şüalanma, kimyəvi zədələnmə

4.2.3. Bioloji vasitələr, yolxucu xəstəliklər haqqında biliklərə malik olduğunu nümayiş etdirir

Bioloji vasitələr, yolxucu xəstəliklər haqqında düzgün məlumat verir, fərqləndirir

Bioloji vasitələr, yolxucu xəstəliklər

XI sinif

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını və inkişafını təsvir edir

1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının tarixi və onların inkişafı haqqında təqdimatlar edir


Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının tarixi və onların inkişafıtəhlil edir, araşdırır

Silahlı Qüvvələr

1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələri haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələri haqqında araşdırır,təhlil edir

Silahlı Qüvvələr, struktur, vəzifələr

Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biklərini nümayiş etdirir

1.2.1.Hərbi nizamnamələrin yerinə yetirilməsinin məsuliyyətini dərk edir.


Hərbi nizamnamələr, növlərini,

yerinə yetirilməsi, məsuliyyət hissləri

rbi nizamnamələr

Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərin tədbiqi və icrası üzrə bilik və bacarıqlarını nümayiş etdirir..

1. 3. 1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.

Daxili xidmət nizamnaməsi,müddüalarını araşdırmaq, fərqləndirmək

Daxili, xidmət, nizamnamə

1.3.2.Sıra təlimi nizamnamənin tələblərini yerinə yetirir.

Sıra təlimi nizamnamənin tələblərini təhlil etmək,araşdırmaq

Sıra, təlim, nizamnamə

Müasir ümumqoşun döyüş taktikası üzrə biliklərini nümayiş etdirir

2.1.1. Hədəfləri təyin edərək mübarizə üsullarini izah edir.

Hədəfləri təyin edərək mübarizə üsullarini qiymətləndirmə, seçmə, fərqləndirmə

Hədəf, təyin, mübarizə, üsullar

2.1.2. Mühəndis maneələr h a q q ı n da anlayışlara malik oduğunu nümayiş edir

Mühəndis maneələr h a q q ı n da anlayışları seçmə, qiymətləndirmə, istifadə etmə

mühəndis maneələr,

Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir

2.2.1.Atıcı silahlardan istifadə qaydalarını və onlara texniki xidmət haqqında bılıkləri nümayiş etdirir

Atıcı silahlardan istifadə qaydaları, onlara texniki xidmət

Atıcı silahlar, istifadə qaydaları

2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşu və istifadə qaydalarını nümayiş etdirir

Mina-partlayış qurğuları, ümumi quruluşu və istifadə qaydalarını

Mina, partlayış,

qurğular, quruluş

Topoqrafiya üzrə bacarıqlarını nümayiş etdirir.

2.3.1.Topoqrafik

xəritələrdən istifadə etmək üzrə təqdimatlar edir

Topoqrafik xəritələr, istifadəqaydaları

xəritə çəkmək

Topoqrafik, xəritə

Fövqəladə hadisələr baş verdikdə əhaiinin mühafizəsi prinsipləri haqqında biliklərini nümayiş etdirir

3.1.1. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi qaydalarını izah edir.

Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi qaydalarını düzgün bilir

Fövqəladə hadisələr, mühafizə

3.1.2. Obyektlərdə mühafizə qaydalarını şərh edir.

Obyektlərdə mühafizə qaydaları, yerinə yetirilmə ardıcıllığı

Obyektlər

Mühafizə vasitələrindən istifadə edir

3.2. 3.2.1.Fərdi mühafizə vasitələrindən istifadə etmə bacarığını nümayiş etdirir.

Fərdi mühafizə vasitələri, növləri

istifadə qaydaları

Fərdi mühafizə vasitələri

3. . 3.2.2. Radiasiyaya nəzarət
və kimyəvi kəşfiyyat

cihazlarindan istifadə etmək bacarıqlarını nümayiş etdirir.

RadiRadiasiyaya nəzarət, kimyəvi kəşfiyyat,

cihazlarindan istifadə

Radiasiya, nəzarət, kimyəvi, kəşfiyyat,cihaz

Sağlam həyat tərzi üzrə biliklərini nümayiş etdirir.

4.1.1.Sağlamlığın mühafizəsi haqqında məlumat verir

Sağlamlığın mühafizəsi,sağlam həyat tərzi

Sağlamlıq, mühafizə, həyat tərzi

Ilk tibbi yardımın göstərilməsi üzrə bacarıqlannı nümayiş etdirir.

4.2.1.Fövqəladə hadisələrdə zədələnmələrinin

profilaktikasını və onlar
baş verdikdə ilk tibbi

yardım qaydalarını tədbiqetmək haqqında biliklərini nümayiş etdirir

Fövqəladə hadisələrdə zədələnmələr,profilaktika
qəza baş verdikdə ilk tibbi
yardım qaydaları

Fövqəladə hadisələrdə zədələnmələr,

profilaktika

4.2.2. Radiasiyaya şüalanmaları
və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərmək bacarıqlarını nümayiş etdirir.


Radiasiyaya şüalanmaları, kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım

Radiasiyaya şüalanmalar, kimyəvi zədələnmələr

4.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında biliklərini nümayiş etdirir

Yolxucu xəstəliklər, profilaktika və onlarla mübarizə

Yolxucu, xəstəliklər, profilaktika






IV. Şagird nailiyyətlərinin qiymətləndirilməsi


Fənlər üzrə məzmun standartlarının müəyyən olunmasında əsas məqsəd həmin standartların hər bir şagird tərəfindən mənimsənilməsi istiqamətində hədəflərin təyin edilməsidir. Qəbul edilmiş standartlara uyğun bilik və bacarıqlara nail olmaq üçün hər bir şagirdin fəaliyyəti fasiləsiz stimullaşdırılmalı, onların daha yüksək səviyyəli standartları mənimsəməsi üçün zəruri şərait yaradılmalıdır. Optimal vəziyyətdə heç bir şagirdin tədris ili boyunca geri qalmasına imkan verilməməli, əksinə, hər bir şagirdin irəliləməsi diqqət mərkəzində olmalıdır. Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və bir çox hallarda rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi, şagirdlərin sinif işləri və ev tapşırıqlarını yerinə yetirmələri, yazılı və şifahi cavabları əhəmiyyətlilik baxımından eyni dərəcədə vacibdir.

Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti, bu fəaliyyətin şagirdlərin tələbatına nə dərəcədə cavab verməsi, habelə kurrikulumda, planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:

  • şagirdin irəliləyişlərinin (geriləmələrinin) izlənilməsi (monitorinqi);

  • təlim prosesində qərarların qəbulu;

  • şagirdin təlim nəticələrinin qiymətləndirilməsi;

  • kurrikulumun qiymətləndirilməsi.

Qiymətləndirmə və təlim proseslərinə təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır. Sistemli proses olan qiymətləndirmə - təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur:

  • Qiymətləndirmə məlumatları. Bunlara şagirdlərin nailiyyətlərini və təlimə münasibətlərini, müəllimin hazırlıq səviyyəsini, fənn kurrikulumlarının xarakterik cəhətlərini, təlim resurslarının bölgüsünü əks etdirən məlumatlar və fəaliyyətlərin icra mexanizmləri daxildir.

  • Məlumatların toplanması. Bu proses testlərin keçirilməsi, şagird tapşırıqlarının yoxlanılması, sinifdə müsahibələrin aparılması, fənn kurrikulumlarının icra keyfiyyətinin, şagirdlərin və müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət cədvəlləri və digər məktəb sənədlərinin təhlil edilməsi kimi üsullarla həyata keçirilir.

  • Qiymətləndirmə nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşdırılması və istiqamətləndirilməsi, qiymət ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların verilməsi, təhsilin bir pilləsindən digərinə keçilməsi, pedaqoji nəzəriyyələrin formalaşdırılması, təhsil siyasətinin qurulması və onun təsirliliyinin monitorinqinin aparılması, təlim resurslarının bölgüsü, kurrikulumun və tədrisin keyfiyyətinin dəyərləndirilməsində istifadə olunur, eyni zamanda geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.

  • Qiymətləndirmə standartları. Bu standartlar təhsilin keyfiyyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir, şagird nailiyyətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün istifadə olunan qiymətləndirmə üsulları və vasitələrinin keyfiyyətini təsvir edir, qiymətvermə prosesinin qanuniliyinə zəmanət verir.

Bütün növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə riayət olunur:

  • məqsədəuyğunluq;

  • nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi;

  • toplanılmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin olunması;

  • qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq;

  • təlim fəaliyyətində qiymətləndirilmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması.


4.1. Əsas qiymətləndirmə növləri


Məzmun standartlarının mənimsənilməsi istiqamətində, əsasən, aşağadakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri aşağıda qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:

  • İlkin səviyyənin qiymətləndirməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris olunmuş materialin hansı hissəsini bilirlər?

  • İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi?

  • Yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar qrupunda müəyyən edilmiş məqsədlərə çatmışlarmı?

Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarinda göstərilən əsas bilik və bacarıqların əldə olunmasına yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edir.

İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin artıq nələri bildiyini müəyyən edir və təlimin düzgun qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin onun üçün başa duşülməyən və ya tanış olmayan material qalmır.

İlkin səviyyə qiymətləndirməsinin sualları bir biri ilə elə əlaqələndirilib tənzimlənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digərləri isə yeni materialı mənimsədiyi güman olunan şagirdləri müəyyən etsin. Əgər ilkin səviyyə qiymətləndirməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafının qiymətləndirilmək üçün ilkin məlumat bazasını yaratmaq məqsədilə istifadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə cavab verməlidir.

Şagird irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən istifadə və ya şagirdin daha irəliyə addim atması ücün ona əlavə impulsun verilməsi barədə ehtiyaclar müəyyənləşdirilir.

Qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə) sinifdə hər bir şagirdin inkişafınin hərəkətverici amilinə, təlimin həlledici komponentinə cevrilir. Müəllim yalnız belə monitorinq vasitəsilə tədris prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə köməklik göstərir. Bu mənada şagirdlərin faktik fəaliyyətinin nəticələri müəllim üçün real indikatorlara çevrilir.

Monitorinqlər müəyyən anlayışların mənimsənildiyini müşahidə etmək və ev tapşırıqlarını nəzərdən keçirməklə, yaxud daha formal qiymətləndirmə tipindən istifadə etməklə aparıla bilər. Monitorinqlərin hansı formada aparılmasıından asılı olmayaraq, onlar müntəzəm xarakter daşımalıdır. Bundan əlavə, hər altı həftədən gec olmayaraq, şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.

Növbəti mərhələdə monitorinq şagirdlərin əldə etdiyi nailiyyətlərin mövcud standartlara uyğunluğunu öyrənmək məqsədilə aparılır. Bu prosesdə toplanmış məlumatlar tədris prosesinin tənzimləməsində mühüm əhəmiyyətə malikdir. Həmin məlumatlar əsasında müəllim aşağıdakı suallara cavab axtarır və müəyyən nəticəyə gəlir:

  • Mən irəli getməliyəm, yoxsa hansısa bir hissəyə daha cox vaxt sərf etməliyəm?

  • Şagirdlər öyrəndiklərini sərbəst tətbiq edə biləcəklərmi, yoxsa əlavə tədris aparılmasına ehtiyac vardır?

  • Planlaşdırılmış tədrisi bir necə şagird üçün və ya hamı üçün sürətləndirilmiş formada apara bilərəmmi? Əgər belədirsə, bunun ücün ən yaxşı yol hansıdır?

İlkin səviyyənin qiymətləndirməsi kimi oxşar xüsusiyyətləri olan yekun (summativ) qiymətləndirmə standart və ya standartlar qrupunda müəyyən olunmuş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını muəyyən edir. Yekun (summativ) qiymətləndirmə aşağıdakı suallara cavab verir: Şagird materialı bilir və başa duşürmü? Bildiklərini tətbiq edə bilirmi? Daha irəli getmək ücün lazımi səviyyəyə catmışdırmı?

Yekun (summativ) qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ) qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır.

Yekun (summativ) qiymətləndirmənin bu xüsusiyyəti müəllimlərin “testyönümlü tədris”lə bağlı narahatlığını aradan qaldırır. Yekun qiymətləndirmə fənnin məzmun standartlarının tərtibi üçün aparıcı rol oynamır, əksinə qiymətləndirmənin bu standartlar əsasında aparılmasını təmin edir. Bundan əlavə, yekun qiymətləndirmə əldə olunan bilikləri tam əks etdirmir, lakin o, mənimsəmə səviyyəsinin etibarlı və adekvat göstəricisidir.

Göstərilən qiymətləndirmə növlərinə əsaslanan məktəbdaxili qiymətləndirmə aşağıdakı əsas komponentləri əhatə edir:

  • şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi;

  • şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (kurrikulum üzrə qiymətləndirmə);

  • ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmənin (buraxılış imtahanlarının) aparılması.





Qiymətləndirmə standartlarının və qiymətləndirmə

vasitələrinin (testlərin) hazırlanması


Hər bir fənn kurrikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün istifadə olunan strategiyalarla yanaşı, nail olunmuş təlim nəticələrinin, əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi üçün müvafiq qiymətləndirmə standartlarının nümunələri də əhatə olunur.

  • Məzmun standartları inteqrativ təlim nəticələri olub şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir.

  • Qiymətləndirmə standartları məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla baş vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir.

Qiymətləndirmə standartlarının təyin edilməsində imtahana əsaslanan metod vasitəsilə bütün maraqlı tərəflərin razılığı əsasında müvafiq siniflər üzrə milli səviyyədə yekun qiymətləndirmə (imtahan) keçirilir, nəticələr təhlil olunmaqla standartlar təyin edilir. Məsələn:

  • minimum: sagirdlərin 90-100%-i tərəfindən əldə olunan standartlar;

  • yüksək: sagirdlərin ən yaxsı halda 30%-i tərəfindən əldə olunan standartlar.

Qiymətləndirmə standartlarının təyin edilməsində kurrikulumyönümlü metoda daha çox üstünlük verilir. Bu metoda görə:

  • qiymətləndirmə standartları milli kurrikulumda əks olunmuş nailiyyətlərə (nəticələrə) uyğun hazırlanır və faktik olaraq sagirdlərin nəyi bacardıqlarına dair ölçmələrə deyil, mütəxəssis mühakimələrinə əsaslanır.

  • bütün məktəblərin, müəllimlərin təmsil olunduğu orqanların və digər maraqlı tərəflərin müzakirələri əsasında standartlara düzəlişlər edilir və arzu olunan nailiyyət səviyyələrinə dair ortaq fikir yaranır.

Qiymətləndirmə standartları 4 səviyyə üzrə qiymətləndirmə sxemləri (QS) şəklində hazırlanır. QS xüsusi növ qiymətləndirmə şkalasıdır və iki əsas məsələni əhatə edir:

  • Mən nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər)?

  • Asagı, orta və yüxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar?

Səviyyə-1 ən aşağı, səviyyə-4 isə ən yüksək səviyyəni əks etdirir. Səviyyə-1 və səviyyə-2 əksər şagirdlər, səviyyə-3 və xüsusilə səviyyə-4 isə daha istedadlı şagirdlər üçün nəzərdə tutulur.

QS-lər qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata keçirilməsinə imkan verir, tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin. QS-lər sagirdin işini qiymətləndirmək üçün müəllimin sərf etdiyi vaxtı azaldır, keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə malik sagirdlərin təhsil aldığl sinifləri nəzərə almağa şərait yaradır.

QS-lər fəaliyyətin qiymətləndirilməsi zamanı istifadə olunan meyarlarla baglı şagirdlərin məlumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və onlardan nələrin tələb olunduğunu aydın şəkildə göstərməklə konkret məqsəd və tələbləri (meyarlar) müəyyən edir. QS-lər sagird işlərinin keyfiyyətini daha yaxşı qiymətləndirməklə təlim prosesində irəliləyişlərin qiymətləndirilməsi üçün çərçivə təyin edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə məlumat verməsini təmin edir. QS-lər mahiyyət etibarı ilə iki növə ayrılır:

Holistik QS sagirdin isi ilə baglı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ QS-lər sürətli qiymətləndirmə aparmaqla şagird nailiyyətləri haqda ümumi mənzərəni təsvir edir.

Analitik QS sagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir. Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. Bu zaman sagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.

QS-in elementləri:

  • qiymətləndiriləcək əsas sahələr;

  • nailiyyətin müxtəlif səviyyələrini dəyərləndirmək üçün qiymətləndirmə şkalası;

  • səviyyə üzrə etiket: nailiyyət səiyyəsini təsvir edən söz və ya rəqəm;

  • səviyyə deskriptoru: nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən söz (ifadə);

  • səviyyə indikatorları: hər bir nailiyyət səviyyəsi üzrə diqqət yetirilmə məsələsinə aid konkret nümunələr;

  • Standart: nail olunması nəzərdə tutulan nəticə.

QS-lər vasitəsilə qiymətləndirmə standartlarının hazırlanması aşağıdakı ardıcıllıqla aparılır:

  • təlim məqsədi təyin edilir (bilik, bacarıq, münasibət, nəticə), şagirdlərin nəyi bilməsi və bacarması barədə mülahizələr dəqiqləşdirilir;

  • qiymətləndirmə məqsədi seçilir (diaqnostik, formativ, summativ);

  • hansı növ qiymətləndirmə sxemlərindən istifadə edilməsi barədə qərar verilir (holistik, analitik);

  • qiymətləndirmənin aspektləri (bilik və bacarıqlar, onların əldə olunması yolları, tətbiqi və s.), yaxud əsas sahələri müəyyənləşdirilir və təsvir edilir;

  • müxtəlif nailiyyət səviyyələri keyfiyyət baxımından müəyyənləşdirilir və təsvir edilir;

  • nailiyyət səviyyələrinin qiymətləndirmə ballarına görə sayı dəqiqləşdirilir;

  • səviyyə deskriptorlarının (təsviri indikatorlar) növləri (kəmiyyət, normativ, deskriptiv) seçilir. Deskriptiv növ seçilərsə, bütün nailiyyət səviyyələrinin sözlə təsviri verilir;

  • hər bir səviyyə üzrə müxtəlif nümunəvi şagird tapşırıqları hazırlanır;

  • zərurət yaranarsa qiymətləndirmə sxemi nəzərdən keçirilir və lazimi dəyişikliklər edilir.

Qiymətləndirmənin hər bir aspekti üzrə səviyyə deskriptorları müvafiq qiymətləndirmə sahəsinin və səviyyəsinin mahiyyətini, məzmununu təsvir edir. Səviyyə deskriptorları tərtib dilərkən aşağıdakılar nəzərə alınır:

  • şagirdlərin başa düşəcəyi sadə dildən istifadə edilməsi, fikirlərin qısa və sadə ifadə olunması;

  • pis”, “orta səviyyəli”, “kafi”, “yaxşı” və ya “əla” kimi qeyri-müəyyən və formal deskriptorlardan istifadə edilməməsi;

  • imkan daxilində müşahidə oluna bilən bacarıqların və ya təlim nəticələrinin xüsusiyyətlərinin təsvir edilməsi;

  • qiymətləndirmə səviyyələrinin sərhədlərinin optimal müəyyənləşdirilməsi, qəbul edilmiş intervalların bərabərliyi;

  • səviyyələr şkalasının şagird nailiyyətlərini tam əhatə etməsi;

  • nailiyyət səviyyələri üzrə təsvirlərin məzmununun eyni üslub və formada tərtib ediməsi;

  • fəaliyyət səviyyələrinin bütün aspektlər üzrə uyğun olması (bir aspekt üzrə 4-cü səviyyə qiymətinin digər aspekt üzrə 4-cü səviyyə qiyməti ilə müqayisə oluna bilməsi).

  • əvvəlcə “ən yüksək”, sonra isə “ən aşağı” səviyyələrin müəyyənləşdirilməsi, daha sonda isə“aralıq” səviyyələrin hazırlanması.

  • ən yüksək səviyyənin real olması;

  • ən aşağı səviyyənin yalnız çatışmazlıqları deyil, həmçinin minimal nailiyyətin xüsusiyyətlərini əks etdirməsi.

Qiymətləndirmə standartları hazırlanarkən aşağıdakı amillərə diqqət yetirilir:

  • bəzi məzmun alt-standartlarının hər birinə ayrılıqda olmaqla, bəzilərinə isə qrup halında bir qiymətləndirmə standartı hazırlana bilər. Məsələn:


hello_html_307cd115.gif








  • məzmun alt-standartı qiymətləndirmə üçün az əhəmiyyətli olduqda ona qiymətləndirmə standartı hazırlanmaya bilər;

  • bir sıra hallarda hər hansı bir məzmun alt-standartı üçün qiymətləndirmə standartının hazırlanması mümkün olmaya bilər.

Məhz bu səbəblərə görə qiymətləndirmə standartlarının hazırlanmasında baza rolu oynayan və təlim standartlarını, gözlənilən təlim nəticələrini təyin edən hər bir fənn kurrikulumu, adətən, qiymətləndirmə standartları toplusundan daha əhatəli və geniş hazırlanır. Bəzən də bir sıra qiymətləndirmə standartları kurrikulumda aşkar əks olunmasa da, müxtəlif qiymətləndirmə tədbirlərində onlardan istifadə edilir.

Qiymətləndiriləcək bacarıqların təyin olunması prosesində onların idraki xarakterdə olması xüsusilə nəzərə alınır ki, bu da qiymətləndirmə tapşırıqlarının mürəkkəblik səviyyəsinin müəyyən olunmasında vacib şərt hesab olunur, mənisəmənin əsas xüsusiyyətlərini (məntiqi düşünmə, prosedurların yerinə yetirilməsi, anlayışların dərk edilməsi, problemlərin həlli) əhatə edir.

Nəzərə alınmalıdır ki, aşaği səviyyəli suallar yalnız sadə prosedurların yerinə yetirilməsinə, elementar konsepsiyaların dərk edilməsinə, sadə problemlərin həllinə yönəldilir. Yüksək səviyyəli suallardan isə şagirdlərdə məntiqi düşünmək, anlayışları hərtərəfli dərk etmək, mürəkkəb prosedurları yerinə yetirmək və qeyri- standart problemləri həll etmək bacarıqlarının formalaşdırılmasında istifadə olunur.

Şagirdlərin məzmun standartlarına nə dərəcədə nail olduğunu ölçmək və qazanılmış bacarıqlar üzrə yekun (summativ) qiymətləndirmələr aparmaq üçün qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması aşağıdakı ardıcıllıqla aparılır:

  • qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması prosesində testlərin məqsədəuyğunluğu (məhz “nəzərdə tutulanın” qiymətləndirməsi) və etibarlılığı (real məlumatlara əsaslanması);

  • səmərəlilik üçün hər sinif üzrə nisbətən az (<10) və nisbətən çox (>10) məzmun standartına malik olan iki fənn qrupunun müəyyənləşdirilməsi. (Birinci halda tədris və təlim məhdud sayda bacarığın aşılanmasına yönəldilir. İkinci halda isə bir neçə il tədris olunan fənn vasitəsilə şagirdlərin daha çox sayda bacarıq və vərdişlərə nail olmaları nəzərdə tutulur);

  • yekun (summativ) testlərdə bütün standartların reprezentativ (təmsiledici) seçiminin təmin olunması. (Əgər az sayda məzmun standartı mənimsənilibsə, bütün standartlar imtahanda təmsil oluna bilər. Çox sayda standart mənimsənildiyi təqdirdə isə hər bir standart ilə bağlı müxtəlif səviyyələr üzrə 1-dən çox sualın verilməsi məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, yekun qiymətləndirmədə hər bir standartı yalnız bir sual vasitəsilə əhatə etmək münasib üsul sayılmır);

  • yekun (summativ) testlərdə bütün səviyyələr üzrə də reprezentativ seçimin təmin edilməsi. (Tapşırıqlar hətta orta səviyyəli uşaqlar tərəfindən də yerinə yetirilən olmalıdır. Tədris prosesinin sonunda bütün səviyyələr üzrə sualların obyektiv bölgüsü aşağıdakı kimi müəyyənləşdirilir: səviyyə-1 üzrə suallar 20%, səviyyə-2 üzrə suallar 30%, səviyyə-3 üzrə suallar 30%, səviyyə-4 üzrə suallar 20%).

Yekun qiymətləndirmənin aparıldığı mərhələlərdə məzmun standartlarına uyğun olaraq, səviyyələr üzrə qiymətləndirmə sualları aşağıdakı qaydada seçilir:


Nümunə 1 (məzmun standartlarının Nümunə 2 (məzmun standartlarının sayı

sayı az olduqda) çox olduqda)


Mərhələ

Standartın

nömrəsi

Səviyyə


Mərhələ

Standartın

nömrəsi

Səviyyə

1

I

II

III

1

1

1


1

I

II

III

IV

V

1+2

2+3

3+4

1+3

2+4

2

I

II

III

1+2

1+2

1+2


2

VI

VII

VIII

IX

X

1+2

2+3

3+4

1+3

2+4

3

I

II

III

1+2+3

1+2+3

1+2+3


3

XI

XII

XIII

XIV

XV

1+2

2+3

3+4

1+3

2+4

4

I

II

III

2+3+4

2+3+4

2+3+4


İlin sonu

I

IV

VII

XI

XIV

1+2

2+3

3+4

1+3

2+4

İlin sonu

I

II

III

1+3

2+4

1+2+3+4











V. Resurslar



  1. Kartlar

  2. Mulyaj

  3. Fiqur

  4. Plakat

  5. İşçi vərəqləri

  6. İKT materialları

  7. Kompyuter

  8. Proyektor

  9. Müxtəlif məzmunlu şəkillər

  10. Marker

  11. Flipçat

  12. Ensiklopediyalar

  13. X-XI- ci siniflər üzrə "Çağirişaqədərki haziriiq" dərslikləri

  14. MIMIO lövhə

  15. Əlehqazlar

  16. Respiratorlar









VI. Tezaurus

Təlimin məzmunu- şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.

Təlim nəticəsi- müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutlan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.

Məzmun xətti- fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmununun zəruri hissəsidir.

Məzmun standartı- dövlətin təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbdir.

Qiymətləndirmə standartı- təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.

Təlim strategiyası- təhsil prosesində istifadə olunan forma, metod, üsul və vasitələrin məcmusudur.

Kurrikulum- təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.

Dərslik- dövlət təhsil standartları əsasında hazırlanmış kurrikulumlara uyğun olan, şagirdlərdə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişlərinin aşılanmasına, demakratik dünyagörüşünün formalaşmasına imkan yaradan, onları düşünməyə sövq edən, məntiqi təfəkürü inkişaf etdirən, tətbiqi xarakter daşıyan, inteqrativ xüsusiyyətə malik əsas dərs vəsaitidir.

Inteqrasiya-müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişaf və özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmağı və onları sistemləşdirməyi tələb edən didaktik prinsipdir. Dünyanın təhsil təcrübəsində şaquli və üfüqi olmaqla onun iki növündən istifadə edilir.

Kurikulum-(Latın sözü olub- “həyat yazısı”deməkdir) ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin həyata keçirilməsinə imkan yaradan və onları istiqamətləndirən konseptual sənəddir.

Fənn kurrikulumu- fənn üzrə fəaliyyətləri istiqamətləndirən konseptual sənəddir.

Pedaqoji innovasiya- təhsil müəssisələrində, pedaqoji nəzəriyyələrdə, müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə baş verən yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə cevrilir.

Nəticəyönümlülük- yeni kurrikulumların hazırlanmasında nəzərə alınmış əsas prinsiplərindən biridir. Bu pirinsipin tələbinə görə müəyyən olunmuş bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir.

Taksonomiya- yanan sözdür (taxus-qayda ilə yerləşmə+qanun deməkdir), təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə botanika və zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdə psixologiyada istifadə olunmağa başlanmışdır.

Şəxsiyyətyönümlülük – Milli Kurrikulumun hazırlanması zamanı nəzərə alınmış didaktik prinsiplərdən biridir. Onun tələbinə görə, kurrikulumların tərkibində olan təlim standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri şagird şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar əsasında yaranan keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və ya mədəniyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil, milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə uyğun səviyyənin (kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun səviyyənin) əldə edilməsidir.

Təhsildə qiymətləndirmə sistemi- beynəlxalq milli və məktəb səviyyələrində aparılan qiymətləndirməni əhatə edir. Orada zəruri məzmunun (qiymətləndirmə standartlarının), vasitələrin (test, sual və s.), formaların, üsulların müəyyənləşdirlməsini və onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.

Fəal (interaktiv) təlim- şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.

Mulyaj-mumdan, gipsdən və s. dən model, tökmə.

Idrak fəaliyyəti- idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların fikrincə, idrak fəaliyyətində bilmək, anlamaq, tətbiq etmək, sintez etmək və dəyərləndirmək əsas mərhələlər hesab olunur. Müasir təhsil konsepsiyasına görə, şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz həmin parametrlər təşkil edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktəbi”ndə təlim stanadartları hazırlanarkən onlar əsas götürülür.



VII. Ədəbiyyat siyahısı

  1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2003

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümumqoşun Nizamnamələri,- Bakı:2007.-488səhifə

3.Ocaqov H.O. Fövqəlada hallarda həyat fəaliyyətinin təhlükəsizliliyi –Mülki müdafiə /Bakı:, “Çaşıoğlu” 2010, -400səh.

4. Əliyev N.A., Gözəlov S.S. Taktiki hazırlığın mükəmməlləşdirilməsinin pedaqoji – psixoloji aspektləri/ AAHDM – in nəşriyyatı., Bakı., 2008. 216 səh.

5.“Mülki Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, dekabr 1997-cu il.

6. Müəllim hazırlığının və orta təhsilin perspektivləri(qərb təhsil sisteminin təcrübəsi əsasında) Müəllimlər üçün vəsait .(müəllif qrupu)Baki.2005(İREX təşkilatının xətti ilə)

7.Intqrativ kurrikulum: Mahiyyəti və nümunələr. Müəllimlər üçün vəsait .(müəllif qrupu) Baki, 2005 (İREX təşkilatının xətti ilə)

8.Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 nömrəli qərarı.

9.Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 2 noyabr 1999-cu il.

10. Azərbaycan Respublikasının Hərbi doktrinası. Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 8 iyun tarixli,1029-IIIQR nömrəli Qərarı ilə təsdiq edilmişdir.

11. Gözəlоv S.S. Hərbi təlim-tərbiyə prosesinin əsas funksiyaları // Hərbi Bilik Jurnаlı, 2007, №2, s. 81-89.

12. Əliyеv N.А., Gözəlоv S.S Hərbi qulluqçu şəхsiyyətinin psiхоlоgiyаsı və hərbi intizаmın möhkəmləndirilməsi məsələləri. /Bаkı: BАHDM-nin nəşriyyаtı, 2000, 47s.

13. Gözəlоv S.S., Səfərov R.S., Eyyubov V.Ə. Hərbi texnika və silahlarin səmərəli mənimsənilməsinin psixoloji şərtləri / Hərbi Bilik Jurnаlı, 2004., 3, səh 49-56



Mündəricat

Giriş..................................................................................................................2

I. "Çağirişaqədərki haziriiq" təliminin məzmunu.........................................4

1.1. Ümumi təlim nəticələri..........................................................................4

1.2. Məzmun xətləri......................................................................................5

1.3. Fəaliyyət xətləri və standartları ............................................................ 6

1.4. Tam orta təhsil pillələri üzrə məzmun xətlərinin təlim nəticələri.........8

1.5. Məzmun standartları..............................................................................8

X - XI sinif ..................................................................................................10

1.6. Fəndaxili və fənlərarasi inteqrasiya…………….................................13

II. Təlim strategiyaları................................................................................... 21

2.1. "Çağirişaqədərki haziriiq" təliminin təşkilinə verilən əsas tələblər....22

2.2. Fənnin təlimin təşkilinin forma və üsulları barədə tövsiyələr................25

2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr.........34

III.Məzmun standartlarının şərhi......................................................................46

IVŞagird nailiyyətlərinin qiymətləndirilməsi...................................................50

4.1. Əsas qiymətləndirmə növləri..................................................................52

V. Resurslar.......................................................................................................58

VI. Tezaurus............................................ ..........................................................59

VII. Ədəbiyyat siyahısı.......................................................................................60


62



Подайте заявку сейчас на любой интересующий Вас курс переподготовки, чтобы получить диплом со скидкой 50% уже осенью 2017 года.


Выберите специальность, которую Вы хотите получить:

Обучение проходит дистанционно на сайте проекта "Инфоурок".
По итогам обучения слушателям выдаются печатные дипломы установленного образца.

ПЕРЕЙТИ В КАТАЛОГ КУРСОВ

Краткое описание документа:

"ÇAĞIRIŞAQƏDƏRKI HAZIRIIQ" FƏNNININ ƏHƏMIYYƏTI

Mənəvi: Gənc nəslin vətənpərvərlik, xalqına, tarixinə və adət-ənənələrinə məhəbbət hisslərinin aşılanmasından və hər an vətənin müdafiəsinə hazır olmaqdan ibarətdir. Bununla bərabər şagirdlər anlayırlar ki, yalnız millətlərin və xalqların bərabərliyinə və digər demokratik dəyərlərinə arxalanan sülh, bəşəriyyətin firavan yaşayışı və inkişafı mümkündür.

Psixoloji; Sülh şəraitində mürəkkəb və çətin hərbi xidmətin qüsursuz keçməsi, müharibə zamanı isə döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə inam verən bir sıra sosial-psixoloji və intellektual keyfiyyətlərin formalaşdırılmasından, ilk növbədə isə cəsurluq, düşmənlə mübarizədə davamlılıq, qələbə naminə iradə və təmkinlik, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdən ibarətdir. Bunların davamı, olaraq, fənn müharibənin yaratdığı fəlakətlərin mahiyyətini və millətindən, dinindən, ölkəsinin siyasi statusundan asılı olmayaraq, insanların mehriban sülh şəraitində yaşamasının üstünlüyünü bariz şəkildə şərh edilməsi mədsədini daşıyır.

Təcrübi: Şagirdləri Silahlı Qüvvələrin tarixi, dövlətin müdafiə hüquqlarının əsaslarını, vətəndaşın v^zifə və hüquqları, hərbi xidmətin spesifikası, texnika və silahların əsas nümunələri və müasir döyüşün ibtidai anlayışları ilə tanış edir, habelə şagirdlərin fiziki, sıra hazırlıqlarını, topoqrafiya, insan'ın sülh və müharibə şəraitində həyat və fəaliyyətinin mühafizəsi üsulları, fövqəladə hadisələr zamanı zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi bacarıqlarını öyrədir.

Автор
Дата добавления 02.08.2015
Раздел ОБЖ
Подраздел Рабочие программы
Просмотров594
Номер материала ДA-000107
Получить свидетельство о публикации
Похожие материалы

Включите уведомления прямо сейчас и мы сразу сообщим Вам о важных новостях. Не волнуйтесь, мы будем отправлять только самое главное.
Специальное предложение
Вверх