Biologiya müəllimiyəm.Şagirdlərim Respublika səviyyəli olimpiadalarda müvəfəqiyyətlə iştirak edir. İKT qabiliyyətlərimi artırmaq üçün bu saytın xidmətlərindən mütəmadi olaraq istifadə edirəm.Fənnim haqqında :Biologiya (Bios – canlı, logos – elm) – canlı təbiət haqqında kompleks elm. Hal hazırda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsi haqqında. Biologiya həyatın xas olan ümumi və fərdi qanunauyğunluqları müəyyən edir. Biologiyanın çoxlu şöbələrinin olmasına baxmayaraq qanunauyğunluqlar əsasən Ümumi Biologiya tərəfindən tədqiq edilir. Ümumi Biologiya özündə əsasən Yer üzərində həyatın əmələ gəlməsi haqqında nəzəriyyəni, Hüceyrə haqqında nəzəriyyəni (Sitologiyanı), Molekulyar Biologiyanı, İnsan haqqında nəzəriyyəni, Ekologiyanı, Genetikanı, Biosfer haqqında nəzəriyyəni, Təkamül nəzəriyyəsini (Darvinizmi), Orqanizmin individual inkişafını öyrənir.
Biologiya termini elmə ilk dəfə 1802-ci ildə bir-birindən asılı olmadan J.B.Lamark və Q.R.Treviranus daxil etmişlər.
Həyat zülalların fiziki-kimyəvi vəziyyəti və xüsusi mövcud olma formasıdır.