Добавить материал и получить бесплатное свидетельство о публикации в СМИ
Эл. №ФС77-60625 от 20.01.2015
Инфоурок / Физика / Другие методич. материалы / Преимущества цифровой лаборатории в преподавание физики

Преимущества цифровой лаборатории в преподавание физики

  • Физика

Поделитесь материалом с коллегами:

Fizikanın tədrisinə rəqəmsal laboratoriyanın imkanları1.png



Informasiya texnologiyalarının müasir cəmiyyətin bütün sahələrində geniş şəkildə istifadə olunması artıq qəbul olunmuş normal bir haldır. Günümüzdə müasir şagirdi əhatə edən bir çox məqamlar getdikcə daha çox informasiya texnologiyaları ilə əlaqələnməkdədir (mobil əlaqənin əlavə imkanları, rəqəmsal televiziya, ölçmə və müşahidə cihazları, təsvirlərin emalı və s. ).Kompütersiz ixtiyari məlumatın axtarılmasının isə ümumiyyətlə təsəvvür etmək belə mümkün deyil. Elektron prezentasiyalar istifadə etmədən auditoriya qarşısına çıxmaq isə zəmanədən geri qalmaq kmi qəbul olunur. Şagirdlərin icra etdikləri araşdırmaların müxtəlif mərhələlərinə informasiya texnologiyalarının cəlb ounması isə normal proses olmaqla, onların ətraf aləmdəki dəyişikliklərə rahat uyğunlaşmasını təmin edən vasitədir.

Hazırda fizikanın müasir tədris metodikasında kompüterin istifadə imkanları çox şaxəlidir.Bunlara özündə müxtəlif animasiya, videoçarx ,interaktiv tapşırıqlar birləşdirən elektron dərsliklərin və dərs vəsaitlərinin istifadəsi ilə yanaşı, rəqəmsal laboratoriya avadanlıqlarıın istifadəsi və proqram təminatlarıın köməkliyi ilə emal olunmuş təcrübə nəicələri də aiddir. Aydındır ki,müəllim dərsin müxtəlif mərhələlərində rəqəmsal resursların müxtəlif tətbiq formalarından məqsədə uyğun istifadə etməlidir.Bu zaman müəllim şagirdlərin yaş həddi, araşdırılan mövzunun mahiyyəti, təklif edilən resursların əlyetərliliyi və şagirdlərin maraqlarını da diqqətdə saxlamalıdır.

Müasir məktəb öz önünə universal bilik , bacarıq və vərdişlərin formalaşacağı yeni sistemin formalaşdırılması ilə yanaşı təhsilalanın müstəqil fəaliyyət təcrübəsinin və şəxsi məsuliyyətinin formalaşdırılmasını da hədəf olara qoyur.Aydındır ki, bunlar müasir təhsilin mahiyyəti olmaqla yanaşı, həm də müasir açar kompetensiyalar hesab olunur. Yeniyetmə və gənclərin cəmiyyətdə uğurlu sosiallaşması yönümündə müasir məktəblərin öhdəsinə çox iş düşür.Bunlara təhsilalanın əmək bazarının tələblərinə aktiv uyğunlaşması, cəmiyyətdə tələb olunan əsas qabiliyyət və bacarıqların formalaşdırılması, yaradıcı və tədqiqatçı fəaliyyətə istiqmətləndirilməsi aiddir. Bu məqsədlə fizika kurikulumunun realaşdırılması zamanı müəllim şagirdə axtarışlar, araşdırmalar aparmaq üçün imkanlar yaratmalıdır.Əbəs yerə qədim Çin hikmətində deyilmir ki ,https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcSmM-k-q4qcaKNYnqaFXvrYt2m9nakEyGWOPFogbAbXjHWELEnF

Mənə danış - mən unudum,

Mənə göstər - mən yadda saxlayım,

Mənə bir cəhd ver - mən öyrənim.

Müasir günümüzdə fizikanın tədrisi prosesində bu tapşırığın həllini tapmasında müxtəlif rəqəmsal laboratoriyaların imkanlarında istifadə böyük rol oynayır. Orta məktəblərdə istifadə üçün nəzərdə tutulan rəqəmsal laboratoriya avadanlıqları özündə geniş spektrdə araşdırma, nümayiş və laboratoriya işlərini ehtiva edir.Rəqəmsal laboratoriya avadanlıqlarının əksəriyyəti əsasən qurğunun özü və proqram təminatından ibarətdir. Proqram təminatı şagird və müəllimə qəbul olunmuş siqnallar əsasında təcrübənin gedişindən alınan ölçmə nəticərinin ani olaraq cədvəl və qrafik əyri formalarında ötrülməsini təmin edir.Alınan qarfiki əyri təcrübə zamanı götrülmüş bütün qiymətlər əsasında ani olaraq qurulmuş olur. Bu isə vaxta qənaətdir. Qənaət olunmuş vaxtı isə alınmış nəticələrin analiz və sintezinə , fiziki mahiyyətinin araşdırılmasın sərf etməkk tədris prosesində müəllim işini yüngülləşdirməklə yanaşı , şagirdlərdə də fənnə qarşı xüsusi marağın yaranmasın səbəb olur.

Sevindirici haldırdır ki, Təhsil Nazirliyi bu ilin aprel ayı ərzində respublikanın 50 məktəbini LabDisk Physio və labdisk Chemio rəqəmsal laboratoriya avadanlığı ilə təmin etmişdir.Qeyd etmək istərdim ki , LabDisk 12 ənənəvi laboratoriya cihaz və avadanlığını əvəz edə bilən,fizika , kimya , biologiya , coğrafiya və ekologiya dərslərində istifadəsi real olan mobil rəqəmsal laboratoriya avadanlığıdır.Qurğu 14 sensorla təchiz olunub, laboratoriya iş üçün ümumi quraşdırılma müddəti 2 dəqiqə çəkir.Maraqlıdır ki , Labdisk Chemio vasitəsilə aparılmış ölçmə nəticələri hətta GPS koordinatları vasitəsilə online olaraq Google Xəritə xidmətində də tədqiq oluna bilər.Qurğunun batereyası 150 saat enerji saxlamaq imkanına malikdir. Bu isə şagirdə və müəllimə təbiət ekskursiyaları zamanı əvəz olunmaz ölçmə imkanları vermiş , qurğunun mobillik imkanını artırmış olur.Kompüter, notbuk, planşet , elektron lövhə və Android telefonlar proqram təminatı vasitəsilə rahatlıqla qurğuya qoşula bilir.Bunun üçün sadəcə internetdən OS AndroidGlobiLab və Windows mühitində işləmək üçün Globilab proqram təminatını yükləmək yetərlidir. Qoşulma həm USB kabel , həm də Blutuz vasitəsilə mümkündür.Təcrübənin gedişi zamanı sürətlə dəyişən proseslərin qeydiyyatı və təhlili, saniyədə 24000 ölçmə qiymətlərinin götürülmə imkanı, xarici ölçmə sensorlarının olması və sensorların kalibrlənməsi LabDisk rəqəmsal qurğusunun rahatlıq və üstünlüklərindəndir. Məktəblərimizin LabDisk Physio və LabDiskChemio ilə eyni vaxtda təmin olunması iə fizika fənnində tədrisi nəzərdə tutlan mövzuların uyğun olaraq kimya ,biologiya, ekologiya və coğrafiya fənlərinə fənlərarası inteqrasiyası üçün müəllim və şagirdə geniş imkanlar yaradır . Məhz bu imkanlardan düzgün və yaradıcı isdifadə edə biləcək müəllim şagirdlərini müxtəlif layihə olimiadalarına yönləndirə bilər.Qurğu 127 ölçmə nəticələrini saxlama imknına , hazır laboratoriya işləri qalereyasına malikdir. Bu isə şagird və müəllimə laboratoriya işlərini istənilən münasib vaxtda emal etməyə imkan yaradır.Kiçik qruplarda rəqəmsal laboratiriya avadanlığı ilə aparılan araşdırmalr . tədqiqat işləri şagirdlərin idraki və məntiqi təfəkkürünün inkişafına , ünsiyyət qabiliyyətlərinin formalaşmasına və əməkdaşlıq kimi müasir dövr üçün vacib olan vərdişlərin yaranmasına müsbət təkan verəcəkdir.Image result for globisens

Aliyə Əhmədova

Sumqayıt şəhəri , İ.Qayıbov adına 1 saylı tam orta məktəbin müəllimi,

V “Elektron Təhsil” Respublika Müsabiqəsinin qalibi və LabDisk təlimçisi.

22 may, 2015-ci il Sumqayıt.





Краткое описание документа:

  • Informasiya texnologiyalarının müasir cəmiyyətin bütün sahələrində geniş şəkildə istifadə olunması artıq qəbul olunmuş normal bir haldır. Günümüzdə müasir şagirdi əhatə edən bir çox məqamlar getdikcə daha çox informasiya texnologiyaları ilə əlaqələnməkdədir (mobil əlaqənin əlavə imkanları, rəqəmsal televiziya, ölçmə və müşahidə cihazları, təsvirlərin emalı və s. ).Kompütersiz ixtiyari məlumatın axtarılmasının isə ümumiyyətlə təsəvvür etmək belə mümkün deyil. Elektron prezentasiyalar istifadə etmədən auditoriya qarşısına çıxmaq isə zəmanədən geri qalmaq kmi qəbul olunur. Şagirdlərin icra etdikləri araşdırmaların müxtəlif mərhələlərinə informasiya texnologiyalarının cəlb ounması isə normal proses olmaqla, onların ətraf aləmdəki dəyişikliklərə rahat uyğunlaşmasını təmin edən vasitədir.
  • Hazırda fizikanın müasir tədris metodikasında kompüterin istifadə imkanları çox şaxəlidir.Bunlara özündə müxtəlif animasiya, videoçarx ,interaktiv tapşırıqlar birləşdirən elektron dərsliklərin və dərs vəsaitlərinin istifadəsi ilə yanaşı, rəqəmsal laboratoriya avadanlıqlarıın istifadəsi və proqram təminatlarıın köməkliyi ilə emal olunmuş təcrübə nəicələri də aiddir. Aydındır ki,müəllim dərsin müxtəlif mərhələlərində rəqəmsal resursların müxtəlif tətbiq formalarından məqsədə uyğun istifadə etməlidir.Bu zaman müəllim şagirdlərin yaş həddi, araşdırılan mövzunun mahiyyəti, təklif edilən resursların əlyetərliliyi və şagirdlərin maraqlarını da diqqətdə saxlamalıdır.
  • Müasir məktəb öz önünə universal bilik , bacarıq və vərdişlərin formalaşacağı yeni sistemin formalaşdırılması ilə yanaşı təhsilalanın müstəqil fəaliyyət təcrübəsinin və şəxsi məsuliyyətinin formalaşdırılmasını da hədəf olara qoyur.Aydındır ki, bunlar müasir təhsilin mahiyyəti olmaqla yanaşı, həm də müasir açar kompetensiyalar hesab olunur. Yeniyetmə və gənclərin cəmiyyətdə uğurlu sosiallaşması yönümündə müasir məktəblərin öhdəsinə çox iş düşür.Bunlara təhsilalanın əmək bazarının tələblərinə aktiv uyğunlaşması, cəmiyyətdə tələb olunan əsas qabiliyyət və bacarıqların formalaşdırılması, yaradıcı və tədqiqatçı fəaliyyətə istiqmətləndirilməsi aiddir. Bu məqsədlə fizika kurikulumunun realaşdırılması zamanı müəllim şagirdə axtarışlar, araşdırmalar aparmaq üçün imkanlar yaratmalıdır.Əbəs yerə qədim Çin hikmətində deyilmir ki ,
  • Mənə danış - mən unudum,
  • Mənə göstər - mən yadda saxlayım,
  • Mənə bir cəhd ver - mən öyrənim.
  • Müasir günümüzdə fizikanın tədrisi prosesində bu tapşırığın həllini tapmasında müxtəlif rəqəmsal laboratoriyaların imkanlarında istifadə böyük rol oynayır. Orta məktəblərdə istifadə üçün nəzərdə tutulan rəqəmsal laboratoriya avadanlıqları özündə geniş spektrdə araşdırma, nümayiş və laboratoriya işlərini ehtiva edir.Rəqəmsal laboratoriya avadanlıqlarının əksəriyyəti əsasən qurğunun özü və proqram təminatından ibarətdir. Proqram təminatı şagird və müəllimə qəbul olunmuş siqnallar əsasında təcrübənin gedişindən alınan ölçmə nəticərinin ani olaraq cədvəl və qrafik əyri formalarında ötrülməsini təmin edir.Alınan qarfiki əyri təcrübə zamanı götrülmüş bütün qiymətlər əsasında ani olaraq qurulmuş olur. Bu isə vaxta qənaətdir. Qənaət olunmuş vaxtı isə alınmış nəticələrin analiz və sintezinə , fiziki mahiyyətinin araşdırılmasın sərf etməkk tədris prosesində müəllim işini yüngülləşdirməklə yanaşı , şagirdlərdə də fənnə qarşı xüsusi marağın yaranmasın səbəb olur.
  • Sevindirici haldırdır ki, Təhsil Nazirliyi bu ilin aprel ayı ərzində respublikanın 50 məktəbini LabDisk Physio və labdisk Chemio rəqəmsal laboratoriya avadanlığı ilə təmin etmişdir.Qeyd etmək istərdim ki , LabDisk 12 ənənəvi laboratoriya cihaz və avadanlığını əvəz edə bilən,fizika , kimya , biologiya , coğrafiya və ekologiya dərslərində istifadəsi real olan mobil rəqəmsal laboratoriya avadanlığıdır.Qurğu 14 sensorla təchiz olunub, laboratoriya iş üçün ümumi quraşdırılma müddəti 2 dəqiqə çəkir.Maraqlıdır ki , Labdisk Chemio vasitəsilə aparılmış ölçmə nəticələri hətta GPS koordinatları vasitəsilə online olaraq Google Xəritə xidmətində də tədqiq oluna bilər.Qurğunun batereyası 150 saat enerji saxlamaq imkanına malikdir. Bu isə şagirdə və müəllimə təbiət ekskursiyaları zamanı əvəz olunmaz ölçmə imkanları vermiş , qurğunun mobillik imkanını artırmış olur.Kompüter, notbuk, planşet , elektron lövhə və Android telefonlar proqram təminatı vasitəsilə rahatlıqla qurğuya qoşula bilir.Bunun üçün sadəcə internetdən OS AndroidGlobiLab və Windows mühitində işləmək üçün Globilab proqram təminatını yükləmək yetərlidir. Qoşulma həm USB kabel , həm də Blutuz vasitəsilə mümkündür.Təcrübənin gedişi zamanı sürətlə dəyişən proseslərin qeydiyyatı və təhlili, saniyədə 24000 ölçmə qiymətlərinin götürülmə imkanı, xarici ölçmə sensorlarının olması və sensorların kalibrlənməsi LabDisk rəqəmsal qurğusunun rahatlıq və üstünlüklərindəndir. Məktəblərimizin LabDisk Physio və LabDiskChemio ilə eyni vaxtda təmin olunması iə fizika fənnində tədrisi nəzərdə tutlan mövzuların uyğun olaraq kimya ,biologiya, ekologiya və coğrafiya fənlərinə fənlərarası inteqrasiyası üçün müəllim və şagirdə geniş imkanlar yaradır . Məhz bu imkanlardan düzgün və yaradıcı isdifadə edə biləcək müəllim şagirdlərini müxtəlif layihə olimiadalarına yönləndirə bilər.Qurğu 127 ölçmə nəticələrini saxlama imknına , hazır laboratoriya işləri qalereyasına malikdir. Bu isə şagird və müəllimə laboratoriya işlərini istənilən münasib vaxtda emal etməyə imkan yaradır.Kiçik qruplarda rəqəmsal laboratiriya avadanlığı ilə aparılan araşdırmalr . tədqiqat işləri şagirdlərin idraki və məntiqi təfəkkürünün inkişafına , ünsiyyət qabiliyyətlərinin formalaşmasına və əməkdaşlıq kimi müasir dövr üçün vacib olan vərdişlərin yaranmasına müsbət təkan verəcəkdir.
Автор
Дата добавления 12.06.2015
Раздел Физика
Подраздел Другие методич. материалы
Просмотров184
Номер материала 304695
Получить свидетельство о публикации

Включите уведомления прямо сейчас и мы сразу сообщим Вам о важных новостях. Не волнуйтесь, мы будем отправлять только самое главное.
Специальное предложение
Вверх