Описание презентации по отдельным слайдам:
Fənn: Riyaziyyat Sinif: V sinif Keçirilmə tarixi: Mövzu: Çoxbucaqlıların perimetri Standart: 3.2.2. Çoxbucaqlıların və kvadratın xassələrini bilir və təsvir edir. 4.2.4. Çoxbucaqlıların tərəflərinin uzunluqları cəmini hesablayır. Məqsəd: müxtəlif çoxbucaqlıların xassələrini və əlamətlərini bildiyini nümayiş etdirir. perimetri çoxbucaqlının tərəflərinin uzunluqları cəmi ilə ifadə edir. müxtəlif formalı çoxbucaqlıların perimetrini hesablayır. perimetrə aid hesablama və qrafiki bacarıqları əhatə edən məsələləri həll edir. öyrəndiklərini tətbiq etməyi bacarır. İnteqrasiya: Texnologiya 4.1.1. Müstəvi və həcmli fiqurların hissələrinin təsvirini çəkir. Təsviri incəsənət 2.2.2.. Sadə ikiölçülü əşyaları naturadan, habelə yaddaş əsasında nisbi dəqiqliklə təsvir edir. İş forması: Böyük qruplarla, kiçik qruplarla və fərdi iş. İş üsulu: Beyin həmləsi, müzakirə, kiçik mühazirə Resurslar: Dərslik, paylama materialı(müxtəlif ölçülü həndəsi fiqurlar), rəngli karandaşlar, plastilin, kompüter, elektron lövhə, proyektor, iş vərəqləri, netbuklar
Dərsin gedişi: Motivasiya Elektron lövhə vasitəsilə ekranda müxtəlif ölçülü həndəsi fiqurlar, fəza fiqurları (kub, kürə, konus, düzbucaqlı prizma, piramida, silindr) və müstəvi fiqurları (kvadrat, düzbucaqlı, üçbucaq, dairə, trapesiya və çoxbucaqlı) nümayiş olunur. Dərs üçün lazım olan paylama materialları (həndəsi fiqurlar) əvvəlcədən şagirdlərin partalarının üstünə qoyulmuşdur. Müəllim şagirdlərə müraciət edir: - İlk gördüyünüz fiqurların adlarını deyin və göstərin. Sonrakı slaydda fiqurlar hansılardır? Adlarını deyin və göstərin. Bu fiqurlardan hansının tərəfləri yoxdur? Fiqurların hansı xassələri var? Göstərilən fiqurlardan hansılarının tərəfləri cəmini hesablamaq olar?
Tədqiqatın aparılması Dərslikdəki öyrənmə tapşırığına diqqət yetirilir və müəllim tərəfindən izah olunur. Variantlar elektron lövhədə yazılır. Hansı fiqurun hansı yazılışa uyğun olduğu araşdırılır. Şagirdlər həndəsi fiqurların əlamətlərini yada salıb təkrarlamaqla tapşırıqları yerinə yetirirlər. 6 nəfər şagird lövhəyə çağırılır. Elektron lövhədə onlar verilmiş tapşırığı yerinə yetirirlər. Şagirdlər çoxbucaqlıların tərəfləri cəmini hesabladıqdan sonra müəllim çoxbucaqlıların tərəfləri cəmi ifadəsi yerinə “Çoxbucaqlıların perimetri” ifadəsi işlədir. Sonra qruplarla iş həyata keçirilir.
Çoxbucaqlının perimetri Çoxbucaqlının perimetri onun bütün tərəflərinin uzunluqları cəmidir. Verilmiş üsullarla həndəsi fiqurları qarşılaşdır. 1) Düzbucaqlı 2) Kvadrat 3) Bərabərtərəfli 4) Bərabəryanlı üçbucaq üçbucaq 5) Müxtəliftərəfli üçbucaq 4 sm + 6 sm + 4 sm + 6 sm = 20 sm 3 sm + 3 sm + 3 sm + 3 sm = 12 sm 3 sm + 5 sm + 6 sm = 14 sm ç) 5 sm + 5 sm + 5 sm = 15 sm 4 sm + 4 sm + 3 sm = 11 sm 4 sm + 7 sm + 2 sm + 8 sm = 21 sm 6) Dördbucaqlı 4 sm 6 sm 3 sm 5 sm 4 sm 3 sm 3 sm 5 sm 6 sm 4 sm 7 sm 2 sm 8 sm
Bacarıqlılar Hər qrupdan bir nəfər bacarıqlı şagird seçilir. Onlardan üçü parta arxasında işləyir. Birinci şagird düzbucaqşəkilli cib dəsmalının kənarına bəzək üçün lent tikir. İkinci şagird düzbucaqşəkilli həyətin ətrafına çəpər çəkir. Üçüncüsü isə nimçənin altına sərmək üçün kvadratşəkilli kiçik süfrənin kənarına bəzək üçün lent tikir.
0 1 2 3 4 5 1 2 3 4 5 Dördüncü şagird isə fərdi olaraq elektron lövhədə koordinat şəbəkəsində ədədlər cütünün vasitəsilə verilən nöqtələri qeyd edir. Bu nöqtələri ardıcıl olaraq birləşdirməklə alınan fiqurları təyin edir. (1, 1); (3, 1); (1, 5); (3, 5) (2, 2); (4, 2); (2, 4); (4, 4) (1, 3); (5, 3); (6, 5); (2, 5)
İnformasiyanın mübadiləsi Qrup liderləri öz işlərini təqdim edirlər. İnformasiyanın müzakirəsi Şagirdlərin təqdimatından sonra cavablar sistemləşdirilir. Müzakirə sualları Perimetr nədir? Üçbucağın, kvadratın, düzbucaqlının perimetrini necə tapırıq? Bu həndəsi fiqurların tərəflərinin uzunluqları cəmini hesablamaq nə üçün lazımdır?
Nəticə və ümumiləşdirmə Bu dərsdə siz çoxbucaqlıların perimetrinin hesablanması qaydasını öyrəndiniz. Düzbucaqlı formalı həyətin kənarına hasar çəkərkən sərf olunan daşın miqdarını, məftilin uzunluğunu hesablamaq üçün, süfrənin kənarına lent tikərkən, müxtəlif inşaat işlərində inşaatçılar, dülgərlər, bənnalar və s. sənət sahibləri çoxbucaqlının tərəflərinin uzunluqları cəmini hesablama bacarıqlarından istifadə etməklə müxtəlif işlər yerinə yetirirlər.
Testlər 1) Hansı fiqurun qarşı tərəfləri və qarşı bucaqları bərabərdir? a) trapesiya b) üçbucaq c) paraleloqram Bərabərtərəfli üçbucağın bir tərəfi 9 sm-dir. Bu üçbucağın qalan iki tərəfinin uzunluqlarının cəmi neçə sm-dir? a) 11 sm b) 18 sm c) 9 sm Şəkildə hər 1 sm reallıqda 2 m-dir. Şəkildəki kvadratformalı sahənin real perimetrini tap. a) 10 m b) 12 m c) 16 m 4) Evin planında hər 10 mm reallıqda 2 metrə bərabərdir. Bu miqyasa görə qonaq otağının real perimetrini tap. a) 20 m b) 16 m c) 14 m 2 sm Qonaq otağı 20 mm 30 mm Mətbəx Dəhliz
Qiymətləndirmə Əvvəlcədən hazırlanmış meyar cədvəli əsasında səviyyələrlə aparılır. Qruplar Meyarlar Iqrup IIqrup IIIqrup IV qrup Sadəhəndəsi fiqurların xassəsindən istifadə edir. Çoxbucaqlının tərəflərininuzunluqları cəmini hesablayır. Perimetri verilən həndəsi fiqurların bir tərəfinin uzunluğunu tapır. Perimetrin çoxbucaqlınıntərəflərinin uzunluqları cəmi ifadə etdiyini bilir. Öyrəndiklərinitətbiq etməyi bacarır və əməkdaşlıq edir. Yekun
Müqəddəsdir müqəddəslər içində,
Öz işində bir ustadir müəllim.
Halal zəhmətilə fəxt edər gundə,
Biganə işlərə yaddır müəllim.
Bir parlaq günəşdi,o sönən deyil,
Xeyirxah əməldən,o dönən deyil.
Əgər dindirməsən,o dinən deyil,
Dinəndə alovdur,oddur müəllim.
Nəzər salaq gələcəyə,keçmişə,
Bəxş edibdir hər yetənə bir peşə.
Böyük aqillər də deyib həmişə,
Ən yüksək,şərəfli addir müəllim.
Номер материала: ДВ-393839
Не нашли то что искали?
Вам будут интересны эти курсы:
Комментарии:
Включите уведомления прямо сейчас и мы сразу сообщим Вам о важных новостях. Не волнуйтесь, мы будем отправлять только самое главное. |
OVLADININ SAVADLI OLMASINI,HAYATA LAYIQLI INSAN OLARAQ HAZIR OLMASINI,GELECEYININ PARLAQ OLMASINI ISTEYIRSENSE ,OVLADINA MUELLIMINI SEVDIR