Biologiya dərsləri üçün tərtib etdiyim nümunələr
Mən dərsin müxtəlif mərhələlərində öz yazdığım elmi şeir və
tapmacalardan istifadə edirəm.Bildiyimiz kimi şagirdlərdə idraki fəallığı
artırmaqda tapmacalar xüsusi yer tutur .Motivasiya mərhələsi zamanı lövhəyə
proyektorla tapmaca və ya şeir nümunəsi verilir Yaxud suallarla müraciət etdikdən
sonra söhbətin nədən getdiyi tapılır və ekranda görüntü göstərilir. Beləliklə
az bir vaxt ərzində şagird xeyli informasiya əldə etmiş olur.Mən bütün siniflər
üzrə nümunələr yazmışam və “Biologiya tapmacaların dili ilə” adlı kitabın müəllifiyəm.Kitabda
toplanmış tapmaca və şeirlərdən bir neçəsini nümunə göstərmək istərdim:
Xaricdən örtülüb möhkəm qılafla
Daxilini tutub sitoplazma .
Mərkəzdə yerləşən nüvəsi ilə
Daima baş verir onda çoxalma (Hüceyrə)
Eyni cürə hüceyrələr birləşdi .
Eyni işi birlikdə icra etdi.
Bitki və heyvanda onların növü,
Funksiyası tamam fərqli ,fərqlidi. (Toxuma)
Orqanizmin təşkil səviyyələri
Hüceyrələr birləşər
Toxumanı törədər.
Onların cəmləşməsi
Orqan kimi görünər.
Müxtəlif cür orqanlar
Sistemlərdə toplanar.
Sondasa bu toparlar
Orqanizm yaradar.
Hüceyrə
Toxuma Orqan Orqanlar sistemi Orqanizm
Dörd qapısı səkkiz yolu var onun
Bir-birindən xəbəri yox sağ-solun
Sutkada yığılır düz 100000 dəfə
Bu vaxt qovur 10 ton qanı bədənə. (Ürək)
Şagirdlər bu dörd misra ilə xeyli məlumat əldə etmiş olurlar. Ürəyin 8
damarla əlaqəli olduğu , sağ və sol yarım hissənin bir-biri ilə əlaqəsiz olduğu
,sutkada nə qədər yığıldığı və nə qədər qanı bədənə qovduğu aydın görünür.
6-cı sinifdə”Meyvələr “dərsinin tətbiqetmə mərhələsində hər qrupa
tapmaca nümunəsi verilir.Onlara tapmacadakı meyvəni tapmaq və onun əhəmiyyəti
barədə məlumat vermək tövsiyə olunur.məs;
Qrup 2 Sarı ,yumru
meyvəsi
Turşdur dadı ,şirəsi .
Çoxlarına bəllidir
Təzyiqi endirməsi (Limon)
Qrup2 Bürüm –bürüm bürünür
Başda saçı görünür.
Sarı-sarı muncuqlar
Taxçalara düzülür. (Qarğıdalı)
Qrup 3 Meyvəsi gilə-gilə
Doludur şirə ilə.
Çiliyini basdırsan
Məhsul verər üç ilə.
(Üzüm)
Qrup 4 Həm toxumdu ,həm meyvə
Sarı,qızılı ,girdə
Ehtiyatı saxlanır
Ancaq endospermdə ( Buğda)
Eyni zamanda dərs zamanı çətin başa düşülən ,yaxud yeni bioloji
terminlərin izahı zamanı şeirlərdən istifadə edirəm . Məs. xordalıların
xarakter xüsusiyyətlərini bu şeirlə çatdırıram.
Şeir parçası lövhəyə şəkillə bərabər verilir , şagirdlərdən şeirlə şəkil
arasındakı əlaqəni tapmaları tövsiyə olunur:
Ortadadır ,üstdə sinir borusu
Altıyla uzanır həzmin borusu.
Özü ox skelet, ya bel sütunu
Ən sonuncu tipin ad etalonu.
Bu tipdə tənəffüs və qidalanma
Əlaqəli olur birbaş udlaqla.
Udlağın altında yerləşən ürək
Bədəni qan ilə təminçün gərək.
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.