Azərbaycan dili(rus bölməsi)
Biri çoxmənalı söz deyil:
1.A)qol B)ağız C)sümük D)baş E)göz
2.A)boğaz B)ayaq C)pencək D)ətək E)diş
3.Hansı nitq etiketi mənasına görə digərlərindən fərqlidir?
A)Həmişə siz gələsiniz! B)Yolunuz açıq olsun! C)Gələn
ayaqlarınız var olsun!
D)Xoş gəlmisiniz! E)Gözümüz üstündə
yeriniz var!
4.Cümlələrdə nöqtələrin yerinə uyğun gələn fellərin
düzgün ardıcıllığını müəyyən edin.
1.Kərim tez-tez dostu ilə ..........
2.Müəllim uşaqlara sərbəst mövzuda inşa .........
3.Uşaqlar üçün maraqlı kitablar........
A)yazışır,yazdırır,yazılır
B)yazdırır,yazılır,yazışır
C)yazılır,yazdırır,yazışır
D)yazışır,yazılır,yazdırır
E)yazdırır,yazışır,yazılır
5. Cümlələrdə nöqtələrin yerinə uyğun gələn fellərin
düzgün ardıcıllığını müəyyən edin.
1.Anamın ürəyi sevincdən ......
2.Evin qapısı qəflətən .......
3.İdmançımız rəqibi ilə məharətlə .......
A)döyüldü,döyündü,döydü
B)döyüldü,döyüşdü,döyündü
C)döyüşdü,döyüldü,döydürdü
D)döyüldü,döydü,döyüşdü
E)döyündü,döyüldü,döyüşdü
6.Hansı söz –lar şəkilçisi qəbul etdikdə tələffüzü ilə
yazılışı fərqlənmir:
A)qız B)metal C)meydan D)çinar E)saat
7. Hansı söz –lar şəkilçisi qəbul etdikdə tələffüzü ilə
yazılışı fərqlənmir:
A)armud B)qadın C)vaqon D)qatar E)sual
8.Hansı sözdə nöqtələrin yerinə “a”yazılmalıdır?
A)pəhlə...van B)qəhr...man C)m...harət D)c...sus E)st...kan
9.”İstəyirdim .....,günahıma..... məni danlasın,.....
o ,inadla susurdu “ cümləsindəki köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını
göstərin :
A)ki,-can,bəlkə B)ki,görə,lakin C)də,qədər,lakin
D)ancaq,kim,və E)lakin,görə,çünki
10.Nümunədə nöqtələrin yerinə hansı qoşma
yazılmalıdır?
Tutdu qarışqa ...... qoşun hər yanı –
Dərəni,təpəni,düzü,ormanı (N.Gəncəvi)
A)-can B)-dək C)qədər D)ilə E)-tək
11. Nümunədə nöqtələrin yerinə hansı qoşmanı işlətmək
olmur?
Gecələr sübhə.....yuxularında
Düşmənlə döyüşər,şəhid anası.
A)-cən B)-tək C)kimi D)-dək E)qədər
12.Biri ara söz kimi işlənə bilər:
A)deyinir B)görünür C)bilinir D)geyinir E)sevinir
13.Biri ara söz kimi işlənə bilməz:
A)müxtəsər B)görəsən C)eşidəsən
D)xülasə E)deyəsən
14.”Dan yeri sökülür......” cümləsi hansı cümlədən əvvəl
gələ bilər?
A)qaranlıq düşürdü. B)göydə ulduzlar
sayrışırdı.
C)hava işıqlaşırdı. D)şər
qarışırdı. E)axşam düşürdü
15.I Astronomlar Yerə oxşar səma cisimlərini ekzotik
planetlər (ekzoplanetlər) adlandırırlar.Dünyanın ən böyük kosmik tədqiqatlar mərkəzi
olan NASA ekzoplanet axtarışı ilə bağlı layihə həyata keçirir. ......
A)Layihəyə 100-dən artıq tarixçi və ədəbiyyatşünas
alim cəlb olunmuşdu.
B)Tədqiqatlar ən müasir tleskoplar vasitəsilə
aparılır.
C)Teleskopa məşhur fizik və astronom Keplerin adı
verilib
D)Bu kiçicik dəyişikliyi “duymaq”,qeydə almaq heç də
asan deyil
E)Planetlər ulduzların qarşısından keçərkən onların
üzünə kölgə salır.
16.”təkmilləşdirmək” sozünün tərcüməsini yazın.
17.”İt itin ayağını basmaz“ atalar sözünün tərcüməsini
yazın.
18.Bu qala daşdı qala,
Çınqıllı,daşdı qala.
Qorxuram gəlmiyəsən,
Gözdərim yaşdı qala.
Tələffüz şəklində verilən sözləri seçib yazın.
___________________________________________________________________
20.Xəbəri frazeoloji birləşmə ilə ifadə olunan cümlə
yazın.
___________________________________________________________________
21. Mübtədası isimləşən sifətlə ifadə
olunan cümlə yazın.
___________________________________________________________________
22.Təyini sifətləşən isimlə ifadə olunan
cümlə yazın.
___________________________________________________________________
23.Tabeli və tabesiz bağlayıcılara aid
nümunə yazın.
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.