Рабочие листы
к вашим урокам
Скачать
1 слайд
İNFORMATİKA
I sinif
Tərtib etdi: Şeyxzadə Dilşad
Bakı şəhəri 102 Nli məktəbin ibtidai sinif müəllimi
2 слайд
Mövzu:Kompyuter nədir?
Standart: 3.1.1.Kompyuterin əsas hissələrini ona tanış olan oxşar əşyalarla (televizor pultu,telefon və s.) müqayisə edir.
3.1.2. Kompyuterlə iş prosesində tələb olunan ümumi təhlükəsizlik texnikası qaydalarını sadalayır.
Məqsəd:Kompyuterin əsas hissələrini ona tanış olan digər oxşar əşyalarla müqayisəsini nümayiş etdirir.
Kompyuterlə iş prosesində tələb olunan təhlükəsizlik teznikası qaydalarını təqdim edir.
İş forması:Kişik qruplar və bütün siniflə iş
İş üsulu:Beyin həmləsi, müzakirə.
Resurslar:Proyektor, kompyuter,Mimio qurğusu, iş vərəqləri, dərslik.
3 слайд
Dərsin gedişi
Motivasiya
-İnsan öz işini asanlaşdırmaq üçün hansı maşın və alətlərdən istifadə edir?
Uşaqlar öz evlərində gördükləri bəzi maşınların adını və təyinatını söyləyirlər.
4 слайд
-Şəkillərdə hansı elektrik qurğularını görürsünüz?Onlar hansı işləri görür?
5 слайд
-Onların içində elə maşınlar var ki, insana fiziki işlərdə deyil,əqli işlərdə kömək edir.Belə maşınlar informasiya ilə işləyir.
Kompyuter də onlardan biridir.
6 слайд
Tədqiqat sualı:
Kompyuter nədir? Onunla hansı işləri görmək olar?
Şagirdlər 5 qrupa bölünür
7 слайд
Öyrənmə.Multimediya proqramı vasitəsilə şagirdlərə yeni material təqdim olunur.
8 слайд
Dərslik üzrə iş. Dərsliyin 52-53-cü səhifələrindəki tapşırıqlar yerinə yetirilir.
9 слайд
Qruplarla iş təşkil olunur.
Qruplara iş vərəqləri paylanır.
10 слайд
I QRUP.Bu əşyaların hansında kompyuterdən istifadə olunur?
Kompyuterdə hansı işləri görmək olar?
11 слайд
II QRUP. Kompyuterdə yerinə yetirdiyimiz əməliyyatları hansı hissə göstərir?
Müasir telefonlarla kompyuterin hansı oxşarlığı var?
12 слайд
III QRUP.Şəkildəki əşyalardan hansı informasiya mənbəyidir?
Radio və maqnitofonun kompyuterlə oxşar cəhəti nədir?
13 слайд
IV QRUP.Kompyuterin işini hansı hissə idarə edir?
Kompyuterdə hansı işləri görmək olar?
14 слайд
V QRUP. Sağ tərəfdəki şəkillərdən istifadə edərək kompyuteri yığın.
Kompyuterin əsas hissələrinin adını deyin.
15 слайд
Qrupların tədqiqat işi üçün verilmiş vaxt bitdikdən sonra qrupların təqdimatı başlayır.
16 слайд
Tətbiq. Şagirdlər təqdim olunan tapşırıqları interaktiv lövhədə yerinə yetirirlər.
Nəticə. Kompyuter informasiya ilə işləmək üçün nəzərdə tutulmuş qurğudur.Kompyuterdə şəkil çəkmək, məsələ həll etmək, musiqiyə qulaq asmaq, filmə baxmaq, müxtəlif oyunlar oynamaq,hesablama aparmaq və başqa maraqlı işlər görmək olar.Müasir dövrdə kompyuterdən geniş sahələrdə istifadə olunur.Bütün elektrik qurğularında olduğu kimi kompyuterdən də istifadə etdikdə təhlükəsizlik texnikası qaydalarını bilmək və ona əməl etmək lazımdır.
17 слайд
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə müşahidəyə əsasən aparılır:
1.Kompyuter qurğusunu digər qurğulardan fərqləndirir.
2.Kompyuterin hissələrini oxşar əşyalarla müqayisə edir.
3.Kompyuterin istifadə sahəsini nümunələrlə sadalayır.
4.Kompyuterdən istifadə zamanı təhlükəsizlik texnikasına riayət etmə qaydalarını sadalayır.
18 слайд
19 слайд
RESURSLAR
İnformatika - 1 dərsliyi
www.oxuyuruq.biz
www.animashku.ru
Рабочие листы
к вашим урокам
Скачать
Что такое компьютер?
Одним словом - компьютер это электронно-вычислительная машина.
Главной задачей компьютера является помощь нам, людям. Эти машины ускоряют выполнение поставленных задач - считают, вычисляют, контролируют, рассчитывают и действуют за нас. Компьютер выполняет многие действия вместо человека, тем самым ускоряя процессы и облегчая нам жизнь.
С помощью компьютера производится автоматизация производственного процесса, это заметно снижает затраты на производство, поэтому уменьшается стоимость товара. Задача компьютера - решение сложнейших математических действий, помощь в управлении и создании различных проектов. Многие люди имеют возможность зарабатывть с помощью компьютера. Эта машина - отличный помощник как в технических вопросах, так и в реализации творческих идей.
Компьютер имеет возможность сохранять огромное количество информации и позволяет работать с ней - редактировать, печатать, принимать и отправлять различные данные.
6 663 990 материалов в базе
Настоящий материал опубликован пользователем Шейхзаде Дильшад Нураддин гызы. Инфоурок является информационным посредником и предоставляет пользователям возможность размещать на сайте методические материалы. Всю ответственность за опубликованные материалы, содержащиеся в них сведения, а также за соблюдение авторских прав несут пользователи, загрузившие материал на сайт
Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.
Удалить материалВаша скидка на курсы
40%Курс повышения квалификации
72/144/180 ч.
Курс повышения квалификации
72 ч. — 180 ч.
Курс повышения квалификации
72 ч. — 180 ч.
Мини-курс
6 ч.
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.