Предпросмотр материала:
Bakı şəhəri 149 №-li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Ləman Bayram qızının
VIII sinif ədəbiyyat fənnindən “Məhəmməd Füzulinin həyat və yaradıcılığı” mövzusunda olan dərsinin
PLANI
Motivasiya üçün şagirdlərə Füzulinin çox da məşhur olmayan qəzəlindən bir parça verilir və qəzəl haqqında şagirdlərin fikirləri soruşulur. Şagirdlər qəzəlin müəllifinin M.Füzuli olduğunu tapırlar. Bununla həm də şagirdlərdən hansının Füzuli haqqında daha dərin biliklərə sahib olduğu müəyyənləşdirilir. Sonra mövzunun adı elan edilir və tədqiqat sualı verilir: “Məhəmməd Füzuli həyat və yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında hansı yeri tutur?” Dərsdən əldə olunan nəticə bu sualın cavabını əhatə edəcəkdir. Tədqiqat işi üçün sinif 4 qrupa bölünür və Füzulinin poemalarının adına uyğun adlandırılır. Qrup işləri aparılarkən Şövkət Ələkbərovanın ifasında “Şəbi-hicran” musiqisi səslənir. Qrup işlərinə verilən vaxt bitdikdən sonra zaman sayğacı dayandırılır və qrupların təqdimat sırası çarx vasitəsiylə təyin olunur. Nəticələr lövhədə təqdim olunur və cavablar animasiyalı şəkildə açıqlanır. Daha sonra dərsdən əldə edilən nəticə soruşulur və cavab fləş formasında təqdim olunur. Qiymətləndirmə aparılır. Şagirdlərə birgə layihə üçün Füzulinin istənilən bir əsərini seçib, onun haqqında esse yazmaq tapşırılır.
Профессия: Научный сотрудник библиотеки
Профессия: Педагог-библиотекарь
Профессия: Библиотекарь
Профессия: Начальник отдела (заведующий отделом) архива
В каталоге 7 333 курса по разным направлениям
Учебник: «Право (углублённый уровень)», Боголюбов Л.Н., Абова Т.Е., Матвеев А.И. и др./ Под ред. Лазебниковой А.Ю., Абовой Т.Е., Матвеева А.И.
Тема: § 19. Правовые основы социальной защиты и обеспечения