Литература "Бахтияр Вагабзаде "Флаг" (6 класс)

Bakı şəhəri 149 №-li tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Ləman Bayram qızının

VI sinifdə keçdiyi “B.Vahabzadənin “Bayraq” şeirinin təhlili” dərsinin

İCMALI

 

Mövzu:  B.Vahabzadənin “Bayraq” şeirinin təhlili

—  Standart:

1.     1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri ideya-məzmununa uyğun ifadəli oxuyur.

2.     1.2.4. Bədii əsərlərin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.

—  Təlim məqsədləri:

1.     Şagird B.Vahabzadənin «Bayraq» şeirini ideya-məzmununa uyğun ifadəli oxuyur.

2.     Şagird B.Vahabzadənin «Bayraq» şeirinin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.

—  İş forması:   Qruplarla iş, kollektivlə iş

—  İş üsulları:    Əqli hücüm, müzakirə

—  İnteqrasiya: Tarix, rəsm

—  Resurslar:     Dərslik, şəkillər, iş vərəqləri, rəngli 

                                 karandaşlar, proyektor

 

Dərsin gedişi:

·        Sinfin təşkili: Şagirdlərlə salamlaşmadan sonra  sinfi təşkil edirəm və onları bugünkü meyarlarla tanış edirəm.

·         Motivasiya: Uşaqlara sual verirəm: “Müstəqil dövləti səciyyələndirən cəhətlər haqqında fikirləriniz?” Şagirdlər bu suala müxtəlif cavablar verə bilərlər, məsələn: ərazi bütövlüyü, müstəqil siyasət, milli ordu, milli atributlar – gerb, himn, bayraq. Əgər şagirdlər bayraq cavabını verə bilmsələr, onlara yönəldici suallar verirəm. Bayraq cavabını aldıqdan sonra üzərində bayraqla əlaqəli müxtəlif şəkillər olan plakat göstərirəm və gördükləri şəkillər barədə öz fikirlərini bildirmələrini istəyirəm. Şagirdlər mənim bələdçiliyim ilə müxtəlif fikirlər bildirirlər və bayraqla bağlı  xeyli məlumat əldə edirlər.


·        Tədqiqatın aparılması:

     Bundan sonra şagirdlərə dərsin adın açıqlayıram və tədqiqat suallarını verirəm:

1.     Bayrağın dövlət üçün əhəmiyyəti?

2.      B.Vahabzadənin «Bayraq» şeirinin əsas ideyasını və əhəmiyyətini nədə görürsünüz?

 

Sonra şagirdləri 3 qrupa bölürəm: I qrup: Zirvə, II qrup: Zəfər, III qrup: Qələbə

Qrup işindən əvvəl şagirdləri qrup fəaliyyətinin qaydaları ilə tanış edirəm. Qiymətləndirmə meyarlarını da uşaqların nəzərinə çatdırıram.

Bundan sonra hər bir qrupa işçi vərəqələrini paylayıram.

 

·        Məlumat mübadiləsi və müzakirəsi:

     Qrupların təqdimatlarını dinləyirəm, öz əlavələrimi edərək ümumi nəticəni elan edirəm və şagirdlərin özlərinin iştirakı ilə qiymətləndirmə aparıram.

 

·        Qiymətləndirmə:

 

           Qruplar

Meyarlar

I Qrup

ZİRVƏ

II Qrup

ZƏFƏR

III Qrup

QƏLƏBƏ

İfadli oxu

 

 

 

Şərh etmə

 

 

 

Münasibət bildirmə

 

 

 

Yaradıcılıq

 

 

 

Əməkdaşlıq

 

 

 

Yekun

 

 

 

 

                    

·             Ev tapşırığı: B.Vahabzadənin «Bayraq» şeiri haqqında kiçik esse

       yazın.

 

Литература "Бахтияр Вагабзаде "Флаг" (6 класс)

    DOCX

Файл будет скачан в формате:

    DOCX

Автор материала

Гаджиева Ляман Байрам

учитель

  • На сайте: 10 лет и 7 месяцев
  • Всего просмотров: 4654
  • Подписчики: 0
  • Всего материалов: 5
  • 4654
    просмотров
  • 5
    материалов
  • 0
    подписчиков

Настоящий материал опубликован пользователем Гаджиева Ляман Байрам.
Инфоурок является информационным посредником. Всю ответственность за опубликованные материалы несут пользователи, загрузившие материал на сайт. Если Вы считаете, что материал нарушает авторские права либо по каким-то другим причинам должен быть удален с сайта, Вы можете оставить жалобу на материал.

Другие материалы

Вам будут интересны эти курсы: