Mövzu: Koordinatlar
Standart: 3.2.3. Müstəvi
üzərində koordinatları verilmış nöqtəni
qurur və verilmış nöqtənin koordinatlarını tapır.
Təlim nəticəsi:
Obyektin koordinatını göstərir və verilmiş
koordinatına görə obyektin yerini təyin edir.
İş forması:
kollektiv və qruplarla iş
İş üsulu: beyin həmləsi
İnteqrasiya:
Coğrafiya
Resurs: dərslik, İKT avadanlıqları (elektron lövhə), iş vərəqləri,
xəritə, http://portal.edu.az/lessons/az/mathematics/Koordinatlar/lo/uc_m4t_l015.html
Dərsin gedişi
Problemin qoyulması: ActivInsipire proqramında hazırladığım obyektlərdən
ibarət sistemi şagirdlərə nümayiş edirəm. Beləki yüzlük kvadrat üzərində Zəhranın
sevimli heyvanları yerləşdirilib.
Sual: Zəhra sevimli
heyvanlarına çatmaq üçün necə hərəkət etməlidir?
Şagirdlərin
fikirləri dinlənilir.
Daha sonra
http://portal.edu.az/lessons/az/mathematics/Koordinatlar/lo/uc_m4t_l015.html
sayıtında “Dekart muzeyinə səyahət” videosu nümayiş
etdirilir. Bir obyekdən digərinə getmək üçün hansı istiqamətdə hərəkət etmək lazım olduğunu müəyyənləşdirmək
üçün müxtəlif suallar verilir.
Nöqtənin koordinatı həm də
obyektin koordinatı hesab olunur.
Tədqiqat sualı
Obyektin koordinatı necə təyin olunur?
Tədqiqatın aparılması: Sinif 4 qrupa bölünür:
I qrup
II qrup
IIIqrup
IV qrup
Qrup işindən əvvəl
şagirdləri qrup fəaliyyətinin qaydaları ilə tanış edilir. Qiymətləndirmə
meyarlarını da uşaqların nəzərinə çatdırılır. Hər bir qrupa aşağıdakı tapşırıq
verilir:
Hər qrupun tapşırığı iş vərəqlərində
paylanılır. Qruplar tapşırıqlarla tanış olduqdan sonra tapşırığı elektron lövhədə
yerinə yetirirlər.
I Qrup tapşırığı yerinə yetirdikdən sonra metka üsulu ilə
tapşırığın düzgün yerinə yetirildiyi yoxlanılır.
II qrupun tapşırığının düzgün variant şəklin altında gizlədilib.
III qrupun tapşırığını yoxlamaq üçün şəklin üzərinə vurmaq
lazımdır.Daha sonra IV qrup təqdimata gəlir.
IV qrup
Şəkilləri koordinatlarına
uyğun olaraq xəritədə yerinə yerləşdirin.
IV qrupun tapşırığı yerinə yetirdikdən sonra
düzgün yerinə yetirdiyini yoxlamaq üçün şəklin üzərinə vurmalıdır.
Növbəti
tapşırıq.
Xəritə
üzərində iş aparılır. Qruplar xəritə üzərində işğal olunmuş rayonların
koordinatlarını təyin edirlər.
Məlumat
mübadiləsi və müzakirəsi:
Qrupların təqdimatı
qurtardıqdan sonra qrup işləri müzakirə olunur ümumləşdirilib nəticə alırıq.
Nəticə və ümumiləşdirmə
Kollektiv iş hazırladığım işçi
vərəqlərini siniflə birlikdə elektron lövhədə işləmək
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.