Литература "Бахтияр Вагабзаде "Флаг" (6 класс)

Описание презентации по отдельным слайдам:

  • Bakı şəhəri 317 nömrəli tam orta məktəb

Azərbaycan dili və ədəbiyyat müəlli...

    1 слайд

    Bakı şəhəri
    317 nömrəli tam orta məktəb

    Azərbaycan dili və ədəbiyyat müəllimi
    Hacıyeva Ləman

    VI sinif
    Fənn: Ədəbiyyat

  • Standart:
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri ideya-məzmunu...

    2 слайд

    Standart:
    1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri ideya-məzmununa uyğun ifadəli oxuyur.
    1.2.4. Bədii əsərlərin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.
    Mövzu: B.Vahabzadənin «Bayraq» şeiri
    Təlim məqsədləri:
    Şagird B.Vahabzadənin «Bayraq» şeirini ideya-məzmununa uyğun ifadəli oxuyur.
    Şagird B.Vahabzadənin «Bayraq» şeirinin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.
    İş forması: Qruplarla iş, kollektivlə iş
    İş üsulları: Əqli hücüm, müzakirə
    İnteqrasiya: Tarix, rəsm
    Resurslar: Dərslik, şəkillər, iş vərəqləri, rəngli
    karandaşlar, proyektor

  • Qiymətləndirmə:

    3 слайд

    Qiymətləndirmə:

  • 
   Müstəqil dövləti səciyyələndirən cəhətlər haqqında fikirləriniz?

    4 слайд


    Müstəqil dövləti səciyyələndirən cəhətlər haqqında fikirləriniz?

  • Ərazi bütövlüyüMilli atributlarMüstəqil siyasətMilli orduGerbHimnBayraq

    5 слайд

    Ərazi bütövlüyü
    Milli atributlar
    Müstəqil siyasət
    Milli ordu
    Gerb
    Himn
    Bayraq

  • Verilmiş şəkilləri bir-biri ilə əlaqələndirən nədir?

    6 слайд

    Verilmiş şəkilləri bir-biri ilə əlaqələndirən nədir?

  • Torpağım üstünə kölgələr salan Mənim varlığımın cilası-bayraq. Zəfərdən doğ...

    7 слайд

    Torpağım üstünə kölgələr salan 
    Mənim varlığımın cilası-bayraq. 
    Zəfərdən doğulmuş 
    Göytürkdən qalan 
    Qurdbaşlı bayrağın balası bayraq. 

    Üçrəngli bayrağın kölgəsində mən 
    Qaraca torpağı vətən görmüşəm. 
    Zəfər güllərini dövri-qədimdən 
    Bayraq işığında bitən görmüşəm. 
    Bayraq mənliyimdir, bayraq kimliyim, 
    Bayraq-öz yurduma öz hakimliyim. 

    Harda əcdadımın ayaq izi var, 
    Bu zəfər bayrağım orda dikəlsin. 
    Keçdiyi yerlərdə dağlar, yamaclar 
    Onun hüzuruna salama gəlsin. 





    Tarixdən qədimdir, zamandan qoca 
    Mənim bayrağıma sancılan hilal. 
    Aləmə nur saçdı tarix boyunca 
    Məbədlər başma tac olan hilal. 

    Daim ucalasan! Savas günündə 
    Əsgər silahıyla səni tən görüm. 
    Yalnız zəfər çalmış şəhid önündə 
    Səni alqış üçün əyilən görüm. 
    Bəxtiyar Vahabzadə
    “Bayraq” şeiri

  • Bayrağın dövlət üçün əhəmiyyəti?
 B.Vahabzadənin «Bayraq» şeirinin əsas idey...

    8 слайд

    Bayrağın dövlət üçün əhəmiyyəti?
    B.Vahabzadənin «Bayraq» şeirinin əsas ideyasını və əhəmiyyətini nədə görürsünüz?

  • Qruplar:  I Qrup:   Zirvə
  II Qrup:  Zəfər
  III Qrup: Qələbə

    9 слайд

    Qruplar:
    I Qrup: Zirvə
    II Qrup: Zəfər
    III Qrup: Qələbə

  • I Qrup:   Zirvə
Şeirin birinci hissəsini ifadəli oxuyun, 
ideyasını izah edin...

    10 слайд

    I Qrup: Zirvə
    Şeirin birinci hissəsini ifadəli oxuyun,
    ideyasını izah edin,
    ifadə olunmuş fikirləri rəsmlə təsvir edin.
    Torpağım üstünə kölgələr salan 
    Mənim varlığımın cilası-bayraq. 
    Zəfərdən doğulmuş 
    Göytürkdən qalan 
    Qurdbaşlı bayrağın balası bayraq. 

  • II Qrup:   Zəfər
Şeirin ikinci hissəsini ifadəli oxuyun, 
ideyasını izah edin...

    11 слайд

    II Qrup: Zəfər
    Şeirin ikinci hissəsini ifadəli oxuyun,
    ideyasını izah edin,
    ifadə olunmuş fikirləri rəsmlə təsvir edin.
    Üçrəngli bayrağın kölgəsində mən 
    Qaraca torpağı vətən görmüşəm. 
    Zəfər güllərini dövri-qədimdən 
    Bayraq işığında bitən görmüşəm. 
    Bayraq mənliyimdir, bayraq kimliyim, 
    Bayraq-öz yurduma öz hakimliyim. 

    Harda əcdadımın ayaq izi var, 
    Bu zəfər bayrağım orda dikəlsin. 
    Keçdiyi yerlərdə dağlar, yamaclar 
    Onun hüzuruna salama gəlsin. 

  • III Qrup:   Qələbə
Şeirin üçüncü hissəsini ifadəli oxuyun, 
ideyasını izah ed...

    12 слайд

    III Qrup: Qələbə
    Şeirin üçüncü hissəsini ifadəli oxuyun,
    ideyasını izah edin,
    ifadə olunmuş fikirləri rəsmlə təsvir edin.
    Tarixdən qədimdir, zamandan qoca 
    Mənim bayrağıma sancılan hilal. 
    Aləmə nur saçdı tarix boyunca 
    Məbədlər başma tac olan hilal. 

    Daim ucalasan! Savas günündə 
    Əsgər silahıyla səni tən görüm. 
    Yalnız zəfər çalmış şəhid önündə 
    Səni alqış üçün əyilən görüm. 

  • Nəticə və ümumiləşdirmə:- Bayraq dövlətin varlığını təsdiqləyən, xaricdə tanı...

    13 слайд

    Nəticə və ümumiləşdirmə:
    - Bayraq dövlətin varlığını təsdiqləyən, xaricdə tanıdan ən mühüm atributlarından biridir.
    -B.Vahabzadə bu şeirində bayrağı müstəqil dövlətin ən mühüm rəmzi kimi qiymətləndirir. Tariximizin qədimliyindən bəhs edən şair bugünkü müstəqilliyimizin əsgərlərimizin apardığı savaşlar sayəsində bərqərar olduğundan bəhs edir. B.Vahabzadə bayrağı əsgər silahıyla bir görür. Bayrağın müqəddəsliyindən, əyilməzliyindən danışır. Vətənin həm xoş, həm də dar günündə bayrağın
    bələdçi olduğunu qeyd edir.
    Tədqiqat sualları:
    1. Bayrağın dövlət üçün əhəmiyyəti?
    2. B.Vahabzadənin «Bayraq» şeirinin əsas
    ideyasını və əhəmiyyətini nədə görürsünüz?

  • Qiymətləndirmə:

    14 слайд

    Qiymətləndirmə:

  • Ev tapşırığı:B.Vahabzadənin «Bayraq» şeiri haqqında kiçik esse yazın.

    15 слайд

    Ev tapşırığı:
    B.Vahabzadənin «Bayraq» şeiri haqqında kiçik esse yazın.

Описание презентации по отдельным слайдам

Литература "Бахтияр Вагабзаде "Флаг" (6 класс)

    PPTX

Файл будет скачан в формате:

    PPTX

Автор материала

Гаджиева Ляман Байрам

учитель

  • На сайте: 10 лет и 7 месяцев
  • Всего просмотров: 4655
  • Подписчики: 0
  • Всего материалов: 5
  • 4655
    просмотров
  • 5
    материалов
  • 0
    подписчиков

Настоящий материал опубликован пользователем Гаджиева Ляман Байрам.
Инфоурок является информационным посредником. Всю ответственность за опубликованные материалы несут пользователи, загрузившие материал на сайт. Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.

Другие материалы

Вам будут интересны эти курсы: