Ruhəngiz Məmmədova
Bakı şəhəri 290 saylı orta məktəbin ingilis dili müəllimi
İngiliscə danışmağı necə oyrədirəm?
Müasir qloballaşma dövründə ingiliscə danışmağa
böyük ehtiyac duyulur.Bu təkcə Azərbaycanda deyil dünyanın demək olar ki bütün
ölkələrində müşahidə olunur. Kecmiş post sovet respublikası olan Azərbaycan
dünyanın çox ölkələri ilə əlaqələr qurur. Tələbələrimiz, alimlərimiz ümumiyyətlə
sadə vətəndaşlarımız Amerikadan tutmuş Yaponiya, Çin, Avstraliyaya qədər səfərlər
edir, bu ölkələrdə oxuyur və işləyirlər.Beləliklə belə bir sual yaranır: “Müəllimə,
mən ingiliscə danışmağı öyrənmək istəyirəm. Nə edim?” Çox illərin təcrübəsi
göstərir ki, şifahi danışmağı öyrənməyin müxtəlif yolları var. Öyrətməyin
üsulları, öyrədənin şəxsi keyfiyyətləri, öyrədənin bilik və bacarıq səviyyəsi,
öyrənənin bilik və bacarıq səviyyəsi, məqsədi və həvəsi, ətraf mühit, yaşayış və
işləmək tərzi, hətta yaşadığı ölkə də öz təsirini göstərir. Göründüyü kimi çox
sayda amillərin təsiri öyrənənlərin səviyyəsinin müxtəlifliyinə gətirib
çıxarır. Buna görə də hətta eyni tədris müəssisəsində eyni müəllimdən dərs alan
tələbələrin öyrənmək səviyyəsi müxtəlif olur.
Bəs konkret indiki bir dövrdə Azərbaycanda azərbaycanlı
bir şəxs ingiliscə danışmaq öyrənirsə ən qısa və birbaşa yolla nə cür öyrənsə
yaxşıdır?Mən öz tələbələrimə nə öyrədirəm və necə öyrədirəm?Əvvəla məqsəd, istək,
səbr, işləmək tövsiyyə edirəm. Daha sonra yaxşı seçilmiş lazımi ədəbiyyat, dərs
vəsaiti məsləhət görürəm.Xarici müəlliflərin dərsliklərini seçəndə bir qədər
diqqətli olmaq lazımdır. Onların dil öyrənmək təfəkkürü bizdən fərqli ola bilər.Sözlərin
qruplaşdırılıb mövzu üzrə öyrədilməsi ən birinci məsələdir. Daha sonra qrammatik
qaydaların öyrədilməsi gəlir. Keçmiş post sovet respublikaları, Azərbaycan da
daxil olmaqla olan ölkələrdə ingilis dilinin öyrədilməsi qrammatik qaydaların əsas
baza kimi öyrədilməsi üzərində qurulmuşdu. Kecmiş post sovet respublikalarının-
sovet ölkəsinin qapalı ölkə olduğu üçün, başqa xarici ölkələrə insanların çox
az səfər etdikləri baxımından ingilis dilinin öyrədilməsinin bu metodu ən sərfəli
idi. İngilis dilini öyrənənlərin canlı dili eşitmək imkanı az idi.Buna
baxmayaraq hal-hazırda da qrammatikanın öyrədilməsi öz aktuallığını itirə bilməz.
Xarici dil öyrədilməsini ağaca bənzətsək qrammatika onun gövdəsi və budağı
yarpaqlar isə üzərində olan sözlərdir.Ücüncü mərhələ kimi mətnlər gəlir. Müəyyən
qədər söz ehtiyatı və qrammatik biliyi olanlar həmin sözləri cümlələrdə işlətməyi
bacarmalıdırlar. Mətnlər oxunarkən isə oxu texnikası, söz ehtiyatı və cümlə qurmaq
inkişaf edir və informasiya əldə olunur.Beləliklə söz ehtiyatı, qrammatik
biliyi olan şəxs mətnlər oxuyur, xarici dildə informasiyanı əldə edə bilir.Həmin
informasiyanı analiz edən dialoqların qurulması isə artıq canlı dildə
danışmaqdır. Sözsüz ki yazı bütün bu mərhələləri müşayiət edir.Söz ehtiyatı,
qrammatik bilik, mətn, dialoq və yazı qaydalarının mərhələ-mərhələ, addım-
addım inkişaf etdililməsi, müxtəlif çeşidli tapşırıqların kreativ yaradıcı
yollarla inkişaf etdirilməsi çox gözəl nəticələr verir.Müasir dövrümüzdə
texnika və internetin həyatımıza daxil olması dillərin kreativ, yaradıcı, rəngarəng
yollarla öyrədilməsinə imkanlar yaratmışdır. Bunlardan bəhrələnərək öyrənin və
öyrədin. Öyrəndiklərinizi nümayiş etdirin. Çoxlu sayda xaricdə təhsil və iş
proqramları, xaricə səfər etmək imkanları öyrəndiklərinizi, bilik və
bacariğınızı təqdim etməyə və bölüşməyə imkanlar açır.
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.