Инфоурок Другое ТестыПрезентация по Азербайджанский языку на тему "Глогол" (6класс)

Презентация по Азербайджанский языку на тему "Глогол" (6класс)

Скачать материал
Скачать материал "Презентация по Азербайджанский языку на тему "Глогол" (6класс)"

Получите профессию

Секретарь-администратор

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Методические разработки к Вашему уроку:

Получите новую специальность за 3 месяца

Научный сотрудник музея

Описание презентации по отдельным слайдам:

  • ZƏRF  HAQQINDA ÜMUMİ MƏLUMAT
ZƏRFİN  QURULUŞCA  NÖVLƏRİ
ZƏRFİN  MƏ...

    1 слайд











    ZƏRF HAQQINDA ÜMUMİ MƏLUMAT
    ZƏRFİN QURULUŞCA NÖVLƏRİ
    ZƏRFİN MƏNACA NÖVLƏRİ
    OMONİM ZƏRFLƏR
    ZƏRFİN MORFOLOJİ TƏHLİL QAYDASI
    TESTLƏR
    Bəşirova Ülkər Bayram qızı.




    ZƏRF

  • Zərf hərəkəti müxtəlif cəhətdən izah edən əsas nitq hissəs...

    2 слайд


    Zərf hərəkəti müxtəlif cəhətdən izah edən əsas nitq hissəsidir. Zərf cümlədə , əsasən, felə aid olaraq, onun tərzini, zamanını, yerini və miqdarını bildirir.
    Zərflər necə? nə cür? nə vaxt? nə zaman? hara? haraya? harada? haradan? nə qədər? suallarından birinə cavab verir.
    Məsələn: Sakit (necə?) danışırdı. – tərz
    Dünən (nə zaman?) gəldi – zaman
    Yuxarı (hara?) getdik – yer
    Çox (nə qədər?) oxumuşam – miqdar

    ZƏRF

  • Zərflər həm təsriflənən fellərə,  həm də təsriflənməyən fellərə  (məsdər...

    3 слайд

    Zərflər həm təsriflənən fellərə, həm də təsriflənməyən fellərə (məsdər, feli sifət, feli bağlama) aid olur.
    Məsələn: Sakitcə oturdum – Təsriflənən fel
    Sakitcə oturmaq – Məsdər
    Sakitcə oturan - Feli sifət
    Sakitcə oturanda – Feli bağlama
    Çox (nə qədər?) oxumaq – ........................
    Yaxşı (necə?) danışan – .............................
    Təəccüblə (necə?) baxmaq – ........................
    Az (nə qədər?) oxuyanda – .........................
    Axşam (nə zaman?) qayıdarkən – ....................


  • Aşağıdakı zərflərə sual verin və cümlədə işlədin.
indi -  nə zaman?
səhər -...

    4 слайд

    Aşağıdakı zərflərə sual verin və cümlədə işlədin.
    indi - nə zaman?
    səhər -
    irəli -
    sürətlə -
    yavaşca -
    gözəl -
    gecə -
    asta -
    dünən -
    yaxşı -

  • ZƏRFİN QURULUŞCA NÖVLƏRİ1. SADƏ ZƏRFLƏR2. DÜZƏLTMƏ   ZƏRFLƏR3.MÜRƏKKƏB  ZƏRFL...

    5 слайд

    ZƏRFİN QURULUŞCA NÖVLƏRİ
    1. SADƏ ZƏRFLƏR
    2. DÜZƏLTMƏ ZƏRFLƏR
    3.MÜRƏKKƏB ZƏRFLƏR
    1. SADƏ ZƏRFLƏR: Yalnız bir kökdən ibarət olur.
    tez, gec, səhər, indi , yaxşı, pis, axşam, aşağı və s.

  • DÜZƏLTMƏ   ZƏRFLƏR
 -ca2    :    ehmal-ca,  türk-cə,  yavaş-ca, sakit-cə (dan...

    6 слайд

    DÜZƏLTMƏ ZƏRFLƏR
    -ca2 : ehmal-ca, türk-cə, yavaş-ca, sakit-cə (danışmaq)
    -casına2 : xain-cəsinə, qəhrəman-casına, hiyləgər-cəsinə
    -yana , -yanə, -anə : zarafat-yana, dahi-yanə, şair-anə
    -dan2 : ürək-dən, bərk-dən, uca-dan , çox-dan, yeni-dən
    -ən : qəsd-ən, qəflət-ən, daxil-ən
    -la2 : güc-lə, ürək-lə, sevinc-lə, diqqət-lə, cəsarət-lə, həvəs-lə, namus-la
    -aki2 : yan-akı, çəp-əki
    -aşı2 : yan-aşı
    -da 2 : yay-da, gün-də, birlik-də
    -lıq 4 : həmişə-lik, hələ-lik
    -araq 2 : qaç-araq (gəlmək)

  • MÜRƏKKƏB  ZƏRFLƏR

     İKİ  SÖZÜN  BİRLƏŞMƏSİNDƏN  ƏMƏLƏ GƏLİR,  BİTİŞİK  VƏ...

    7 слайд

    MÜRƏKKƏB ZƏRFLƏR

    İKİ SÖZÜN BİRLƏŞMƏSİNDƏN ƏMƏLƏ GƏLİR, BİTİŞİK VƏ YA DEFİSLƏ YAZILIR.

    MÜRƏKKƏB ZƏRFLƏR , ƏSASƏN, AŞAĞIDAKI YOLLARLA ƏMƏLƏ GƏLİR.

  • DEFİSLƏ  YAZILAN  MÜRƏKKƏB  ZƏRFLƏR
1. Eyni sözün təkrari ilə...

    8 слайд

    DEFİSLƏ YAZILAN MÜRƏKKƏB ZƏRFLƏR
    1. Eyni sözün təkrari ilə:
    Yavaş-yavaş, tez-tez, asta-asta, az-az, ağır-ağır, sakit-sakit, altdan-altdan, bərk-bərk
    2. Biri və ya hər iki tərəfi şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə:
    İldən-ilə, birdən-birə, qabaq-qabağa, günü-gündən, yan-yana
    3. Əks və ya yaxın mənalı sözlərin birləşməsi ilə:
    Gec-tez, ara-sıra, əvvəl-axır, sağa-sola, az-çox, gecə-gündüz, irəli-geri
    4. Yönlük halda işlənmiş bir sayına digər miqdar saylarının qoşulması ilə.
    Birə-iki, birə-beş, birə-on
    BİTİŞİK YAZILAN MÜRƏKKƏB ZƏRFLƏR
    5. -ba (-bə) bitişdiricili sözlərin təkrarı ilə:
    Üzbəüz, dalbadal, yanbayan, günbəgün, ilbəil, sözbəsöz,
    6. Müxtəlif mənalı sözlərin birləşməsi ilə:
    Addımbaşı, arabir, gözucu, gözaltı, birbaşa, üzüyuxarı, atüstü


  • ZƏRFİN MƏNACA NÖVLƏRİ
  1. Tərzi-hərəkət   zərfləri
  2. Zaman  zərfləri...

    9 слайд

    ZƏRFİN MƏNACA NÖVLƏRİ
    1. Tərzi-hərəkət zərfləri
    2. Zaman zərfləri
    3. Yer zərfləri
    4. Kəmiyyət (miqdar) zərfləri

  • TƏRZİ-HƏRƏKƏT   ZƏRFLƏRİ
      Hərəkətin  hansı tərzdə, necə  icra olunduğunu...

    10 слайд

    TƏRZİ-HƏRƏKƏT ZƏRFLƏRİ
    Hərəkətin hansı tərzdə, necə icra olunduğunu bildirir, necə?, nə cür? suallarına cavab verir.
    Məsələn: Uşaq sakitcə (necə?) oturmuşdu. Qatar yavaş-yavaş (necə?) tərpənirdi. Əsgərlərimiz düşmənə qarşı cəsarətlə (necə?) vuruşdu.
    ZAMAN ZƏRFLƏRİ
    Hərəkətin icra olunduğu zamanı bildirir, nə zaman?, nə vaxt?, haçan? suallarına cavab verir.
    Məsələn: Kəndə sabah (nə zaman?) gedirəm. Evə axşam (nə zaman?) çatdıq. Bayaq (nə zaman?) dostumu gördüm.
    İndi, hələ, dünən, srağagün, səhər, gecə, gündüz, həmişə, əvvəl, sonra, axşam-səhər, tez, gec-tez, yenə, bildir

  • YER  ZƏRFLƏRİ
      Hərəkətin icra olunduğu yeri bildirir, hara?,   haraya?,...

    11 слайд

    YER ZƏRFLƏRİ
    Hərəkətin icra olunduğu yeri bildirir, hara?, haraya?, harada?, haradan? suallarına cavab verir.
    Məsələn: Qoca içəriyə (haraya?) girdi. Yuxarıdan (haradan?) gəlirəm. İçəri (hara?) cavan bir oğlan daxil oldu.
    İrəli, geri, aşağı, yuxarı, içəri, sağa, sola, ora, bura, sağa-sola, ora-bura, irəli-geri, üzüyuxarı, üzüaşağı,
    KƏMİYYƏT (MİQDAR) ZƏRFLƏRİ
    Hərəkətin miqdarını bildirir, nə qədər? sualına cavab verir.
    Məsələn: Uşaqlar bu gün çox (nə qədər?) çalışdılar. Qoca xeyli (nə qədər?) dincəldi.
    Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır : az, çox, xeyli, az-maz, çox-çox, azca, azacıq, qismən, az-çox, birə-beş

  • Zərf və başqa nitq hissələri kimi işlənə bilən ortaq sözlər-
Omonim zərflər...

    12 слайд

    Zərf və başqa nitq hissələri kimi işlənə bilən ortaq sözlər-
    Omonim zərflər
    Dilimizdəki zərflərin bir hissəsi başqa nitq hissələri ilə ortaq sözlərdən ibarətdir.
    Belə sözlər cümlədəki vəzifəsindən asılı olaraq, həm zərf, həm isim; həm zərf, həm sifət; həm zərf, həm say; ola bilər. Həmin sözlər, əsasən aşağıdakılardır:
    1. gecə, gündüz, axşam, səhər sözləri həm isim, həm də zaman zərfi ola bilər. Bu sözlər nə? sualına cavab olduqda isim, nə zaman? sualına cavab olduqda isə zərf olur. Məsələn: gecə (nə?) gündüzdən (nədən?) sərin olur. -isim. Kəndə gecə (nə vaxt?) getdim. - zərf .
    2. yaxşı, pis, iti, açıq, gözəl, cəld və s. kimi sözlər həm sifət , həm də tərzi-hərəkət zərfi ola bilər. Məsələn: yaxşı (necə?, nə cür?, hansı?) övlad üz ağardır- sifət. Uşaq dərslərini yaxşı (necə?) oxuyur- zərf.
    Belə sözlər əşyanın əlamətini bildirdikdə və necə?, nə cür?, hansı? suallarına cavab verdikdə sifət, yalnız necə?, nə cür? Sualına cavab verən və felin yanında gələn söz isə zərfdir. Çünki zərf hansı? sualına cavab vermir.

  • 3. az, çox, xeyli, az-çox    sözlər həm  q/m. miqdar sayı, həm də  miqdar zər...

    13 слайд

    3. az, çox, xeyli, az-çox sözlər həm q/m. miqdar sayı, həm də miqdar zərfi ola bilir.
    Belə sözlər cümlədə ismə aid olduqda say, felə aid olduqda isə zərf olur.
    Məsələn: otaqda az uşaq var – say. Bu gün az işlədik – zərf. Meşədən bir az odun yığın – say. Bir az dincəlin – zərf.

  • ZƏRFIN MORFOLOJI TƏHLIL QAYDASI
Zərfin morfoloji təhlil qaydası aşağ...

    14 слайд

    ZƏRFIN MORFOLOJI TƏHLIL QAYDASI
    Zərfin morfoloji təhlil qaydası aşağıdakı kimidir.
    Sualı və hansı sözlə bağlı olması
    Quruluşca növü
    Mənaca növü
    Cümlədə rolu
    Məsələn: Arif dərslərini yaxşı oxuyur.
    1.Necə? sualına cavab verir, “oxuyur” sözü ilə bağlıdır.
    2. Quruluşca sadədir.
    3. Tərzi-hərəkət zərfidir.
    4.Cümlədə tərzi-hərəkət zərfliyi vəzifəsində işlənib

  • TESTLƏR
1. Düzəltmə zərflərin cərgəsini  göstərin:...

    15 слайд

    TESTLƏR
    1. Düzəltmə zərflərin cərgəsini göstərin:
    A) dərindən, dəst-dəst
    B) sakitcə, birlikdə
    C) çox, həmişə
    D) arabir, əlüstü
     2. Mürəkkəb zərf hansı cümlədədir?
    A) Elə bildim ki, məni eşitməmisən.
    B) Birdən onun qışqırtısını eşitdim.
    C) Xəstə gülə-gülə mənə baxırdı.
    D) İmtahandan əvvəl Murad müəllim dəstənin önündə dayanıb adbaad hamımızı çağırdı.

  • 3. Biri zərf düzəldən şəkilçi deyil. 
     A) -ca2  	              B) –la2...

    16 слайд

    3. Biri zərf düzəldən şəkilçi deyil.
    A) -ca2 B) –la2
    C) –madan2 D) –dan2
    4. Biri zərf deyil:
    A) türkcə danış
    B) astaca gülümsündü
    C) ehmalca burdum
    D) yamanca qoçaq idi
    5. Defislə yazılan mürəkkəb zərf hansıdır? (defislər buraxılmışdır)
    A) gileygüzar B) adbaad
    C) coşubdaşma D) teztez

  •  
6.  Düzəltmə zərf hansıdır?
     A) qurğu        B) xalamgil 	
     C) həvə...

    17 слайд

     
    6. Düzəltmə zərf hansıdır?
    A) qurğu B) xalamgil
    C) həvəslə D) yaşıl
     7. Zərf kimi verilənlərdən biri səhvdir.
    A) irəli B) ora
    C) içəri D) kənddən
    8. Zərf düzəldən şəkilçi hansıdır?
    A) –ki4 B) –madan2
    C) –casına2 D) –ın4

  •  
9. Zərf olan cümləni tapıb göstərin.
   A) Usta balaca karandaşı götürdü....

    18 слайд

     
    9. Zərf olan cümləni tapıb göstərin.
    A) Usta balaca karandaşı götürdü.
    B) Onun hörməti artmışdı.
    C) Şeyx İbrahim irəlidə idi.
    D) Xumar xala gözlərini qırpmadan bir nöqtəyə baxırdı.
    10. Düzəltmə zərflər olan cərgəni göstərin.
    A) gözucu, meydança
    B) çalışqan, tənbəl
    C) az, çox
    D) zorla, yanakı

  • 11. Düzəltmə zərflər cərgəsini göstərin.
    A) bərkdən, irəli         B) uca...

    19 слайд

    11. Düzəltmə zərflər cərgəsini göstərin.
    A) bərkdən, irəli B) ucadan, səhər
    C) dünən, bayaq D) şairanə, çəpəki 
    12. Biri zərfdir:
    A) tez B) bayram
    C) eldə D) səndə  
    13. Hansı cümlədə işarələnmiş söz zərfdir?
    A) İti bıçaq əlimi kəsdi.
    B) Düz danışmırsan.
    C) Düz söz üz qızardar.
    D) Əsən küləklərdən xəbərimiz yox.

  • 14. Verilmiş sözlərdən hansı zərf deyil?
    A) ilbəil           B) aybay...

    20 слайд

    14. Verilmiş sözlərdən hansı zərf deyil?
    A) ilbəil B) aybay
    C) üzbəüz D) qaçaqaç
     
    15. Aşağıdakılardan biri zərf deyil.
    A. Adbaad B. Anbaan
    C. Yanbayan D. Növbənöv
     
    16. Biri mürəkkəb zərfdir.
    a) saymazyana b) gözucu
    c) sonra d) açıqcasına

  • 17. Hansı sıradakı suallar zərfə aid edilə bilməz.
      a) necə?,nə cür?...

    21 слайд

    17. Hansı sıradakı suallar zərfə aid edilə bilməz.
    a) necə?,nə cür? b) nə zaman?,nə vaxt?
    c) harada? ,hara? d) hansı?,neçənci?
    18. Bu zərflərdən biri düzəltmə zərfdir.
    A) indi B) irəli
    C) səhər D) dəlicəsinə
    19. Düzəltmə zərflərdən birinin kökü saydır.
    A) qəflətən B) sürətlə
    C) birdən D) şairanə
    20. Bu suallardan biri zərfin sualı deyil.
    A) nə qədər? B) necə?
    C) hansı? D) nə vaxt?

Получите профессию

Менеджер по туризму

за 6 месяцев

Пройти курс

Рабочие листы
к вашим урокам

Скачать

Краткое описание документа:

Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsi. Zərflər necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt? hara? nə qədər? nə üçün? niyə? və s. suallarından birinə cavab olurlar.

Zərf sintaktik baxımdan müstəqil (məs.: /axşam, həvəslə/) və pronominal (məs.: oraya, ona görə/) olurlar. İşlənməsi baxımdan zərflər adverbial və predikativ olurlar (məs.: /o, axşamlar işləyir// və /o başqadır/). Bəzən də təyin kimi çıxış edirlər.

Zərflər daha çox felin təsriflənən formaları ilə bağlı olur. Məsələn:

Maşın sürətlə gedir.Biz sabah kəndə getməliyik.Təyyarə yuxarı qalxdı.

Zərflər felin təsriflənməyən formalarına da aid ola bilir. Məsələn:

Mən sakit danışmağı xoşlayıram.Kişi təəccüblə mənə baxaraq dedi.Ucadan danışan oğlan Turaldır.

Скачать материал

Найдите материал к любому уроку, указав свой предмет (категорию), класс, учебник и тему:

6 662 836 материалов в базе

Скачать материал

Другие материалы

Оставьте свой комментарий

Авторизуйтесь, чтобы задавать вопросы.

  • Скачать материал
    • 25.06.2015 3419
    • PPTX 226.4 кбайт
    • Оцените материал:
  • Настоящий материал опубликован пользователем Şıxıyeva Nərgiz Sabir. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт

    Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.

    Удалить материал
  • Автор материала

    Şıxıyeva Nərgiz Sabir
    Şıxıyeva Nərgiz Sabir
    • На сайте: 8 лет и 9 месяцев
    • Подписчики: 0
    • Всего просмотров: 4394
    • Всего материалов: 2

Ваша скидка на курсы

40%
Скидка для нового слушателя. Войдите на сайт, чтобы применить скидку к любому курсу
Курсы со скидкой

Курс профессиональной переподготовки

Няня

Няня

500/1000 ч.

Подать заявку О курсе

Курс профессиональной переподготовки

Руководство электронной службой архивов, библиотек и информационно-библиотечных центров

Начальник отдела (заведующий отделом) архива

600 ч.

9840 руб. 5600 руб.
Подать заявку О курсе
  • Этот курс уже прошли 25 человек

Курс профессиональной переподготовки

Организация деятельности библиотекаря в профессиональном образовании

Библиотекарь

300/600 ч.

от 7900 руб. от 3650 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 282 человека из 66 регионов
  • Этот курс уже прошли 849 человек

Курс профессиональной переподготовки

Библиотечно-библиографические и информационные знания в педагогическом процессе

Педагог-библиотекарь

300/600 ч.

от 7900 руб. от 3650 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 483 человека из 70 регионов
  • Этот курс уже прошли 2 326 человек

Мини-курс

Техники визуализации в учебном процессе

3 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе
  • Сейчас обучается 34 человека из 17 регионов
  • Этот курс уже прошли 19 человек

Мини-курс

Управление рисками и финансовое моделирование

4 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе

Мини-курс

Жизненный цикл продукта и методология управления проектами

6 ч.

780 руб. 390 руб.
Подать заявку О курсе