- Учебник: «Русский язык (в 2 частях)», М.Т.Баранов, Т.А.Ладыженская, Л.А.Тростенцова и др.
- Тема: § 64. Слово и его лексическое значение
- 01.10.2020
- 746
- 4

Azərbaycan
Respublikasının təhsil sistemində həyata keçirilən islahatlar artıq öz müsbət təsirini
göstərməkdədir. Təlim prosesinin qarşısında duran əsas vəzifə müstəqil və
yaradıcı düşünсə tərzinə
malik təşəbbüskar vətəndaşlar tərbiyə etməkdən ibarətdir.
Hazırda geniş tətbiq olunan interaktiv təlimin
əsas məqsədlərindən biri də şagird təfəkkürünü inkişaf etdirmək, dərs prosesində
qarşılıqlı əlaqə zəminində şagirdləri fəallaşdırmaqdan ibarətdir..
Omonim sözlərlə şagirdlər hələ ibtidai siniflərdə tanış olmuşlar.
Lakin bu leksik anlayış haqqında nəzəri biliyə V sinifdə yiyələnirlər. Məktəb təcrübəsi
göstərir ki, şagirdlər omonim sözün ifadə etdiyi bütün mənaları müstəqil müəyyənləşdirə
bilmir, müəllimin köməyinə böyük ehtiyac hiss edirlər. Odur ki, omonim
anlayışını izah edərkən iki metodik prinsipə riayət etmək lazımdır.
1. Dildən kənar faktorlara (əşya və ya onların
şəkillərinə) əsaslanmaq;
2. Sözün yazılışı və tələffüzünə əsaslanmaq.
Birinci prinsipə əsasən, omonim sözləri izah
edərkən mümkün qədər həmin omonimlərin aid olduğu əşyaları və ya bu əşyaların şəkilləri
nümayiş etdirilsə, şagirdlər omonimlərin mənasını tez başa düşər, onların ifadə
etdiyi anlayışların birini digərindən asanlıqla fərqləndirə bilərlər.
Dərs prosesini suallarsız təsəvvür etmək
mümkün deyil. Bu məqsədlə dərsin motivasiya mərhələsinə başlayıram.
(PhotoPeach proqramında online test)
- Yerin peyki.
- Yer qazmaq üçün istifadə olunan alət.
- Ev quşlarından birinin adı.
- Ağacın yoğun budağı.
- Çalğı alətlərindən birinin adı.
- Kiçik dalğaya nə deyirlər?
- Hər hansı bir əsərdə haqqında danışılan müəyyən
şəxs.
- Axşam yeməyinin adı.
- İlin bir fəslinin adı.
- Sözün əsas hissəsi.
Motivasiyanın ikinci mərhələsi mövzunun adının açıqlanmasına kömək edəcək.
Biz bizə "biz" deyirik.
Siz bizə nə deyirsiniz ?
Niyə bu sualın birmənalı cavabı yoxdur?
İlk tapşırığa başlamaqla şagirdlərin omonimlə bağlı ibtidai biliklərini nəzərdən keçirirəm.
Verilmiş cümlələrdə fikir aydın ifadə olunmayıb. Siz cümlədəki fikri izah edin.
1.Çay Eldara sərinlik gətirdi. (içilən çay, yoxsa, axar çay)
2.Ləklərdəki kələmləri qurd yemişdi ( həşərat, yoxsa, canavar)
3.Həlimənin iki gün idi ki, beli ağrıyırdı. ( alət, yoxsa, insanın beli)
4.Havanın birdən-birə soyuması ağacdakı meyvələri vurmuşdu. (oyun havası, yoxsa, iqlim)
Tədqiqat sualı: Eyni bir sözlə adlanan əşyaların bir-birinə oxşarlığı, bir-biri ilə əlaqəsi varmi?
Tədqiqatın aparılması.
Omonimlərlə çoxmənalı sözləri necə fərqləndirmək olar?
Növbəti tapşırıqla omonimlərin hansı nitq hissələrinə aid olduğunu
aydınlaşdırırıq:
iç – isim, sifət, feil
saç – isim, feil
ac – sifət, feil
qan – isim, feil
Qruplarla işə keçid alırıq.
Omonim qrupu:
Qoltuğunda bağlama ,
Mən gedirəm ağlama,
Gedərəm, yenə gəlləm,
Yadlara bel bağlama.
Sürüdən tez ayırıb əlli qoyun
Dedi ki, bunları yol üstə qoyun.
(S.Ə.Şirvani)
Cavab:
Omoqraflar: yazılışı eyni səslənməsi isə müxtəlif olan sözlər
Omoform qrupu: Omoqraf adlandırmaq olarmı ?
1.Öz yarını yar düşünər, yar anar
Saf məhəbbət ünsiyyətdən yaranar.
(Qədir Tərtərli)
2.Bu dağları qoysaq əgər özbaşına ,
Dağlar bizi dolandırar öz başına .
(B. Vahabzadə)
3.Mən aşiq incimənəm ,
Dürr mənəm, inci mənəm .
Baş qoyub dizin üstə,
Can versəm incimənəm .
(Xalq ədəbiyyatından)
Cavab:
Omofonlar və ya fonetik omonimlər :
Yalnız səslənməsinə görə omonimə bənzəyirlər. Omofonların da omonimliyi təsadüfi və müvəqqətidir.
Paronim qrupu:
Altından xətt çəkilmiş sözləri omonim adlandırmaq olarmı ?
1.Can evimə sığışmayan arzular ,
Bu dünyada neçə dünya arzular .
(S.Vurğun)
2.Şikayət ərizəsinə imza atanı hamı tanıyırdı.
Heydər atanı uşaqdan böyüyə hamı sevir.
3.Əsgər çoxlu yara almışdı.
Sözümü yara çatdırın.
Cavab: Omoform və ya morfoloji omonimlər.
Qrammatik şəkilçilər hesabına təmin edilən bu omonimlik, həmin leksik vahidlər mətndən ayrıldıqdaomonim olmaq xüsusiyyətini itirir.
Omoqraf qrupu:
Oxuduğun fikirlər haqqında nə deyə bilərsən ?
yaman - yaxşı
( Yaman qızdır ha)
yaman - pis
( Yaman adamdır)
Cavab: Leksik mənaları bir-biri ilə antonimlik təşkil edir.
xeyr - xeyir
mətn - mətin
əsr - əsir
sənət - sənəd
şəhid - şahid
Cavab: Səslənməsinə görə eyniləşən, lakin yazılışı fərqli olan sözlər-paronimlər.
Hər qrup təqdimatından sonra qiymətləndirmə aparılır.
Qrup işlərindən sonra yorğunluğu aradan qaldırmaq məqsədilə belə bir tapşırıqla sinfə müraciət edirəm:
Şəkildə gördüyünüz həşarat və heyvanlardan hansının adı omonim kimi götürülə bilər?
Yanlış cavablarda səs eşidiləcək. Doğru cavablarda isə izahlı yazı görünəcək.
at –heyvan, at(maq) qaz – heyvan, maye qaz, qaz(maq)
arı – heyvan, aydan arı(təmiz) it- heyvan, it(mək)
Omonimlər bəzi cəhətlərinə görə, yəni deyiliş və yazılışı eyni
olmalarına, müxtəlif mənalarda işlənmələrinə görə çoxmənalı sözlərə bənzəyir.
Dilimizdə həm omonimlik, həm də çoxmənalılıq
keyfiyyətinə malik olan bir sıra sözlər var. Lövhədə “bel və üz” sözlərini
yazıram və şagirdlərə onun mənaları üzərində işləməyi tapşırıram.
Omonimlik Çoxmənalılıq
alət, bədən üzvü insanın beli, dağın beli
insanın siması, üz (mək) insanın üzü, suyun üzü, dəftərin üzü.
Deməli, omonim sözün hər məna tayı bir leksik vahid sayılır. Çoxmənalı söz isə bütün məna çalarları ilə birlikdə eynisöz sayılır və bir nitq hissəsinə mənsub olur. Təsadüfi deyil ki, izahlı lüğətlərdə çoxmənalı sözlər bir başlıqla, bir söz kimi verilir.
Belə sözlər dildə çoxdur. Məsələn: kök, qol, dolu, yay, tut, at, aş, boğaz, üz, düz, yar, az və s.
Yaradıcı tətbiq etmə:
Çoxmənalı sözlərlə omonimləri qruplaşdırın: yağ, bulud, diş, qaz, kök, maşın, ayaq, əl, bal, ay, top, göz
Şagirdlər çoxmənalı sözlərdə mənaların
bir-biri ilə bağlı olduğunu, əsas mənadan tam uzaqlaşmadığını, omonimlərin isə
tamamilə fərqli, uzaq mənalar daşıdığını müəyyən edirlər.
Çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur.
Bu, o deməkdir ki, sözün ilkin, dominant mənası nitq hissəsinə görə isimdirsə,
o birsi törəmə mənalar da – məna çalarları da isim olmalıdır.
Omonim, çoxmənalı söz və həm omonim, həm də çoxmənalı söz kimi işlənə bilən sözləri qruplaşdırın: dəmir, dolu, don, boğaz, çay, getmək, yar, tala, ətək.
Əyləncəli tapşırıq:
Şəkli qurmaqla orada təsvir olunan sözlərin omonim olduğunu təsdiqləməlidirlər.
tut - meyvə, tut (maq)
top -silah, oyuncaq, parça bükümü
yay - fəslin adı, qədim silah növü
Test: Suallara doğru cavab ver və müdrik kəlamı oxu.
Növbəti
test tapşırığı da şagirdlər üçün çox maraqlıdır:
1. Hansı fel
omonimdir?
A) sevmək
B) oxşamaq
C) qəhərlənmək
Şagirdlər bir qədər müzakirə etdikdən sonra
doğru cavabın B variantı olduğunu nümunələrlə izah edirlər.Məsələn:
Sevil nənəsinə çox oxşayır. (Bənzəmək)
Ana qızının ipək saçlarını oxşadı.(Əzizləmək)
Oxşamaq sözünün daha bir mənasının ağı demək,
dərdinə şərik olmaq olduğunu da mən izah edirəm.
2. Sözlərdən biri omonim səciyyəsi daşıyaraq,
həm isim, həm sifət, həm də feil kimi işlənə bilir :
A) çat B) düz C) yaz
3. Nümunədəki yaş sözü nədir?
Burda bilinməyir dünyanın yaşı,
Axır almaz kimi, göz yaşı kimi.
A) təkmənalı söz B) çoxmənalı söz C) omonim
4. Hansı sırada çoxmənalı söz yoxdur ?
A) uşağın beli - belin sapı
B) şirin ağzı - quyunun ağzı
C) qızın üzü - südün üzü
Testləri doğru cavablandırmaqla müdrik kəlamı oxuyurlar.
Müdrik kəlam: Bacarıq ağlın nişanəsidir. (Atalar sözü)
Aydındır ki, şagirdlər əyləncəli oyunlara daha çox maraq göstərirlər.Çünki burada uşağı maraqlandıran, onun zehni fəallığına təsir edən şəkillər, sxem və cədvəllər, müəyyən məqsəd daşıyan tapmaca və atalar sözləri, əyləncəli suallar və s. məsələlər öz əksini tapır.
Azərbaycan qədim xalq mahnılarından olan “Almanı atdım xarala” mahnısının minusunu sinfə təqdim edirəm:
Tapşırıq: İfa edin və mahnıdakı omonim sözləri seçin.
Almanı atdım xarala - at(maq) feil, heyvan(isim)
ay sarı çəpkən - rəng(sifət), istiqamət (qoşma),yaramı sarı(feil)
Bağın dalında həzin səs gəlir - meyvə ağaclarıəkilmiş sahə (isim),bir şeyi bağlamaq üçün ip (isim)
Vuruldum bir gül yanağa - çiçək sözünün sinonimi (isim), gül(mək) feil
Sual: Mahnıda işlənmiş alma, gəlin və mehman sözlərini niyə omonim adlandırmaq olmaz?
Cavab: Vurğusu dəyişməklə mənası dəyişən sözlər və həm ümümi, həm xüsusi ad kimi işlənən sözlər omonim kimi götürülə bilməz.
Mövzunun şagirdlərin hafizəsində möhkəm iz salması məqsədilə dərsdə istifadə etdiyim bir neçə əyləncəli oyunu təqdim edirəm:
“Krassvord”, “Göy qurşağı” və “Milyonçu”
Hər üç oyunun sualları və suallara verilən cavablar mövzu ilə bağlıdır.
Rus, ingilis və ərəb-fars dillərində işlənən omonimlərdən nümunə söyləyirəm.
Omonimlər Rus dili qrammatikasında :
коса - hörük ( saç düzümü), kənd təsərrüfatında istifadə olunan alət.
ключ – bulaq,açar
лук - yay (ox atmaq üçün silah), soğan
Omonimlər İngilis dili qrammatikasında :
english - ingilis dili , ingilis( millət)
crane – durna, qaldırıcı kran
complex - mürəkkəb, kompleks (idman)
link - birləşdirmək, əlaqə
Omonimlər ərəb və fars dillərində :
شؤر (şüur) – şüur, tüklərin cəmi
عين (eyn) – bulaq, göz
تار (tar) - musiqi aləti, qaranlıq
بار (bar) – yük, dəfə
Venn diaqramının köməyi ilə şagirdlərin mövzu ilə bağlı öyrəndiklərini öyrənmiş oluram.
http://learningapps.org/display?v=pne4er4vc01 Testləri işləyərək mövzumuzu yekunlaşdıraq.
Ümumiləşdirmə və nəticə :
Eyni bir sözlə adlanan əşyaların bir-birinə oxşarlığı, bir-biri ilə əlaqəsi və ya məna yaxınlığı yoxdur.
Ev tapşırığı: Kitabxanadan özünə hekayələr toplusu seç. Seçdiyin kitabdan hekayə oxu. Oxuduğun hekayədə omonim sözləri seç.
Animoto.com-da işlənmiş rolik təqdim olunur.
(Evdə internet imkanı olan uşaqlar saat 8-dən gec olmamaq şərtilə tapşırığı həmin rolikin altına qeyd edə bilərlər.)
https://animoto.com/play/vN0ubadjEzegnCaI19TRJA
Dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün hazırladığım meyar cədvəlindən istifadə edirəm. Dərsin bütün mərhələlərində hazırladığım meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyirəm və cədvəldə qeyd edirəm.
Qiymətləndirmə elan olunur və məktəbli kitabçalarına qeyd olunur.
İstifadə olunan mənbə :
1. Azərbaycan dilinin omonimlər lüğəti.Şərq-Qərb.Bakı 2007.
2. H.Q. Hüseynov “Əyləncəli qrammatik oyunlar”. Bakı 1992.
3. Çoxmənalı sözlər lüğəti.
4. S.Cəfərov "Müasir Azərbaycan dili - Leksika II hissə". Bakı -1982
1.http://learningapps.org/create?new=40&from=pa70ab9c301#preview
2. https://animoto.com/play/vN0ubadjEzegnCaI19TRJA
http://www.youtube.com/watch?v=94uFusfFszQ&feature=youtu.be
Настоящий материал опубликован пользователем Баширова Улькер Байрамали. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт
Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.
Удалить материалучительница
Файл будет скачан в форматах:
Материал разработан автором:
Чкадуа Екатерина Албертовна
Учитель
Презентация на тему "Омонимы", русский язык, 5 класс.
Презентация выполнена на 6 листах с рисунками основная информация для учеников для успешного освоения материала.
Посмотрите рабочий лист по этой же теме.
Курс повышения квалификации
Курс профессиональной переподготовки
300/600 ч.
Курс профессиональной переподготовки
300/600 ч.
Курс профессиональной переподготовки
300/600 ч.
Еще материалы по этой теме
Смотреть
Рабочие листы
к вашим урокам
Скачать
И реформы в системе образования Азербайджанской Республики оказывает положительное влияние.Основной задачей учебного процесса с независимыми и творческих предпринимателей dusunsə образом, чтобы воспитывать граждан.
Одним из главных целей в настоящее время применяется в интерактивной программе подготовки кадров, ум ученика, процесс обучения является активизация взаимодействия со студентами на основе .
Омоним словами, студенты были введены в начальных школах. Тем не менее, теоретические знания о концепции лексической V учатся в классе.Опыт школы, студенты определить омоним слова, он не знает, все значения, чувствую большую потребность помочь учителю. Так, при объяснении понятия методологических принципов вы должны следовать омоним.
1. Язык внешние факторы (предметы или их фотографии) после;
2. написание и произношение базы слов.
Первый принцип, омоним слова как можно больше при описании объектов или изображения деталей, принадлежащих к одной и той же omonimlərin продемонстрировали, студенты поймут omonimlərin смысла, что они могут легко различать понятия.
Это невозможно представить себе процесс обучения вопросы. Начинается мотивация для этого этапа урока.
7 236 378 материалов в базе
Вам будут доступны для скачивания все 214 769 материалов из нашего маркетплейса.
Мини-курс
3 ч.
Мини-курс
2 ч.
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.