Предпросмотр материала:
Biologiyaya aid elmi tapmacalar
(motivasiya və dərsin digər mərhələlərində istifadə etmək ücün)
Ön ətrafda üc barmaq
Pəncə lüləli ayaq
Yumurta böyük deyə,
Enliləşibdir canaq
(Quş)
O,qapalı borular sistemidir
Qan daşiması iş mexanizmidir
Ürəkdən bədənə , ya da əksinə
Şaxələnmiş əriş-arğac kimidir.
(Qan damarları)
Coxalmanın əsasında baş verir
Bir hüceyrə ikisini törədir.
Hər qız hüceyrədə olan DNT
Ana hüceyrədə olan qədərdir.
(Mitoz)
Yaşananda ontogenez
Xatırlanır filogenez
Hər canlının rüşeymində
Həm qısaca, həm də ki tez.
(Biogenetik qanun)
Tacı, boynu, əsası
Tac üstündə minası.
Daxilən oxşarsa da,
Üç cürədir forması.
(Diş)
Həm özlü, həm kalloid
Hüceyrə içi mühit.
Saxlar içində nüvə
Həm çoxluorqanoid
(Sitoplazma)
Hamıya məlumdur ki, tapmacalar idraki fəallığı artırmaqda, uşaqlarda cəld və çevik biliyin mənimsənilməsində xüsusi yer tutur.Elmi tapmacalar isə elmi biliklərin öyrənilməsi prosesində şagirdlərə yardımçı olur.Mən öz şəxsi təcrübəmdə keçdiyim dərslərin uyğun mərhələlərində özüm tərtib etdiyim tapmacalardan istifadə edirəm. Həmişə müşahidə etmişəm ki,şagirdlər onda dərsi daha asan qavrayır və verilən materialı daha həvəslə öyrənməyə səy göstərirlər.Bu eyni zamanda müəllimin işinə də xeyli kömək etmiş olur.Məsələn Çiçəklər üstdə gəzər
Üst-başnı bəzəyər.
Yediyi şirniyyatı
Dəyişdirib çevirər.

Профессия: Учитель биологии
В каталоге 7 585 курсов по разным направлениям