Biologiya -7
I fəsil üzrə kiçik summativ qiymətləndirmə
1.
Uyğunluğu müəyyən edin:
A.
“ morfe “ I. -yarıram
B.
“anatome” II. –təbiət
C.
“fizis” III.- elm
D.
“loqos” IV.- forma
2.
Göbələkləri öyrənən elm sahəsi hansı variantda verilib?
A) Botanika, B) Ekologiya, C) Biokimya , D)Mikologiya , E) Zoologiya
3. a) Payızda köçəri quşlar isti ölkələrə uçub
gedirlər. b)Fındıq və qızılağac erkən yazda çiçək açır. c) İlin bütün
fəsillərində limon ağacının üzərində çiçək və meyvə görmək olar.
Yuxarıda yazılanları biologiyanın hansı tədqiqat
üsuluna əsasən bilmək olar.
A) Müşahidə , B) Eksperiment , C) Mikroskopiya , D) Ölçmə
4.Düzgün
ifadələrin altından xətt çəkin:
v Tubus
vintin / ştativin köməyi ilə aşağı- yuxarı hərəkət etdirilir.
v Əşya
şüşəsi / örtük şüşəsi sıxacların köməyi ilə kürsüyə bərkidilir.
v Okulyardan
/ obyektivdən baxanda əşyanın preparatda aydın
surətini
görmək
olur.
5.
Uyğunluğu müəyyən edin:
A.
Bitkilər I. Üzvi maddə sintez edə bilmir
B.Heyvanlar.
II.Əsasən avtotrofdurlar.
III. Hüceyrələrində plastidlər və vakuol olur
IV. Aktiv hərəkət edirlər.
V. Sinir sistemi , tənəffüs və s. sistemlərə malikdirlər.
6.
Hansı canlılar qrupu ancaq bir hüceyrəli formalara malikdir?
A) Bitkilər, B) Göbələklər, C) Heyvanlar, D) Bakteriyalar.
7.
Verilmiş cümlələrdən düz olanları “+” ilə işarələyin.
a) Bitkilərdə hüceyrə divarı qalın olur. b)
Okulyar tubusun aşağı
hissəsində
yerləşir.c)Cücərtinin bir sutkada nə qədər böyüdüyünü ölçmə üsulu ilə bilmək
olar.
8.Təbiətdə müşahidə apararkən nədən istifadə
olunmur?
A) Binokl, B) Fotoaparat , C) Videokamera ,
D) Mikroskop.
9.Açar sözləri boş buraxılmış sahələrdə
yerləşdirin:
A) Laboratoriyada müşahidə zamanı lupa,
--------------- və digər avdanlıqlardan istifadə olunur. B) Göbələklər
içərisində -------------formalara rast gəlinmir.
C) Bütün canlılar üçün ümumi əlamət onların
-------------- quruluşa malik olmalarıdır.D) Orqanizmlərin həyat fəaliyyətini
--------------- elmi öyrənir.
Açar sözlər : hüceyrəvi, fiziologiya,
mikroskop, avtotrof.
10.Aşağıdakılardan hansılar biologiyanın elm sahələri
ilə öyrənilə bilər ? Uyğun gələn fikirlərin qarşısında “+”işarəsi qoyun :
1) Qurbağanın daxili quruluşunu,
2) Çayın axma sürətini,
3) Ağac gövdəsinin qatlarını,
4) Havanın temperaturunun dəyişməsini,
5) İnsanın ürək döyüntüsündə yaranan qüsurları,
6) Ərazinin relyefini
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.