Инфоурок Начальные классы КонспектыElvida birinci sinif tedbiri

Elvida birinci sinif tedbiri

Скачать материал

          Əlvida   birinci sinif !

Salam əziz balalar, hörmətli müəllimlər,valideynlər!Sizləri bu   fidanlarımızın bayram  tədbirində görmək sevindirici oldu.Hamılıqla xoş gördük sizləri! Bu gün bizim körpə balaların əli titrəyə-titrəyə qələm tutan, hər kəlmədən bir dili dolaşan,kövrək qəlbli, ürkək baxışlı birincilərin bayramıdır.Bu günümüzün şıltaq, dəcəl körpələri, sabahımızın qurucuları, yaradıcıları olan bu uşaqların sevinci elə bizim sevincimizdir. Bu gün bu saf qəlbli, təmiz ürəkli, mələk ruhlu körpələrin sevincinə qoşulduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Bu gün  uşaqlarımız  ilk dəfə olaraq   öz bacarıq   və nailiyyətlərini nümayiş etdirəcəklər.Yəqin ki , tədbirimizin sonunda  hər kəsə söz veriləcək  və öz fikirlərinizi  deyəcəksiniz  ,uşaqlarımızdan alqışlarınızı  əsirgəməməyinizi xahiş edirəm.... diqqətinizə görə təşəkkür edirəm.Tədbirimizi Azərbaycan  Dövlət Himni ilə açıq elan edirəm.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Aparıcı1( sema)---  Hər kəsi  uşaqlarımızın adından salamalayıram.Xoş gəlmisiniz!

Bu gün məktəbimizdə

Bayram təntənəsi var.

Birincilərin  bayramına

Xoş gəlibdir  qonaqlar.

Bu gün biz sizə calışacağıq maraqlı  şeirlər və səhnəciklər göstərək. Şənliyimiz davam edir! 

A2 (Orxan)--Gəlin sizinlə birgə  cırtdanın əhvalatı səhnəciyini dinləyək. Budur nağıl  qəhrəmanı   cırtdan gəlir. O , cox bikef idi..Əlində  kitab üzü var idi.   Onu dasın üstündə əyləşmiş  elimizin obamızın ag  saçlısı Dədə Qorqud  gördü.

Dədə Qorqud:(Yusif)

-Cırtdan  salam !    

Cırtdan:(Amil)

 - Salam baba !

Baba:

-Necəsən haradan gəlirsən ? Əlindəki  nədi mənim balam ? Niyə bikefsen?

Cırtdan:

- Baba yaxşıyam əlimdəki də  Azərbaycan dili  kitabıdır , amma  kitabın üz qabığıdır.

Baba:

- Niyə mənim balam?

Cırtdan:

-Çünki , mən sentyabr ayında hərfləri uşaqlara verdim ki, onlar öz Azərbaycan dilində oxuyub yazmağı öyrənsinlər.

Baba:

 -Halaldı mənim balam  biz öz dilimizi sevməliyik  və bilməliyik. Bəs indi nə etmək  fikrindəsən ?

Cırtdan:

- Bilirsiniz baba, usaqlarımız öz hərflərimizi sevə -sevə səsləndirirlər indi mən onları dinləyəcəyəm  və hərflərimizi   saxlayacagam ki, gələcək   nəsilimiz  də    bu hərflərimizi  gələcəkdə öyrənsinlər...

-Sənə uğur olsun mənim balam mən uşaqlarımıza da, sənə də  inanıram.  Hələlik mən gedim sən öz axtarışlarını et (Baba səhnədən gedir)( Səhnəyə Tıq-tıq xanım gəlir mahnısını oxuyaraq .Dost gəl hardasan, tez gəl hadasan)

Aparıcılar Tıq-tıq xanıma yaxınlaşırlar ondan soruşurlar .

-         A1 Salam nazlı xanım , dzulu xanım ,xoş gəlmisən!

-         A2Bu vaxt hara belə?Hardan gəlmisən?

Tıq-tıq xanım:  ( Medine)(hirslə)- Çərə belə, çürə belə, sizə nə var hara belə?

-         A1Onda mən sualı dəyişim.  Ay Tıq- tıq xanım xoş gəlmisən.

-         Xoş gördük.( tıq-tıq)

-         A2Çoban qardaş hardadı?

-         Çoban qardaşın başın aldadıb qaçmışam.

-         A1Bəs  tülkü onun canından necə qaçıb canını qurtardın?

-         Hə, onun da başını aldatdım , dedim gedim sənə yeməyə azuqə gətirim gəlim, o da inandı.

-         A2Onda de görək sənin vəfalı dostun vardı haaaaa siçan o haralardadı? Onu niyə özünlə gətirməmisən?

-         Eeeeeeehhhh siçan həmişə ki, kimi məni tək qoyub getdi toya.(hirslənir )

-         A1Hirslənmə saçı uzun suray xanım boyu uzun buray  xanım .

-         A2Bəlkə sənə köməyimiz dəydi.

Tıq-tıq xanım əlini yelləyir--- eh , mənə heç kimin köməyi  lazım deyil, mən özümə dost axtarıram

-A1Uşaqlar Tıq tıq xanım özünə dost axtarır?

 A2 -Nə deyirsiniz?

Uşaqlar xorla  - Bizdən yaxşı dost?

Aparıcı-1-- Bəs sən nə deyirsən Tıq –tıq xanım? Gör nə qədər dostun olacaq.

Tıq-tıq xanım------ Axı mən sizləri  tanımıram.

Şagird--- Birinciyik birinci,

               Kimlə bölək sevinci?

              Hər işdə birinciyik,

              Evdə də, məktəbdə də

             Hamının  sevinciyik.(Alsu)

                 

Uşaqların ifasında “ Birincilərik biz “ mahnısı oxunur.

Geniş otağımız  var,

Tərtəmizdir  partamız.

Müəllimi həvəslə

Dinləyirik hamimiz.

                  Nəqarət:

Birincilərik biz,

Birincilərik biz.

 

Səyahətə çıxırıq,

Oxuyuruq, yazırıq.

Keçdiyimiz dərslərə

Biz həmişə hazırıq.

                    Nəqarət:

Birincilərik biz,

Birincilərik biz.

Cırtdan (səhnəyə gəlir)  -  Salam Tıq –tıq xanım xoş gəlmisən.

Tıq –tıq xanım—Salam, xoş gördük

 Cırtdan--- Nə yaxşı sən də burdasan.

Tıq ---- eeeh  Özümə  dost axtarıram.

Cırtdan-- Gəl  bizə qoşul. uşaqların bayram şənləyinə  tamaşa et.

Tıq-tıq xanım---(sevinir)Nə yaxşı! Şənliyinizdə nələr olacaq?

A2—Şeirlər , mahnılar, səhnələr

Tıq-tıq ---- Rəqs də olacaq?

A1—Əlbəttdə! Qoşularsan bizə doyunca oynayarsan.

Tiq-tiq xanim ( sevincək) –Siz  çox qoçaq uşaqlarsınız.Onda mən sizinlə dost oluram.

Cırtdan--- Yooox, gəl axıra kimi dinləyək.Onlar əlifbaya, müəllimlərə “ çox sağ ol deməsələr, səmimi dost sayılmazlar.Gəl uşaqları dinləyək. Görəsən, bu uşaqlar  əlifbanı oxuya bilirlər?

(A)  A-dan başlayır səslər

       Deməyirik  çətindir

       Çünki rahat və asan

       “Ana” kəlməsi olan

      Vətənimiz Azərbaycan deyirik!    (Zeyneb)

 

(B) “B”- hərfiyəm bir dağam

               İlk hərfdən sonrayam

              Xankənddə  yellənəcək 

              Ay ulduzlu bayragam        (AMIL)

 

(C)   C cəsur əsgər ilə

          Cəld yerindən sıçradı.

          Cəbhədə düşmənini

           Qılınc ilə  doğradı    (Medine)                   

       (Ç)  Çalışqan sözünün

          Lap əvvəlində varam 

           Ç səsi olsam belə                          

           Aya bənzərəm aya.            (Yusif)

 ( D)  Dərddən qəmdən uzağam

         Dostlarıma dayağam

          Mənə belə baxmayın

          D hərfiyəm lap dağam.(orxan)

  (E)    E-yəm ,eldən, evdənəm,

          Elmlərdə ən əzələm.

          Elin gücü sel gücüdür,

          Sel gətirən yel gücüdür.(Turane)

 (Ə)   Ə hərfiyəm  incəyəm,

                Hamının sevinciyəm.

                Əlifba kəlməsində

                Başdayam   birinciyəm.(Sema)

         (F) Xortumlu hərifəm mən

        Hərflərdən seçilirəm

        Fil deyil fağıram mən

       Tanış olun bu da mən

       Adım   f-dır çəkinməyin         

      Yazlışımı itirməyin        (Cebrayil)                      

   (G)   Gül çöldə düzdə gəzib

         Oynayır Gülbaharla

              Güldən çiçəkdən dərib

              Çələng  tutur  Nigarla        (Alsu)

(Ğ)        Ğ -yağda  ,dağda ,bağda

               Tısbağada ,qarğada

             Yerləşir gah ortada,

              Gah da ki, lap axırda         (Aydan)

    (H) H hərfini keçəndə

     Heydər baba danışacaq

     Habil “Heyratı” çalsın

    Qəm- kədərin dağılsın( Nermin)

(X) Xalı- xalı  xalılar

      İçi dolu çuxurlar

      İki tərəfli ayam

Şölələnib saçaram

Xırd xəşil olmamış

X hərfini acaram(Ferid)             

(I)  I səsi  də saitdir,                  

     Ancaq bircə fərqi var:           

     O,sözün  əvvəlində                 

    Gələ  bilmir, uşaqlar!  (Ehtiyat)                                             

( İ )  İ-yəm təqvimdə iləm,

        Düşmən gözündə miləm.

       Vətən intiqamını

       Alanlarla  əlbirəm.  (Eli)

(J)    Əlifbadan oxuda

 Lap sonunda durubdur

 Əjdaha deyil səsdir

 Yumşaq səsli  j-dır bu

 Jalə , jilet sözündə

 Lap əvvəldə durubdur    (Nergiz) 

  (Ke)  Kəmalə  Kamrana                       

      Şəkilli  kitab aldı.                          

      Kitabda tülkü, kirpi,   

      Kəpənək şəkli vardı                  

(Ka)    Ka səsi də “Ke” kimi      

           Bir qaydada yazılır

        “kaktus”,  “kanal” sözündə           

          Başqa  səslə oxunur. (mirvari)                

(Q ) Qızxanım qazları                   

       Qamışlıqdan qaytarır .            

       Qumru , Qadir, Qənirə

        Qoyunları otarır       (Isa)

       (L)  L- hərfi samitdir .

      Bənzəri yoxdur onun

      Lalə, Leyla sözünün

      Həm əvvəli ,həm sonu   (Zeyneb)         

(M) M-deyir ki, Mədinə

        Muğanda maral görüb

        Məsmənin , Mahirənin

        Saçılarını o hörüb     (Amil)

   (N) N- hərfi məşhurdur

           Nazı duzu birazdır

          Nənəmin rəfiqəsi

          Bu qız bizim naznazdır.  (Medine)

(O)    O ordudur oğullar!

          Vətəni qoruyacaq.

          Oğuz  eli düşməni

          Oraqla doğrayacaq  (Yusif)            

(Ö)  Ördək , Ömər  bu sözlər

        Hərflərdən yaranıb

        Saitlərdən incədir

         Dördüncüdə dayanıb  (Orxan)

(P) P payızda  Pərvizin       

 Papağını apardı                                              

Palto, plaş , geyindi,               

Düymələri qopardı  . (Turane)         

( R)   Rəna  Rüstəmə 

        Radio bağışlayıb.

       Rüstəm  düyməni basıb ,

       Rənanı  alqışlayıb.  (Sema)                           

(S)   Sərxanın , Samirin      

          Adında  birincidir.             

         “Atlas” sözündə sonda        

         “Osman”da ikincidir   (Cebrayil)                  

(Ş)    Şəlalədir , şırhaşır

         Tökülür şiş dağlardan

          Uşaqlar  əlində şar

          Qaçır şehli bağlarda   (Alsu)

(T)   Tural  Tahir  dostumdur

         Tanış olun sizdə !

          Bilirsiniz niyə?

          T səsilə səslənir

          Bunların ilk hərfi də. (Aydan)

 (U)  U-  ulduzdur , ucalıb

          Hər sinif otağında                                                             

          Yurdumun rəmzi olan                                                      

          Üçrəngli   bayrağında! ( nermin)              

(Ü)       Üzüm yetişdirib

              Ülkərgilin bağında.       

            Üzüm qaba qoyulub                                                                            

            Ülvinin otağında   (Ferid)                                  

(V)    Başı əyri  düzəm mən

          Bilin samit səsəm mən

          Adım “v”-dır məhşuram

          Sağda solda yazılıram   ( Nergiz)

(Y)    Yorğan olub salınır   

         Yumru olub yumşalır                                                                                       

          Yayqı olub yayılır                                                       

           Bunlar  “Y” ilə  başlanır    (Mirvari)

 (Z)  Zəng kimi cingildəyir

            Biz məktəbə gələndə

              Zaur Zakiri səsləyir

             Müəllim sinifə gələndə ( Isa)

            Otuz  iki  nəfərik

           Hərəmizin adı var

            Bizsiz yaratmaq olmaz

            Qalın –qalın kitablar.( Nermin)

 Cırtdan Azərbaycan dili kitabını  yenidən   hərflərlə   doldurur. Kitab  yenidən bərpa olunur (şeirlər 15dəq:)

A2-  Aaaaaa  deyəsən  kitablar  burada  mübahisə edirlər. Gəlin onları dinləyək.

Riyaziyyat( Cebrayil)----- Mən bütün elmlərin açarıyam, məni  bilməyən  uşağın  zehni inkişaf etməz.

Musiqi (Mirvari)--  Nə danışırsınız, siz uşaqlar üçün baş ağrısından başqa bir şey deyilsiniz. Məni dinləyən,  zümzümə edən  hər bir adamın üzündə təbəssüm yaranır.

İnformatika( Alsu)----- Kəsin səsinizi, indi bütün  dünyaya səs salan ,hər şeydən  insanları xəbərdar edən , uşaqların sevimlisi  kompyuterdir. İndi hər bir  şagird elmlərin sirrini ancaq kompyuterlə açır.

Azərbaycan  dili( Aydan)----- Bəsdirin özünüzü təriflədiniz.Sən də özünü  çox öymə.Elə sənin öz klaviaturan da  əlifba  ilə başlanır.Bütün kitabların  vərəqlərini ancaq əlifba öyrəniləndən sonra  açılır.

( Ə ) Mən  əməyəm                                         ( L ) Məndə qızıl laləyəm   

Hər bir işə  köməyəm                                     Çağlayan şəlaləyəm                        
 İnsanlara gərəyəm                                           Çəmənlərə  bəzəyəm                       
 Birinci olmalıyam(Yusif)                                  Birinci olmalıyam(Nergiz)

                        

    Mən incəyəm    (İ)                                                Mən də filəm   (F)
    Hərflər arasında                                                   Meşədə ən böyüyəm
    Mirvariyəm  inciyəm                                               Gəlin siz dalaşmayın
    Birinci  olmalıyam    (Nermin)                              Birinci olmalıyam   (Medine)

 

 Mən buğdayam   (B)                                                 A-yam    A-yam    A-yam  mən     (A)

 Nə olsun ki xırdayam?                                               Şəfəq  saçan Ayam  mən.
 Süfrədə daim varam                                                      Dalaşmayın ! ,sizə  baxıb utandım
 Birinci olmalıyam    ( Fe  rid)                                              Yerimi  sona saldim. (Zeyneb)

 

 Aparici:-  Bax beləcə ,6 hərf

                Dalaşdılar , küsüşdülər ,

                Xeyli fikirləşdilər ,

                Axırda birləşdilər. 

 

Tək qalanda biz səsik

Birləşəndə sözük biz

Kitablara aparan

Cığırıq biz, izik biz.(birlikdə xorla)( medine)

Əlifba  mahnısı:

 

A,Be,Ce,Çe,De,E,Ə dost ol

Hər bir,  hərflə

Fe, Ge ,Ğe, He ,Xe, I ,İ

Yarışa səslər  səni

         Nəqarət:

Öyrənirik Ə-lifba

Hərfləri sırala

Ayrı düzlən farağat

Gələcəyə addımla

Ayrı düzlən farağat

Gələcəyə addımla

 

Je,Ke, Qe, eL ,eM ,eN, O

İlk zəng vur danış alo!

Ö, Pe,Re Se,Şe,te ,U

Yaxşı  tanı sən onu!

           Nəqarət:

Öyrənirik əlifba

Yaz, oxu qalma dala

Öyrənirik əlifba

Yaz oxu get qabağa

Öyrənirik əlifba

Yaz oxu get qabağa

 

Ü , Ve, Ye, Ze düzülər !

Hər biri qoçaq əsgər

Sən orduya sərgərdə

Uğur qazan hər yerdə

  Nəqarət:

Öyrənirik əlifba

Əlifbayla qüvvət topla

Öyrənirik əlifba

Biz  güclüyük onunla (2)

 

 

Mənim ilk kitabım mənim əlifbam

Mənim güllü bağım ətirli bağım

Bu gün bayramındır əziz günündür

 Bu gun nəgməmizdə sənin ücündür    (Aydan)

 

 İlk bələdcim oldun tutdun əlimdən

Mənə xəbər verdin ana dilimdən

Tarixdən danışdın dünyanı gəzdin

Dedinki hər  şeydən gözəldir Vətən   ( Nergiz)  

 

Sən Günəş kimi işıq saçırsan

Bağlı qapıları bizə açırsan.

Mənim əziz dostum mənim əlifbam

Bizimlə hər zaman bir addımla sən.!!  ( mirvari)

 

Mən sevirəm  Azərbaycan elini

Öyrənmişəm onun şirin dilini

Bu dil əcdadlarımızın  həyat səsidir

Odlar yurdumuzun od nəfəsidir( Turane        

Bütün uşaqcaqlar  vaka vaka rəqrsini oynayacaqlar  )

 

  A 3--“Ana” ,“ailə”, “məktəb”, “muəllim”sözləri bunlar  bizlər üçün ən doğma   bir kəlmədir. Müəlim də bu kəlmələrin davamı olaraq uşaqlar ucun ata ,ana kimi əzizdir.

  A4--Müəllim--- nə aləmlər yaşar  bu adda.Ümummilli liderimiz H.Əliyev deyirdi ki, mən dünyada müəllimdən başqa müqəddəs, şərəfli insan tanımıram.Gəlin şagirdlərin ifasında müəllim haqqında şeirlərə qulaq asaq.

Anaya saf  sevgini

Vətənə məhəbbəti

Dostluğu, səadəti

Kim öyrədib bizə?

            Mənim ilk müəllimim ( Mirvari)

 

Əziz müəllimim onu bilki sən

             Ömrüm  boyu yenədə  müəllimimsən

               Şagird tək qarşında dayanıram mən

             Müəllim adına baş əyirəm mən.( Cebrayil)

 

Əlli il dodağın “Əlifba “ dedi

Sönmədi qəlbinin eşqi , həvəsi

Birinci şagirdin babadır indi,

Sonuncu şagirdin  onun nəvəsi.(Zeyneb)

Anamın dilisən, elimin əli

               Sazımın telisən, əziz müəllim!

              Niyyəti təmizsən, doğma əzizsən

              Qəlblərə fərəhsən , əziz müəllim.(Ehtiyat)

 

Biz dərsdən beş alanda

Gözün fərəhlə dolur

Tənbəl şagird görəndə

Ürəyin məyus olur əziz müəllimim( Medine)

Əldə qələm  tutmağı

Doğru düzgün  saymağı

Ana vətən yazmağı

Bizə  siz öyrətmisiz

Sağ ol əziz müəllimim   (Amil)

 

Müəllim haqqında mahnı “ Əziz Müəllimim”

Kukla Səhnəsi: ( Kukla—Səma, kuklanın sahibi Nərmin, pişik—Əli)

 

Tıq-tıq xanım----- Cırtdan bu uşaqlar tək Azərbaycan dilin öyrəniblər?

A1----- Yox Tıq-tıq xanım riyaziyyat bütün elmlərin şahıdır.Uşaqlarımız Riyaziyyatı da öyrəniblər.  Artıq onlar 20 dairəsində misal məsələ həll  edirlər, ədədlərin tərkibini bilirlər.Gəlin bir daha bunun şahidi olaq. Uşaqları dinləyək.

 Riyaziyyat kitabı( Zeyneb)--- Mən də riyaziyyatam

                                     Elmlərin şahıyam.

                                      Qurulmayan evlərin

                                      Köməyiyəm ,pənahıyam

                                     

                                      Hər sirrimi öyrənən

                                      Asanca vurar, bölər

                                      Atalar yaxşı deyib

                                      Çox çalışan çox bilər.

                                     

                                      Haydı gəlin düzülün

                                      Ay rəqəm əsgərləri

                                      Məsələ misal ilə

                                      Bəzənsin dəftərlərim

 

1-                                                         Tək  oldum, tək yeridim

                          Vahid oldum, bir oldum

                          Öz əkiz qardaşımla

                          Gədəndə 11 oldum(Alsu)

 

2-                                                         İkiyəm niyə yoxdur

                          Mənim xətrim, hörmətim

                          4-ün, 5-in yanında

                          Bilinməyir qiymətim(Isa)

 

 

3-                                                         Üçbucaqda  üç künc var

                          Üçcə dənədir tili

                          İndi deyin ay uşaqlar

                          Siz onun tərəfini.(Nergiz)

                         

4-                                                         4 yaxşı qiymətlərin

                          Çox zəif qardaşıyam

                          Oxumağa tənbəllik

                          Edənin qardaşıyam( yusif)

 

5-                                                         Gündəliyin 5 olub

                          Yaraşığı bəzəyi

                          Qiymətlərin şahıyam

                          Biliklərin özəyi  ( Nermin)

 

6-                                                         Üçün üstə 3 gəlib

                          Məni yaratdı saylar

                          İki yerə böləndə

                          Altıdır ildə aylar  ( Cebrayil)

 

7-                                                         Yeddi gün yeddi gecə

                          Yol gəlmişəm mən  yeddi

                          Yorğunluqdan ay aman

                          Baxın ürəyim getdi.  (Mirvari)

 

8-                                                         Bu  rəqəmi  də qəlbən

                          Sevir xoşlayır hamı

                          Axı  8 martdadı

                          Anaların bayramı  (Aydan)

 

9-                                                         Başayaq qoyub kimsə

                          Altıya dedi doqquz

                          Bir az belim əyridir

                          Bir az da başım toppuz   (Turane)

 

10-                    O hansı ədəddir ki,

                          Ədədlərin başıdır

                          Dördüncüdə oxuyan

                          Uşaqların yaşıdır

                          10-dur 10 dur 10-dur ( Amil)

                         

                          Təkliklərsiniz, təksiniz,

                          Heç nəyə  gərəksiniz.

                          Onluqlarla birləşsəniz,

                          Hamıya  gərəksiniz.(Sema)

                         

                          Təkliklər dilxor  oldu,

                          Halları xarab oldu.

                          Fikirləşdilər....

                          Neyləyək?!( Ferid)

                         

                          Atalar yaxşı deyib:

                          Tək əldən səs çıxmaz.

                          Hərəmiz  özümüzə

                          Yeni- yeni dost tapaq,

                          Həm azalaq, həm artaq.( Medine)

                    Qirmizipapaq səhnəyə gəlir.

 

De  görüm hesabdan niyə 2 almısan?(Turane)

 

__ Hesab öyrənmək sənə gəlməsin asan. Rəqəmlər ilan kimi gəlib qarşında durur, beşi dördə vuranda elə bil məni vurur.(Alsu)

 

Bəs Heyat bilgisiniden niyə pisdir qiymətin?

__Heyat bilgisi  yaman çətindir çətin , o qədər hadisələr işlər olub dünyada.Mən ha fikirləşirəm  birisi düşmür yada.

               Informatika   neyçin  cavab vermədin dünən?

_Axi  informasiyalari nece xatirlayim men.Ne mahir proqramciyam nede kompyuter bilen

__Niyə Ana dilinə hazır deynildin bugün, elə bilki dilinə vurulmuşdu  bir düyün

___ Çox çalışdım sinifdə göstərim  böyük  hünər, şeir yadımdan çıxdı deyə  bilmədim  əzbər.

Fikrin nədir ay Qirmizi papaq? Gələn ildə sinifdə qalmaqmı istəyirsən?

---- Nə  olar  hər sinifdə mən ikicə il qalaram. Bu il iki alanda gələn il  3 alaram.

Aparıcı_ Ay uşaqlar sizdə Qirmizipapaq  kimi düşünürsüz?

Uşaqlar – Xeyr biz əla nəticələr əldə etməyə çalışırıq.

( reqs)

 

Aparıcı  qız: 1

-Ana Vətən!....

Gözəl sözdür çünki , bu kəlməni hamımız sevə-sevə dilimizə gətiririk.Biz vətənin doğmalığını  və ya sadəcə olaraq “Ana vətən” kəlməsini insan qəlbində yaratdığı istiliyi duyuruq.  Biz hər birimiz ana və atalarımızın dilindən vətən anadır  kəlməsi eşidirik.

 

Aparıcı oglan :  2

-Vətən  bizim ucun əzizdir  biz vətəni sevməliyik. Vətən  nədir ? sualına  tam və qısa olaraq deyirik------əgər bu torpağın  suyunu , havasını uduruqsa, gözəl meşələrini,səfalı  daglarını , bağlarını  və geniş düzlərini seyr ediriksə  bu bizim vətəndir .

 

Aparıcı : 1

---Gəlin birlikdə  bir müasir  olan turp nağılını  izləyək.

 

(Səhnəyə bir qız cixir və öz nağılını söyləməyə başlayır )  (Zeyneb)

Biri var idi biri yox idi bir zəhmətkeş  baba və nənə var idi. Onlar öz bostanlarında əkin edib, alın təri ilə qazandıqları zəhməthaqqı ilə dolanırdılar.Onların övladları çox uzaq ölkələrdə  yaşayırdılar.Hərdən əlaqə saxlayırdılar. Bir gün baba  bostanda  turp əkir . Vaxt keçir turp yaxşı zəhmətlə becərildiyinə görə çox böyüyür. Bu turp o qədər dərinliyə düşür ki, baba nə qədər edirsə turp çıxmır ki ,çıxmır. Baba nənəni köməyə  çağırır.

Ferid)-Qarı ay qarı hardasan? gəl bura mənə komək et !!!

 Zeyneb----Onlar nə qədər  çalışdısa  turp çıxmadı axırda yorulub əldən düşdülər oturub düşündülər  nə etsinlər? Birdən nənə dedi:

Nergiz-Evrika  ! ( fartuxun  cibindən  telefonu götürüb ... Bir necə dəfə zəng edir)

 - tez bizə kömək et ! deyib  ( telefonu cibine qoydu)

  Zeyneb--Budur  xaricdə olan   övladları  bir -bir gəlir.

Mirvari--- 1-ci rusiyada  yasayan oglu idi.musiqi sədası altında gəlir

-      Salam nə olub? Niyə fikirləşirsiz bu dəqiqə mən çıxararam 

A– O, əlindəki  metrə ilə  turpu olcür,conra   calisir cixartsin alınmır,bir kənara cəkilir düşünür.

 2- ci.  Özbəkistanda yasayan  qızı   nazlana –nazlana gəlir.(Aydan)

  ( mahnı calınır  qaragöz boy boy)

_ Boyyyy salam nə olub? bu  dəqiqə mən komək edərəm sizə zəhmət olmasa  çəkilin!

  A-  Qizda  turpdan yapışır nə qədər edirsə turp cıxmır .  

( Orxan)3-cu   Yaponiyada  yasayan övladı musiqisi sədası altında ritmik hərəkətlər gostərə- göstərə gəlir .

-salam nə olub  mən bunu dərhal çıxardacağam.

A-- O da əlində kalkulyator,duymələrini basır, hesablayır və sonra çalişir  turpu cixartsin alınmır çəkilir kənara.

( Cebrayil)4.-cu Amerikadan gələn evladı  oynaya-oynaya, əlində uzun certyoj  kağızları səhnəyə gəlir.

-Salam   nə olub əzizlərim ? nə məsələdir ? bu nə turpdur? Mən bu dəqiqə onu cıxardaram canınız qurtarsın!

 A---Turpa baxır kağızlara baxır və calisir  turpu cixartsin, alınmır. (Qamqastar) 

Kənara cəkilir.

5 (ehtiyat).Türkiyədə yasayan oğlu musiqi sədaları altında  gəlir, oda dartir amma  turp cıxmır. Bəli beləcə onlar  cıxara bilmədiklərinə çox pis olurlar. Hamı bir-birinə baxır ki, nə etsinlər?

( Alsu)6.- bu zaman balaca nəvə məktəbdən gəlirdi ( məktəbli formasinda  cantası əlində bunları fikirləşən görüb  tez yaxınlaşır bunlara)

-Nə olub niyə  niyə fikirləşirsiz? ( hamsı bir agızdan  işimiz cətinləşib baba əkdiyi turp çıxmaq bilmir.- deyirlər)

--aaaa  siz niyə tək- tək edirsiniz ki, gəlin mən deyən kimi edək bəlkə onda turp çıxar..

 ( qız  hamını bir-birinin ardınca  sıraya duzur  və onlar  turpu dartıb cixardirlar. bilər ? 

“Həmrəylik, Birlik, “ sozləri yazılmış hərflər və uzərində “Mən Azərbaycanımla fəxr edirəm”

Biz öz ana vətənimiz olan Azərbaycanı sevirik və fəxr edirik ki biz azərbaycanlıyıq

 

Vətən sənin övladınam

Azərbaycan  balasiyam

Gələcəyin aynasiyam                                              

Bağçamızın  bar səsiyəm

Ümid verən işığıyam

Mən Azərbaycanlıyam ( hamisi)

 

Zülfiyyə Xanbabayevanın” Mən Azərbaycanlıyam” mahnısı oxunur yallı rəqsi gedir.

 

 

 

A3 ( Turane)- Doğma yurdumuz Azərbaycan  Koroğlular, Babəklər, Cavanşirlər yurdudur. Damarlarımızdan bu qəhramanların qanı axır.Bilirik ki, torpaqlarımızın iyirmi faizi hələ də düşmən əlindədir. Biz Vətən torpaq uğrunda şəhid olanların xatirəsi  əziz tutur, onların ruhu  qarşısında baş əyirik.

A4- ( Yusif))Torpaqlarımızı azad etmək üçün, analarımızın gözundən yaşı silmək üçün, gecələr rahat yatmaq üçün, şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıyıq! Bütün Azərbaycan ayağa qalxmalıdır! Qalx ayağa Azərbaycan!!!

Mən əsgərəm elimin                                          Elim  mənə arxalanıb                            Vətən məni cağırır

 Qaygısnı çəkərəm                                               Mən vətəni qoruyaram                        Xidmətində dayanam

Yeri  gəlsə  canımı                                                Geniş düzlü çöllərimi                            Vətən mənim anamdır

Qurban  edərəm                                                  Mən həvəslə qoruyaram                       kesiyində dayanam

Mən əsgərəm    Mən əsgər                                 Mən əsgərəm mən əsgər                                Mən əsgərəm,mən əsgər

 

Mən böyüyüb

Böyük əsgər olacam

Həmişə öz adımı

Uca tutacam

Deyəcəm: mən əsgərəm mən əsgər   

 

  Şəmistan Əlzamanlı  “Cənab leytenant “mahnısı oxunur.

 

 

 

 

A2-- Gəlin bir oyun keçirək . Uşaqlarımız oxuyacaqlar .Sizdə içlərindən gözəl musiqi duyumu olanı seçəcəksiz.

A3- Ana qaygımızı hər zaman çəkən ,gecələr  yuxusuz  başımız üzərində dayanan, hər dərdimizə şərik olan müqəddəs  varlıqdır. Qurani-Kərimdə də deyilir “ cənnət anaların ayaqları altındadır”.

A4-Əziz analarımız  bu il sizin əziyyətiniz  bizim üzərimizdə çox olub.Biz sizin bu  əziyyətinizi  itirməyəcəyik, əziz analar.

Ana  adınızı arzularımla

Aya , ulduzlara yazmaq istərəm

Mən  ana sözünü bir orden  kimi

Dünyanın döşündən asmaq istərəm.( Sema)

Nə qədər incədir müqəddəs səsin,
Ona körpəlikdən heyranam, ana.
Ruhuma məlhəmdir sənin nəfəsin-
Əlinlə bəslənən “ceyranam”, ana
(Amil)

Şairin, alimin, dilsiz körpənin
Birinci kəlməsi anadır ana!
Böyük şəhərlərin, kiçik kəndlərin
Sevimli nəğməsi anadır ana!
( Ferid)

A3-Bugün hamıdan çox sevinən analarımız üçün  bir rəqs payımız var. ( İlham Kərimli Fatimənin rəqsi) ( Medine orxan)

 

A 1  Qizlar–qızlar gəlin halaya halaya burda gözəl şənlik var.

 

Həvəslə biz gəlmişik haxışda       

Sizinlə bu görüşə haxışda (Alsu)

                                                                                                      

  1 B sinifindən   haxışda                                                                                                         

Salamlar olsun sizə haxışda

 

Azərbaycan mənimdir  haxısda

Nemətli vətənimdir haxışda

 

Gül cicəkli bağımız haxışda

Ucalan dağlarımız haxışda

 

Üç rəngli bayragimiz haxısda

Geniş çöllər  bizimdir haxışda

Biz məktəbə gəlmisik haxışda

Yazmağı öyrənmişik haxışda

 

Hərfləri deyirik haxışda

 Saymağı da bilirik haxışda

Ey əziz birincilər  haxışda

Elin sevinci olaq haxışda

 

Calışaq  həyatda da haxışda

Elə birinci olaq haxışda

 

A---Buda biz birincilərin  sizlərə bəxş etdiyi  sevinc payı . Hər kəsə öz minnətdarlığımızı  bildiririk və sözü qonaqlarımıza veririk..

 

 

 

 

 

    

 

 

Просмотрено: 0%
Просмотрено: 0%
Скачать материал
Скачать материал "Elvida birinci sinif tedbiri"

Методические разработки к Вашему уроку:

Получите новую специальность за 3 месяца

Системный аналитик

Получите профессию

Няня

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Краткое описание документа:

Situaciya, sovsem neponiatnaya.. No v etoi situacii vse prekrasno ponimau tol'ko o sebe.. A ee sovsem ne ponimau.. Blin nravilas' mne devuwka v detstve, mi drug druga o4en' davno znaem, i ona starwe menia na 2 goda...Diwu k nei ne rovno i v nastoyawee vremia.. Kogda to po shigliane priznalsia ei 4to tipa nravit'sia. A sei4as rozgovarivali, nu tak kak to polu4ilos' no4'y 4to ostalis' na edine, i davai vspominat' staroe biloe v detstve, ona skazala da pomnu bilo takoe. Nu vse vospriniali s ulibkoi, ya sprosil ras uj ti skazala tipa ya ewe malen'kii zna4it ya tebe ne nravilsia?. Ona skazala nravilsia, zadal etot vopros xotia sam otveta na nego znal...Potom ya sprosil nravilsia ili nravlus'?, ona otvetila prosto mol4a) ne4ego ne skazala Ne sovrat' posle bilo mnogo voprosov i otvetov, oni bili i xorowie i ploxie, no vse je eto nam nastroenie ne portilo, mojet 4to to ee zadevalo, no ya 4uvstvoval 4to vse xorowo...Ya poceloval, ili ona menia ne3nau vse tak bistro proizowlo, posle ona perejivala tipa mi starie xorowie druz'ya kak zavtra posmotrim drug drugu v glaza, rasplakalas', i perejivala za to 4to predala svoego parnia, xotia ona skazala 4to ne lubit ego, srazu kak sprosil.

Скачать материал

Найдите материал к любому уроку, указав свой предмет (категорию), класс, учебник и тему:

6 651 880 материалов в базе

Скачать материал

Оставьте свой комментарий

Авторизуйтесь, чтобы задавать вопросы.

  • Скачать материал
    • 09.04.2015 4064
    • DOCX 98 кбайт
    • Оцените материал:
  • Настоящий материал опубликован пользователем Zeynalova Esmira Qanbarovna. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт

    Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.

    Удалить материал
  • Автор материала

    Zeynalova Esmira Qanbarovna
    Zeynalova Esmira Qanbarovna
    • На сайте: 9 лет
    • Подписчики: 0
    • Всего просмотров: 20574
    • Всего материалов: 4

Ваша скидка на курсы

40%
Скидка для нового слушателя. Войдите на сайт, чтобы применить скидку к любому курсу
Курсы со скидкой

Курс профессиональной переподготовки

Бухгалтер

Бухгалтер

500/1000 ч.

Подать заявку О курсе
  • Сейчас обучается 20 человек из 14 регионов

Курс повышения квалификации

Инновационные технологии управления профессионально-педагогической деятельностью учителей начальной и средней школы в условиях реализации ФГОС

72/144/180 ч.

от 2200 руб. от 1100 руб.
Подать заявку О курсе
  • Этот курс уже прошли 84 человека

Курс повышения квалификации

Стратегия формирования навыков смыслового чтения у младших школьников в условиях реализации ФГОС НОО

36/72 ч.

от 1700 руб. от 850 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 141 человек из 39 регионов
  • Этот курс уже прошли 826 человек

Курс профессиональной переподготовки

Гигиенические требования к условиям реализации основной образовательной программы начального общего образования

Учитель начальных классов

600 ч.

9500 руб. 4750 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 71 человек из 36 регионов
  • Этот курс уже прошли 162 человека

Мини-курс

Психология аддикции: понимание и распознование

4 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 26 человек из 19 регионов

Мини-курс

Инвестиционная деятельность и проектный менеджмен

3 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе

Мини-курс

Фитнес: теория и практика

5 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Этот курс уже прошли 14 человек